Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə19/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   15   16   17   18   19   20   21   22   ...   315

Fuad Məmmədov

 

 

42



münaqişələr və rəqabət mərhələlərinin daxil olduğunu, nəticədə fərdlərin ümu-

mi harmonik sistemdə birləşdiyini hesab edən  Еlizabet Satorisin nöqteyi- 

nəzəri də təsdiq edir.  

Budapeşt klubunun banisi və prezidenti, tanınmış alim E. Laslo, daha 

harmonik və təhlükəsiz gələcək maraqlarında, bizim təfəkkür və davranışı-

mızın dəyişdirilməsi, dünya birliyinin inkişafı ilə idarəetmə proseslərinin 

nəzarəti və  təkmilləşdirilməsi yolu ilə texnogen sivilizasiyanın dəyişdiril-

məsi vacibliyinə diqqət yetirir. Söhbət, məlum olmayanın məharətlə idarə 

edilməsi, şəxsiyyətin yeni, eqoizm rasionalizmi stereotiplərindən azad, yük-

sək intellektual mədəniyyətə, kulturoloji təfəkkürə və problemlərin həllinə 

yanaşmaya əsaslanan dərrakəli şüurlu seçmə yolu ilə arzu olunanı həqiqətə 

çevirmə bacarığından gedir.  

Beləliklə, aydın olur ki, insanın xilası, onun yaradıcı həyat fəaliyyətinin 

bütün qarşılıqlı əlaqəli sahələrini əhatə edən yüksək ruhi mədəniyyətdədir. 

İnsan dəyərinin əsil meyarı milli və dini mənsubiyyəti deyil, şəxsiyyətin ru-

hi mədəniyyəti – bilikləri, bacarıqları, mütəşəkkilliyi, xeyirxahlığı, məsu-

liyyəti, möhkəm iradəsi, yaradıcı fəaliyyəti, insanlara xidmətidir. Şəxsiyyə-

tin mədəni potensialını reallaşdırmaq üçün bilik və bacarıqlar kifayət deyil, 

bunun üçün siyasi və maliyyə dəstəyi, yaradıcı nəticələrin və mütəxəssislə-

rin özlərinin milli və beynəlxalq maraqlarını nəzərə alaraq, düzgün istifadə 

edilməsi də zəruridir. Bu isə artıq idarəetmə mədəniyyəti problemidir. Döv-

lət idarəçilik orqanları yaradıcı şəxsiyyətin potensialını düzgün qiymətlən-

dirməyə qabil olmalı, ondan insanın, cəmiyyətin və dövlətin maraqlarında 

istifadə etmək üçün əlverişli şərait yaratmalıdır. Hər bir ölkə siyasətinin so-

sial-mədəni məqsədi insanların cahilliyi, bacarıqsızlığı və qeyri-mütəşəkkil-

liyinin aradan qaldırılması, cəmiyyətin fəaliyyətinin müxtəlif sahələri üçün 

mütəxəssislərin hazırlanması, vətəndaşların pozitiv tərbiyəsi, onların bilik 

və bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai maraqlara cavab verən 

fəal yaradıcı fəaliyyətə cəlb edilməsidir. Həmçinin, xeyirxah istək və insan 

dəyərlərinin prioriteti, sülh mədəniyyəti və müxtəlif xalqların və dinlərin 

nümayəndələrinin sağlam düşüncəyə əsaslanan əməkdaşlığını, qarşılıqlı an-

laşma və mədəniyyətlərin harmonizasiyasını təmin edən beynəlxalq mədəni 

siyasətin işlənməsi və həyata keçirilməsi vacibdir.  

Еlm və  təhsilin inkişaf prioritetlərinə, informasiya texnologiyalarının 

geniş istifadəsinə  əsaslanan “Biliklər cəmiyyəti”, müasir dünyada mədəni 

mübadilə, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün Qərb və Şərq sivilizasiya-

ları arasında geniş imkanlar açır. O, C. Bernalın təsvir etdiyi gələcəyin iki 

variantı olan “Arzu” və “Tale” arasında düzgün seçim etməyə imkan verir

şüuru arzunun seçilməsinə  və bu arzunun həyata keçirilməsinə istiqamət-

lənmiş kreativ fəaliyyətə yönəldir.  




İdarəetmə mədəniyyəti 

 

43



Kulturologiyanın strateji əhəmiyyəti haqqında



 

İdarəetmə mədəniyyəti və elminin inkişafı üçün insanın həyat fəaliyyəti 

qanunları, texnologiyaları və imkanları haqqında elm – kulturologiya - fun-

damental  əhəmiyyətə malikdir. O özündə ayrı-ayrı hadisələrin zaman və 

məkan daxilində dəyişikliyini ifadə edən tarixi prosesin, mədəni institutla-

rın və hadisələrin mahiyyətini, funksiyaları və strukturunu statik əks etdirən 

formal prosesin, və zaman daxilində mədəniyyət formalarının ardıcıl dəyiş-

məsini əks etdirən təkamül prosesinin tədqiqini inteqrasiya edir. İnsanın hə-

yat fəaliyyətinin tarixi və nəzəriyyəsini daxil edən kulturologiya - insanın, 

cəmiyyətn və dövlətin inkişaf prosesinin qanunauyğunluqları haqqında da-

im yaradıcı surətdə zənginləşən biliklər sistemidir. O, tədqiqatların anlayışı, 

metodologiyası və universal metodlarını işləyib hazırlayır, insanın tarixi in-

kişaf təcrübəsini, dövlət quruculuğu və idarəçiliyi təcrübəsini öyrənir, ümu-

miləşdirmələr edir və  nəticələr çıxarır, insanın təkmilləşməsinə yardım 

edən yeni strategiya və modellər, ictimai tərəqqini təmin edən davamlı, rə-

qabət qabiliyyətli və təhlükəsiz texnologiyalar yaradır.    

Effektiv idarəetmə üçün kulturologiyanın əhəmiyyəti ondan ibarətdir ki, 

o, sistemli analizin və tədqiqatçılıq prinsipləri kompleksinin istifadəsi əsa-

sında nəzəriyyələrin, hadisələrin, proses və texnologiyaların daha artıq ob-

yektiv elmi şərhini həyata keçirməyə imkan verir. Bu elm faktlar, hadisələr, 

təzahürlər, proseslər, nailiyyətlərin, qəbul edilən siyasi, iqtisadi, sosial, bey-

nəlxalq qərarların və insanın xidmətlərinin obyektiv ekspert qiymətləndiril-

məsini təkmilləşdirməyə, böhran hallarının yaranmasına səbəb olan ictimai 

inkişafın obyektiv və subyektiv ziddiyyətlərini vaxtında aşkar və dəf etmə-

yə imkan verir. Tarixin və öyrənilən problemin müasir durumunun tənqidi 

təhlili əsasında o, strateji əhəmiyyətli alternativ qərarların axtarışını həyata 

keçirir.  

Kulturologiyanın inzibati-dövlət idarəçiliyi, qərarların qəbul edilməsi, 

danışıqlar prosesinin həyata keçirilməsi, unitar və federal sistemlərdə inno-

vativ fəaliyyətin idarə edilməsi üçün əhəmiyyətini xüsusi qeyd etmək la-

zımdır. Universal biliklərə əsaslanan kulturoloji yanaşma, məqsədlər iyerar-

xiyasının və strategiyanın düzgün müəyyənləşdirilməsinə, dövlət idarəçili-

yinin daha səmərəli formaları, metodları və texnologiyalarının seçilməsinə 

yardım edir. O, cəmiyyətin rifahı və təhlükəsizliyi, sosial tərəqqi, həmçinin 

dövlətin həyat qabiliyyətinin asılı olduğu strateji məsələlərin həlli üçün 

əvəzedilməzdir. Kulturoloji yanaşma ideoloji və etik problemlərlə, sistemin 

                                                            

5

 Qərb ölkələrində kulturologiya çox zaman mədəni və ya sosial antropologiya adlanır.  



 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə