Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə21/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   17   18   19   20   21   22   23   24   ...   315

Fuad Məmmədov

 

 

46



fektiv həllinin aparıcı konsepsiyası, modeli olmuşdur. Мüasir elmi kəşflərə 

və nailiyyətlərə əsaslanan, fasiləsiz olaraq yeniləşən və genişlənən biliklər 

kulturologiyanın görüş dairəsindədir. Bu biliklərin düzgün qiymətləndiril-

məsi və dünya sivilizasiyasının inkişaf proseslərində və ayrı-ayrı sosial mə-

dəniyyət institutlarının inkişafındakı  dəyişiklikləri nəzərə alaraq, yaradıcı-

lıqla istifadə edilməsi  əmək məhsuldarlığının artırılması, insanların həyat 

fəaliyyəti keyfiyyətinin yüksəldilməsi və dövlət idarəçiliyi sisteminin tək-

milləşdirilməsi üçün geniş imkanlar açır.  



Kulturologiya, fundamental elm kimi - dövlət, iqtisadi və sosial idarəet-

mə mədəniyyəti ilə bağlı düzgün elmi əsaslandırılmış strateji və situativ qə-

rarların işlənilməsi və  dərk edilməsi,  şəxsiyyətin və ailənin yüksək mədə-

niyyətinin formalaşdırılması, ictimai münasibətlərin ahəngdarlığınа nail ol-

maq üçün əvəzedilməzdir. Kulturologiyanın xüsusi rolu onunla şərtlənir ki, 

müasir dünyada inzibati xarakterli və inteqral həlli metodların istifadəsini 

tələb edən problemlərin sayının artması müşahidə olunur. Kulturologiya 

strateji inkişafın daha düzgün modellərinin (paradiqmalarının), həmçinin 

konkret siyasi, idarəçilik və sosial şəraitdə yaranan tətbiqi məsələlərin həlli 

üçün alqoritmlərin (qaydaların və  fəaliyyətlərin) seçilməsi imkanını verir. 

Buna - məntiq, tarixilik prinsipi və dialektika, həmçinin sistemli yanaşmaya 

əsaslanan tədqiqat metodları kimi universal metodoloji prinsiplər imkan ya-

radır. Bu prinsiplərə  və metodlara istinad edərək,  кulturologiya mürəkkəb 

problemlərin və konkret situasiyaların öyrənilməsinə, düzgün metodoloji 

yanaşmanı təyin etməyə imkan verir, effektiv idarəetmə qərarlarının qəbulu 

üçün tövsiyələr hazırlayır. Eyni zamanda kulturologiya, həm də müxtəlif 

ölkə alimləri və din xadimlərinin öz yaradıcı fəaliyyətlərində riayət etdiklə-

ri yüksək ruhi mədəniyyət prinsiplərinə qarşı duran zorakılığın və mənəvi 

pozgunluğun, mənəvi relyativizmin təbliğinə qarşı humanist fəlsəfə mənbə-

yidir.  


Dövlət quruculuğu və idarəçiliyi, insanın həyat fəaliyyətinin innovativ 

texnologiyalarının işlənib hazırlanması, ictimai münasibətlərin tənzimlən-

məsi, kadrların hazırlanması və tərbiyə edilməsi, həyat keyfiyyətinin və ri-

fahın artırılması, inkişafın başlıca amili kimi mədəniyyətin fasiləsiz mo-

dernləşdirilməsi üçün kulturologiyanın strateji əhəmiyyətini qiymətlən- dir-

mək çətindir. Gəlin, özümüzə sual verək: feodal mentaliteti üstünlük təşkil 

edən ölkələrə yüksək demokratiyanı tez və ağrısız daxil etmək olarmı? Çə-

tin ki. Çox güman ki, əvvəlcə demokratiya mədəniyyətinin inkişafı, kultu-

roloji maarifin və təhsilin, demokratik etika və hüquq dəyərlərinin yayılma-

sı vasitəsi ilə vətəndaşların şüurunun müsbət dəyişdirilməsini nəzərdə tutan 

“hazırlıq dövrü” lazımdır. Burada əsas rol ölkənin kulturologiya elminin 

nailiyyətlərinə  əsaslanan sosial-mədəni siyasətinə  məxsusdur. Məhsuldar 




İdarəetmə mədəniyyəti 

 

47



sosial-mədəni siyasət - yüksək mədəniyyətə malik, cəmiyyətin və dövlətin 

rifahı naminə  məhsuldar yaradıcı  fəaliyyətlə  məşğul olan kreativ-yaradıcı 

insanları, onlara xüsusi sosial status və imtiyazlar verməklə, qanunvericilik-

lə qorumalı və stimullaşdırmalıdır. Eyni zamanda o, anti-mədəni davranışı, 

özbaşınalığı, zorakılığı, yalanı, oğurluğu, korrupsiyanı və vətəndaşların cə-

miyyətə və dövlətə ziyan vuran digər dağıdıcı, neqativ fəaliyyətinin qarşısı-

nı almalı  və onu zərərsizləşdirməlidir.  Müasir kulturoloji təhsil və maarif 

insan təbiətinin və insan xarakterinin təkmilləşdirilməsinə, dövlətin və bü-

tün bəşəriyyətin sabit və  təhlükəsiz inkişafı  məqsədilə yüksək ruhi mədə-

niyyətə malik, potensialından ictimai tərəqqinin, qarşılıqlı anlaşma və 

əməkdaşlığın həlledici dərəcədə asılı olduğu insanların, pozitiv şəxsiyyətlə-

rin və liderlərin formalaşmasına yardım edir. Kulturoloji maarif planetdəki 

milyonlarla insanın şüurunun pozitiv dəyişdirilməsinə, onun yüksək eqoizm 

buxovlarından azad edilməsinə, planetar miqyasda insanın həyat fəaliyyəti-

nin altruist harmoniyasının labüdlüyünə, bəşəriyyətin birliyini dərk etməyə, 

dünyagörüşün humanist dəyərlərlə zənginləşdirilməsinə yol açır. O, biliklə 

cahillik arasındakı uçurumun dəf edilməsinə, eqoizmlə altruizm arasında ta-

razlığa nail olmağa, bütöv biososial sistem olan dünya birliyinin ümumi 

maraqlarına cavab verən qarşılıqlı anlaşma, beynəlxalq həmrəylik və razı-

laşdırılmış fəaliyyət üçün mədəni mühit yaratmağa imkan verir.        

Kulturologiya münaqişələrin aradan qaldırılması, xalqların və dövlətlə-

rin sabitliyinin təminatı və təhlükəsiz inkişafı, mədəniyyət və sivilizasiyala-

rın məhsuldar dialoqunun həyata keçirilməsi, sülh mədəniyyəti və gender 

bərabərliyinə nail olunması, beynəlxalq münasibətlər mədəniyyətinin inki-

şaf etdirilməsi üçün də az əhəmiyyətli deyil. Kulturologiyanın strateji əhə-

miyyəti 2008-ci ildə başlanan, nəinki dünya maliyyə sistemindəki müəyyən 

çatışmamazlıqları, həm də  qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi 

zərurətini aşkarlayan dünya maliyyə böhranı ilə əlaqədar, daha da artır. Bi-

zə elə gəlir ki, antiböhran proqramlarını nəzərdən keçirərək, birtərəflilikdən 

və əsassızlıqdan azad, milli və beynəlxalq səviyyələrdə idarəetmə qərarları-

nın qəbul edilməsinə, yeni paradiqma və alqoritmlərin işlənib hazırlanması-

na imkan verən kulturoloji təhlil imkanlarının daha fəal istifadəsinin zəruri-

liyinə diqqət yetirmək olardı.  

 Dünya mədəniyyəti və sivilizasiyası inkişafının tədriclə artan hakim in-

tellektual faktoruna çevrilən kulturologiya, insanların kreativliyinin yüksəl-



məsinə yardım edir. Sosial-iqtisadi tərəqqi, həyat rifahı və keyfiyyət mən-

bəyi olan “biliklər cəmiyyətinin” formalaşması şəraitində, elmi tədqiqatlar 

yolu ilə  əldə edilmiş kulturoloji biliklər tədricən insanın, cəmiyyətin və 

dövlətin təşkiledici inkişaf prinsipləri olur, yaradıcı  fəaliyyətin inkişafına 

pozitiv təsir göstərir. Kanadanın Toronto universiteti nəzdində “Martin 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə