Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə20/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   16   17   18   19   20   21   22   23   ...   315

Fuad Məmmədov

 

 

44



institutlarının fəaliyyət koordinasiyası ilə, siyasi proqnozlaşdırma, liderlik 

problemləri, məmurların seçilməsi, hazırlanması  və yenidən hazırlanması 

ilə, dövlət qulluğu personalının idarə edilməsi, münaqişələrin və böhranla-

rın idarəetmə texnologiyaları ilə bağlı məsələlərin uğurla həll edilməsi he-

sabına yeni idarəetmə keyfiyyətinin yaradılması üçün böyük imkanlar açır. 

Kulturologiya - özündə texnoloji mədəniyyəti, təşkiletmə mədəniyyətini və 

insan münasibətləri mədəniyyətini birləşdirən, demokratik idarəetmə mədə-

niyyətinin təkmilləşdirilməsi üçün zəruri  əsas olan dövlətçiliyin innovativ 

nəzəri modellərinin və praktik tövsiyələrin hazırlanması üçün elmi – meto-

doloji bazadır. 

Qarşılıqlı əlaqəli, qarşılıqlı asılı və ziddiyyətli dünyaya xas fasiləsiz hə-

rəkət və dəyişmələr, zaman və məkan daxilində insan cəmiyyətinin inkişaf 

proseslərinin, obyektiv həyat tələbatlarına uyğun olaraq, vaxtında korreksi-

ya edilməsi və təkmilləşdirilməsinə imkan verən permanent sistemli kultu-



roloji təhlilini tələb edir. Dövlət və sosial idarəetmə təcrübəsi üçün kulturo-

loji texnologiyalar mühüm əhəmiyyətə malikdir. Kulturoloji texnologiyalar 

– elmi metodlar və insanın həyat fəaliyyətinin praktik vasitələrinin: intel-

lektual, etik, sosial, siyasi, hüquqi, iqtisadi, bədii, ailə, məişət, səhiyyə, eko-

loji və ruhi və maddi mədəniyyətin digər sahələrində istehsal, təşkiletmə və 

idarəetmə vasitələrinin məcmusudur. Buradan, kulturologiyanın dövlətçilik 



mədəniyyətinin təkmilləşdirilməsi üçün strateji əhəmiyyəti aşkar olur, çünki 

o, qloballaşma şəraitində milli inkişafın rəqabət qabiliyyətli tükənməz intel-

lektual kapitalı  və innovativ mənbəyi olur. Sistemli kulturoloji yanaşma 

müasir elmi nailiyyətlər əsasında idarəetmə fəaliyyətinin struktur və texno-

logiyalarının təkmilləşdirilməsi məqsədi ilə  tələbatları  və tendensiyaları 

düzgün qiymətləndirməyə imkan verir.  



Kulturologiya - nisbətən gənc elmdir. Buna baxmayaraq, öz universal 

xarakterinə görə onu müasir “elmlərin şahzadəsi” edən geniş  tədqiqat im-

kanlarına malikdir. O, insanın inkişaf nailiyyətləri və imkanlarının sistemli 

şəkildə öyrənilməsi, strateji planlaşdırmanın, dövlətin inkişaf konsepsiyala-

rının, strategiya və prioritetlərinin işlənib hazırlanması, böhranların aradan 

qaldırılması və yüksək mədəniyyətin tənəzzülünün qarşısının alınması, da-

ha yaxşı  gələcəyin qurulması, insanın və idarəetmənin bütün səviyyələrdə 

təkmilləşdirilməsi, bəşəriyyətin inkişaf qanunauyğunluqları və texnologiya-

larının dərk edilməsi üçün əvəzedilməz olmuşdur. Kulturologiya insan şüu-

runun dərk edilməsi və  dəyişdirilməsi imkanını verir ki, onsuz insanların 

effektiv idarə edilməsi mümkün deyil. Dünya mədəniyyəti tarixinin, sivili-

zasiyanın inkişaf qanunları  və texnologiyalarının, insan münasibətləri və 

beynəlxalq münasibətlər mədəniyyətinin, təfəkkürün və ictimai rəyin for-

malaşdırılması proseslərinin sistemli kulturoloji təhlili müasir sosial mü-




İdarəetmə mədəniyyəti 

 

45



həndisliyin, tarixi proseslərin düzgün dərk edilməsi və effektiv idarəetmə 

qərarlarının qəbul edilməsinin, gələcəyin proqnozlaşdırılması və qurulması-

nın əsasında durur.  

Kulturologiyanın müstəqil elm kimi XX əsrin 20-ci illərində başlayan 

yaranması - tarix, fəlsəfə, sosiologiya, psixologiya, həmçinin bihevioristik 

psixologiya

6

, psixiatriya, antropologiya, iqtisadiyyat və digər elmlərin inki-



şafı ilə  şərtlənmişdir.  İnsanların davranış  tədqiqinə Amerika kulturoloqu, 

professor Lesli Alvin Uayt ciddi töhfələr vermişdir. 1930-cu ildən onun tə-

rəfindən ABŞ-ın Miçiqan universitetinin antropologiya şöbəsində mədəniy-

yətin təkamülü problemləri üzrə məhsuldar tədqiqatlar inkişaf etdirilmişdir. 

Əfsuslar olsun ki, elmdə və cəmiyyətdə yeniliyə qarşı müqavimət qanunu-

nun fəaliyyəti sayəsində  hətta Amerika kimi innovativ ölkədə, alimin bö-

yük elmi kəşflərinin qəbul edilməsi yalnız keçən əsrin 50-ci illərində müm-

kün oldu. E.B.Teylorun və L.Morqanın təkamül  ənənələrini bərpa edərək 

L.A.Uayt, insanın fikirləri, hərəkətləri və  əşyaları  rəmzi olaraq mənimsə-

məsi qabiliyyəti ilə  əlaqəli olan, mədəniyyətin prinsip etibarilə yeni kon-

sepsiyasını işləyib hazırladı. O, mədəniyyətə, insanın qabiliyyətləri ilə şərt-

lənən rəmzləşdirilmiş hadisə  və  əşyaların qarşılıqlı  əlaqəsini aid edirdi. 

Bunların sırasına ideyalar, münasibətlər, hisslər, etiqadlar, fəaliyyətlər, dav-

ranış modelləri, adətlər, qanunlar, institutlar, maddi obyektlər, vasitələr, 

əmək alətləri, mexanizmlər, əsərlər, incəsənət formaları və başqaları daxil 

edilmişdir. Bu zaman Uayt mühüm kulturoloji qanun ifadə etmişdir ki, ona 



uyğun olaraq, insanın davranışı onun mədəniyyət funksiyasıdır (B=f(C)), 

bunun da nəticəsində mədəniyyətin dəyişməsi ilə davranış dəyişir. Horatsi, 

İbn Hаldun, Kant, Herder, Kondorse, Bahofen, Kont, Taylor, Morqan, 

Spenser və başqalarının əsərlərinə istinad edərək, L.A. Uayt sübut etdi ki, 

təkamül nəzəriyyəsinə görə, bir formanın digərindən törəməsi təkcə bioloji 

aləm üçün deyil, həm də insan cəmiyyətinə, mədəniyyətə yanaşmada da 

ədalətlidir. Bunu nəzərə alaraq alim belə bir mövqeyə əsaslanırdı ki, təka-



mül prinsipi bəşəriyyətin tarixinin və bizi əhatə edən aləmin tədqiqi üçün 

başlıca prinsipdir.  

 Bilikdə üstünlük – yaşamağın və inkişafın, hökmranlığın və qələbənin, 

istehsalın məhsuldarlığı və səmərəli istehlakın, mütərəqqi ideologiyalar və 

düşünülmüş siyasətin mütləq şərti olub, var və olacaqdır. Müasir dünya ta-

rixi mərhələsində kulturologiya XXI əsrin hakim paradiqması – sosial-siya-

si inkişafın aktual problemlərinin qoyuluşu, metodoloji cəhətdən onların 

düzgün təhlili və  fərdi, lokal, regional, milli, qlobal səviyyələrdə daha ef-

                                                            

6

 İnsanın davranışının, stimullara sırf fizioloji reaksiya kimi başa düşülməsini öyrənən.



  

 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə