Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə23/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   19   20   21   22   23   24   25   26   ...   315

Fuad Məmmədov

 

 

50



Kulturologiyanın imkanlarına və onunla bağlı tarixin və indiki zamanın 

tənqidi təhlilinə istinad edərək, vətəndaş özünüdərkinin, öz xalqına, cəmiy-

yətə, vətənə görə fəxr hissinin formalaşdırılmasına səbəb olan idarəetmə si-

yasəti və mədəniyyəti yaratmaq lazımdır. Ziyalıların, ilk növbədə, yaradıcı 

fəaliyyətindən mədəniyyətin inkişaf səviyyəsinin müəyyən dərəcədə asılı 

olduğu alimlərin, müəllimlərin və mütəxəssislərin statusunu qanunvericilik-

lə yüksəltmək zəruridir. Çünki mədəniyyətin intellektual, siyasi, idarəetmə

iqtisadi, sosial, etik, hüquqi, tibbi, ekoloji, bədii, diplomatik və digər sahə-

lərinin inkişafı - böhranların və sosial bəlaların aradan qaldırılması, dövlət 

üçün təhlükəli ziddiyyətlərin qarşısının alınması və həll edilməsində cəmiy-

yətin qabiliyyətlərini yüksəldir. Universal kulturoloji biliklərin mənimsənil-

məsi siyasətçilərə və idarəçilərə, öz fəaliyyətində sistemli kulturoloji yanaş-

madan istifadə edərək, cəmiyyətdə  və beynəlxalq sosial-mədəni məkanda 

maraqların  şüurlu razılığını  əldə etməyə  və  həmrəylik enerjisinin yaradıl-

masına imkan verir.   

Deyilənləri ümumiləşdirərək, qeyd etmək olardı ki, dövlət quruculuğu 

və idarəçiliyi üçün kulturologiyanın strateji əhəmiyyəti aşağıdakı imkanlar-

la şərtləndirilmişdir: 

 Vətənin və dünya mədəniyyəti və sivilizasiyasının tarixi, nəzəriyyəsi 



və təcrübəsinin müqayisəli təhlilinə əsasalanaraq, milli inkişafın məqsədlə-

rini daha yaxşı formalaşdırmaq, strateji istiqamətlərini təyin etmək və aktu-

al dövlət prioritetlərini müəyyən etmək.  

 Yüksək milli inkişafı və əməyin keyfiyyət templərini təmin edən, hə-



yat fəaliyyəti və dövlət idarəçiliyinin zamanın çağırışlarına uyğun universal 

modellərini, idarəçilik strategiyaları  və innovativ texnologiyalarını yarat-

maq, - onlarsız beynəlxalq səviyyədə dövlətin rəqabət qabiliyyəti mümkün 

deyil. 


 Мilli inkişafın, dövlət quruculuğu və idarəçiliyinin maraqları naminə 

alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin nəticələrinin vaxtında və ef-

fektiv istifadəsinin balanslaşdırılmış proqramlarını işləyib hazırlamaq.  

 Düzgün sosial-siyasi qərarların qəbul edilməsi üçün zəruri olan uni-



versal kulturoloji biliklərə malik idarəçi kadrların, həmçinin mənəvi və 

maddi mədəniyyətin müxtəlif sahələri üçün geniş profilli mütəxəssislərin 

effektiv hazırlanması və tərbiyə edilməsini həyata keçirmək.  

 Milli maraqları, tələbatları, mədəni dəyərlər sistemini və resursları nə-



zərə alaraq, dünyanın inkişaf xüsusiyyətləri, nailiyyətləri, qanunları və ten-

densiyalarının sistemli kulturoloji təhlili əsasında ölkənin gələcək inkişafı-

nın elmi əsaslanmış proqnozlarını işləyib hazırlamaq.  

Yüksək ruhi mədəniyyət prinsipləri və  dəyərləri  əsasında terrorizmin 



qarşısının alınması, münaqişələrin aradan qaldırılması və konstruktiv bey-


İdarəetmə mədəniyyəti 

 

51



nəlxalq  əməkdaşlığı, mədəniyyət və maraqların harmonizasiyasını  təmin 

edən mədəniyyət və sivilizasiyaların məhsuldar dialoqunu həyata keçirmək. 

Dövlət quruculuğu və idarəçiliyində, siyasi, inzibati, sosial, iqtisadi və 

beynəlxalq fəaliyyət üçün şəxsiyyət və liderlərin hazırlığında bu strateji el-

min inkişafına Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu 

Akademiyasında verilən diqqət, kulturologiyanın artan rolunun sübutların-

dan biridir. 2000-ci ildən etibarən Akademiyada “Kulturologiya və işgüzar 

kommunikasiyalar” kafedrası  uğurla fəaliyyət göstərir. Kafedra idarəetmə 

proseslərinin təhlili və proqnozlaşdırılmasına sistemli kulturoloji yanaşma-

ya malik, ictimai inkişaf qanunauyğunluqları, mədəniyyətin bütöv sistemi-

nin müxtəlif sahələrinin inkişaf spesifikasını, həyat fəaliyyətinin təşkili və 

tənzimlənməsi haqqında universal kulturoloji biliklərə malik mütəxəssislər 

hazırlayır. Akademiyanın Beynəlxalq dövlət qulluğu və idarəçiliyi institu-

tu,- beynəlxalq təcrübədən yaradıcı istifadə, dövlət qulluğu islahatları üzrə 

dünya təcrübəsinin öyrənilməsi və onun cəmiyyətin sosial-iqtisadi inkişafı-

na təsirinin qiymətləndirilməsi  əsasında dövlət idarəçiliyi effektivliyinin 

yüksəldilməsinə istiqamətlənən sistemli kulturoloji tədqiqatları həyata keçi-

rir. Görünür, kulturologiyanın strateji əhəmiyyətinin kifayət qədər dərk 

edilmədiyi ölkələrdə bu təcrübənin yayılması barədə düşünmək lazımdır. 

Əgər ölkə beynəlxalq idarəetmənin obyekti deyil, subyekti olmaq istəyirsə, 

o, kulturologiyanın (dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzə-

riyyəsi), insanın və sosial inkişaf qanunlarının öyrənilməsinə çox ciddi fikir 

verməli, müasir milli və beynəlxalq kulturoloji idarəetmə texnologiyalarını 

mənimsəməli və permanent olaraq təkmilləşdirməlidir. 

Dünya sivilizasiyası inkişaf tendensiyalarını nəzərə alaraq, demokratiya 

yoluna qədəm qoymuş ölkələr özlərinə xas ən yaxşı mədəni nailiyyətləri və 

zəngin mədəni irsi qorumaq və inkişaf etdirmək şərti ilə, “ənənəvidən” “in-

novativ” cəmiyyətə keçid tempini artırmalıdırlar.  Мüasir kulturologiyanın 

fundamental nailiyyətləri üzərində qurulmuş sosial-mədəni siyasətin bu ya-

naşmanın əsasını təşkil etməsi məqsədəuyğundur. Belə siyasət mədəniyyə-

tin müxtəlif sosial institutlarının balanslaşdırılmış inkişafını, ideoloji və in-

formasiya təminatını, qloballaşma şəraitində milli tərəqqinin hüquqi və etik 

tənzimlənməsini təmin etmək iqtidarındadır. Kulturologiyanın strateji əhə-

miyyətini nəzərə alaraq, inkişaf etməkdə olan dövlətlərin milli maraqların-

dan çıxış edərək, kulturologiyanı ümumi orta, orta peşə təhsili və ali mək-

təb təhsilinə fəal surətdə tətbiq etmək, xüsusi təhsil institutları, fakultələr və 

kafedralar, tədqiqat institutları, universitetlər, maarif və  məsləhət-ekspert 

kulturoloji mərkəzləri, kulturologiya akademiyaları yaratmaq zəruridir.  

Kulturologiyanın beynəlxalq əhəmiyyətinin artması da aşkardır.Yer üzündə 

həyatın qorunması və yaxşılaşdırılması naminə xalqların və dövlətlərin qar-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə