Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə25/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   21   22   23   24   25   26   27   28   ...   315

Fuad Məmmədov

 

 

54



al” dövlətə qarşı təhlükə olan birtərəfli, yanlış qərarların blokada mexaniz-

minin hazırlanması üçün demokratik dövlətlərin konstitusiya normaları hər 

il parlament qarşısında öz fəaliyyətinin nəticələri haqqında hesabat verməyi 

hökumətin öhdəsinə qoyur. Yüksək demokratik dövlət idarəçiliyi mədəniy-



yəti,  vətəndaşların sosial vəziyyətini pisləşdirən və dövlətin özünə ziyan 

vuran siyasətçi və məmurların fəaliyyətini istisna edir. Avtoritar idarəetmə 



üslubu  milli maraqlara cavab verən tərəqqipərvər islahatları  və innovativ 

fəaliyyəti ləngidən qeyri-məhdud və mütləq bürokratiya hakimiyyətinin 

formalaşmasına səbəb olur. O, korrupsiya və yoxsulluq yaradır, vətəndaşla-

rın yaradıcı təşəbbüsünü və sosial fəallığını sarsıdır, ölkənin sosial-mədəni 

və siyasi həyatında onların fəaliyyət səviyyəsini azaldır. Həyat fəaliyyəti 

demokratik prinsiplər və dəyərlər üzərində qurulan demokratik dövlətlərin 

təcrübəsində  avtoritar idarəetmə üslubu dövlətə  və onun vətəndaşlarına 

mənəvi və maddi zərər vuran, qeyri-etik və qeyri-qanuni hal kimi nəzərdən 

keçirilir. Bu baxımdan, ictimai inkişaf tələbatlarından asılı olaraq, demok-

ratik ölkələrin demokratik idarəetmə sistemi vaxtaşırı islahat yolu ilə dəyiş-

dirilir və təkmilləşdirilir. M. Ponyatovski, C. Adair və digər tanınmış mütə-

xəssislərin konsepsiyalarına görə, dövlətin həyat fəaliyyətinin bu və ya di-

gər sahəsinin idarə edilməsi hüququ xüsusi biliklərə, idarəetmə qabiliyyəti-

nə və liderlik keyfiyyətlərinə, təcrübəyə və səriştəyə malik intellektuallara 

verilməlidir (“iddia edilməlidir”). Bu insanların seçilməsi “vəzifə hakimiy-

yətinin” deyil, “biliklər hakimiyyəti” və  “şəxsiyyət hakimiyyətinin” prin-

sipləri əsasında qurulmalıdır. Bu problemin həll edilməsi üçün ölkənin in-

tellektual resursları barədə, onların dövlət idarəçiliyi sistemində milli ma-

raqlara uyğun məhsuldar istifadəsi məqsədilə obyektiv informasiyanın ol-

ması mühüm əhəmiyyət kəsb edir. 

Amerika sosioloqu A. Kassineli və onun ingilis həmkarı M. Stüart de-

mokratik və totalitar dövlətçiliyi çoxpartiyalı (demokratik) və  təkpartiyalı 

(totalitar) sistem əlamətlərinə görə fərqləndirirlər. Buna baxmayaraq, görü-

nür ki, siyasi rejim xarakteri idarəçi elitanın təbiəti və məqsədləri ilə şərtlə-

nir. Variantlarından biri şəxsi hakimiyyət rejimi olan avtoritar rejim üçün 

səciyyəvi cəhət, arxasında xüsusi dairələrin maraqları dayanan sosial və si-

yasi demaqoqluqdur. Demokratik rejim üçün xarakterik cəhət sosial-siyasi 

həyatın bütün sahələrinin geniş surətdə demokratlaşdırılması, milli maraq-

ların prioriteti əsasında şəxsiyyət və cəmiyyətin maraqlarının harmonizasi-

yası xarakterikdir. Xalq hakimiyyəti prinsipi ilə, dövlətin xalq qarşısında 

məsuliyyəti və ona hesabat verməsi ilə şərtlənən demоkratik ölkələrin döv-

lətçiliyi,  ümumi ictimai maraqların keşiyində durmaq iqtidarı olan hüquqi 

sistemdə ifadə olunur və möhkəmləndirilir. Demokratik dövlətçilik özünün 

dəyərlər sistemi sayəsində,  şübhəsiz, keçmişə gedib çıxan, özgə  ərazilərin 



İdarəetmə mədəniyyəti 

 

55



işğal edilməsi və başqa xalqların əsarət altına alınması və qarət edilməsi si-

yasətindən imtinanı nəzərdə tutur. Buna baxmayaraq müasir dünya siviliza-

siyası, ayrı-ayrı dövlətlərin (və ya onların qruplarının) öz monopolist iradə-

sini beynəlxalq hüqüq subyektlərinə zorla qəbul etdirmək, onların əsas iqti-

sadi mövqeləri idarəçiliyini öz nəzarətinə götürmək, beləliklə, onların real 

müstəqilliyini məhdudlaşdırmaq cəhdləri kimi eqoistlik və avtoritarlıq təza-

hürlərindən hələ tam azad deyil.  

Totalitar dövlət quruluşundan demokratik dövlət quruluşuna keçid, post-

sovet ölkələrinin gündəminə, demokratik mədəniyyətin prinsipləri və  də-

yərləri əsasında düzgün siyasi həllini tələb edən bir sıra aktual problemlər 

çıxarmışdır. Tarixi təcrübə göstərdi ki, hakimiyyətə inamın azalmasının və 

inkişaf etmiş ölkələrdə böhran vəziyyətinin yaranmasının daha çox yayıl-

mış səbəbləri həyat səviyyəsinin aşağı vəziyyətdə olması, hakimiyyətin zə-

ifliyi, feodal mentaliteti, korrupsiya, seçki və  təyinatların  ədalətsizliyi və 

başqalarıdır. Eyni zamanda o ölkələrdə ki, hakimiyyət ağlın hisslərdən üs-

tün olduğunu nümayiş etdirir, biliyə  və  məsuliyyətə,  ədalətə, xoş  mərama 

və müdrikliyə istinad edirdi, müxtəlif sosial qruplara məxsus vətəndaşların 

maraqlarına, dövlətin möhkəmləndirilməsinə və inkişafına cavab verən zid-

diyyətli sosial və siyasi problemlər daha optimal, harmonik həllini tapırdı. 

Demokratik dövlətlər ona əsaslanırlar ki, avtoritar idarəetmə üslubu xalqın 

maraqlarını məhdudlaşdırır və onları ayrı-ayrı siyasətçi və mənurlardan ası-

lı vəziyyətə salır, bu da dövlət quruculuğu prosesini ləngidir, sosial və siya-

si stabillik faktoru olan orta sinfin formalaşmasına mane olur. Demokratik 

üslub isə,  əksinə, hakimiyyətin xalqa məxsus resurslardan volyuntarist və 

ədalətsiz istifadəsi imkanını minimuma endirir. Hakimiyyətin yüksək nüfu-

zu onun cəmiyyətə, öz xalqına, ölkənin ayrılıqda götürülmüş hər bir vətən-

daşına xidmətin effektivlik dərəcəsi ilə doğruldulmalıdır. Bunu nəzərə ala-

raq demokratik dövlət quruluşu cəmiyyətin demokratik mədəniyyətinin fa-

siləsiz inkişafını, demokratik idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi-

ni, icra hakimiyyətinin fəaliyyəti üzərində parlament və ictimai nəzarətin 

təmin edilməsini, konstitusiyaya zidd olan və dövlətin özülünü dağıdan so-

sial bəla kimi bürokratizm və korrupsiya ilə mübarizəni nəzərdə tutur. 



Demokratik dövlətçilik mədəniyyəti - siyasi və iqtisadi mədəniyyətin, vətən-

daş cəmiyyəti mədəniyyətinin fasiləsiz inkişafını, qeyri-hökumət təşkilatlarının 

idarəetmə mədəniyyəti daxil edilməklə, dövlət aparatının, dövlət və sosial ida-

rəetmənin formaları, metodları  və texnologiyalarının təkmilləşdirilməsini nə-

zərdə tutur. Bu – məmurların öz xalqına qayğısını, onların ölkə vətəndaşlarına 

hörmətini təmin edən maarifçilik idarə üsuluna, insanların maddi rifahı və hə-

yat keyfiyyətinin inkişafına yardım edən müntəzəm sosial-mədəni və iqtisadi 

tərəqqiyə əsaslanan mədəniyyətdir. Yalnız belə idarəetmə üsulu xalqın höku-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə