Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə24/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   20   21   22   23   24   25   26   27   ...   315

Fuad Məmmədov

 

 

52



şılıqlı təsiri, həmrəyliyi və sosial-mədəni əməkdaşlığı zamanın alternativsiz 

tələbidir. Lakin bu vəzifənin həyata keçirilməsində müvəffəqiyyət, çox za-

man onların, müxtəlif xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşma, hör-

mət və inamа səbəb olan ruhi mədəniyyət səviyyəsindən asılıdır. Dünya iq-

tisadi böhranının qarşısını alan ən yaxşı modellərin axtarışı və dünya iqtisa-

diyyatında balansın pozulmasını aradan qaldırmağa qadir olan yeni maliyyə 

arxitekturasının yaradılması yalnız iqtisadi sahə ilə  məhdudlaşa bilərmi? 

Yoxsa o da qarşılıqlı əlaqəli bütöv sosial sistemin hərəkətverici qüvvəsi ki-

mi, ruhi mədəniyyətin həyat qabiliyyətinin inkişafını  tələb edir? Şübhəsiz 

ki, ikinci suala müsbət cavab vermək lazımdır. Bunun həyata keçirilmə şər-

ti şəxsiyyət mədəniyyətinin, hər bir ailədə, hər bir şəhərdə və kənddə, hər 

bir küçədə, hər bir kollektivdə, hər bir cəmiyyətdə - bütün dünyada yüksək 



əqli və mənəvi mədəniyyətin inkişaf etdirilməsidir. Bu, konkret situasiya və 

ümumi qanunauyğunluqlarını nəzərə alaraq, qlobal səviyyədə qərarların qə-

bulunun təkmilləşdirilməsinin elmi əsası kimi, kulturologiyanın inkişafının 

beynəlxalq əhəmiyyətini bir daha qeyd edir. Belə yanaşma insan münasibət-

ləri və beynəlxalq münasibətlər mədəniyyətinin norma və dəyərlərinin tən-

zimlənməsini, universal prinsiplərin düzgün tətbiqini və müasir dünyanın 

daimi dəyişiklikləri  şəraitində hadisələrin, faktların,  şəxsiyyətlərin və nai-

liyyətlərin obyektiv qiymətləndirilməsini tənzimləməyə kömək edəcək.  

 

Demokratik dövlətçilik mədəniyyəti haqqında 

 

Kulturologiyanın aktual tədqiqat obyektlərindən biri dövlətçilik mədə-



niyyətidir. Mədəniyyətin sosial institutu və cəmiyyətin siyasi təşkilatı olan 

dövlət, müxtəlif siniflər və sosial qrupların maraqları ilə sıx bağlıdır. Müx-

təlif sinifli cəmiyyətlərə - quldarlıq, feodalizm, kapitalizm, sosializm kimi 

müxtəlif dövlətçilik tipləri aiddir. Tarixi tipindən asılı olmayaraq, hər bir 

dövlət, – vasitəsilə cəmiyyətin idarə edilməsini həyata keçirən siyasi təşki-

lat kimi, özünün məzmunu, funksiyalarının qarşılıqlı münasibəti, fəaliyyəti-

nin forma və metodları ilə fərqlənir. Milli konsolidasiya və milli dövlətçili-

yin möhkəmləndirilməsi prosesi gedən inkişaf etməkdə olan ölkələrdə, bir 

qayda olaraq, vahid milli mədəniyyətin inkişafı əsasında etnik və nəsli- qə-

bilə ayrılığının aradan qaldırılma vasitəsi kimi dövlət quruculuğunun unitar 

formasına üstünlük verirlər.  

Cəmiyyətin idarə edilməsi və onun strukturlarının qorunmasını  həyata 

keçirən əsas siyasi təşkilat kimi, dövlətin sabitliyi dövlətçilik mədəniyyətin-

dən, ideologiyanın düzgünlüyündən, daxili və xarici siyasətdən, beynəlxalq 

münasibətlərdən, sosial və iqtisadi inkişafın effektivliyindən, təhlükəsizlik 

sistemindən xeyli dərəcədə asılıdır. Dövlətçilik forması, idarə üsulu forması, 



İdarəetmə mədəniyyəti 

 

53



siyasi rejim və dövlət aparatı  sıx qarşılıqlı  əlaqəli və qarşılıqlı asılıdırlar. 

Dövlətçilik forması ilə idarə üsulu forması vahid ideologiya və iqtisadi mə-

dəniyyətlə birləşmişlər. Dövlət quruluşu forması  dövlətin qarşılıqlı əlaqəli 

hissələrə bölünməsi və dövlətin mərkəzi orqanlarının və onun tərkib hissə-

lərinin, - regionların tarixi, milli və iqtisadi xüsusiyyətlərini nəzərə almaqla, 

inzibati-ərazi və muxtar qurumlar arasındakı qarşılıqlı münasibətlərin xa-

rakteri ilə  şərtlənir.  İdarəçilik üsulu forması  qurumun strukturu və  təşkil 

edilmə qaydası ilə dövlətin ali və yerli orqanları arasındakı qarşılıqlı müna-

sibət prinsipləri və səlahiyyətlərinin düzgün müəyyənləşdirilməsi ilə şərtlə-

nir. Siyasi rejim dövlət orqanları fəaliyyətinin məcburi və əqidə metodlarını, 

həmçinin fəaliyyət texnologiyalarını müəyyən edir.  

Müasir dövlət istehsal vasitələrinin başlıca mülkiyyətçisi və cəmiyyətin 

bütün ictimai həyat fəaliyyətinin siyasi təşkilatçısı, qanunvericisi, inzibatçı-

sı və hakimi kimi çıxış edir. O, şəxsi, qrup və milliləşdirilmiş mülkiyyətin 

təminatçısıdır, cəmiyyətin müxtəlif sosial qruplarının əmək və kapital ma-

raqlarının balansını formalaşdırır və qoruyur. Müasir dövlət funksiyalarına 

öz vətəndaşlarının həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına və 

ictimai tərəqqiyə nail olunmasına istiqamətlənmiş  hərtərəfli sosial-mədəni 

siyasətin həyata keçirilməsi daxildir. Bu siyasətin əsas istiqamətləri - elm, 

təhsil, texnoloji, hüquqi, iqtisadi, maliyyə-kredit, vergi, gömrük, beynəlxalq 

siyasət, incəsənət və  mədəni irsin qorunması sahəsindəki siyasət, ictimai 

asayişin qorunması, müdafiə, milli təhlükəsizlik və başqalarıdır. Dövlət an-

timonopolist siyasətin köməyi ilə  rəqabət mübarizəsini tənzimləyir, anti-

böhran siyasəti vasitəsilə isə - cəmiyyətin sosial-mədəni terapiyasını təmin 

edir, sosial ziddiyyətləri və yanlış idarəetmə qərarlarının neqativ nəticələri-

ni aradan qaldırır. Dövlət idarəçiliyi orqanları öz funksiyalarını yerinə yeti-

rərkən nəinki qanunvericiliyi, hakim strukturların siyasi qərarlarını və dün-

ya elminin nailiyyətlərini, həmçinin xalqın həyat fəaliyyətinin  əsası olan 

milli ideologiyanı, mədəni (o cümlədən, dini) dəyərlər sistemini, milli eti-

kanı, ənənələri, adətləri, maarifçilik sisteminə əsaslanan KİV və dini idarə-

lərin fəaliyyətini də əldə rəhbər tuturlar. 

Məlumdur ki, müasir dövlətlərdə həm demokratik, həm də avtoritar si-

yasi rejimlər qurula bilər. Demokratik ölkələrdə dövlət deyil, insan, onun 

hüquqları və azadlıqlırı, sağlamlığı, mülkiyyəti, rifahı və gələcəyi ən yük-

sək dəyərdir. Vətəndaşlar dövlət üçün deyil, konstitusiyanı əldə rəhbər tu-

tan güclü dövlət vətəndaşlar üçün, onların münasibətlərini tənzimləmək və 

həyat fəaliyyətlərini təmin etmək üçün mövcuddur. Dövlət, cəmiyyətin so-

sial-mədəni inkişafının, zəruri hüquqi intizamın, vətəndaşların həyat fəaliy-

yəti və azadlıqlarının etik normalarını qoruma aləti kimi nəzərdən keçirilir. 

Bunu nəzərə alaraq, bürokratiya “qüdrətinin” aradan qaldırılması və “sosi-



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə