Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə26/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   22   23   24   25   26   27   28   29   ...   315

Fuad Məmmədov

 

 

56



mətə inamına səbəb olar, dövlətin təhlükəsizlik maraqlarına cavab verən sosial 

və siyasi sabitliyi təmin edə bilər. O eyni zamanda vətəndaşların təhsilə və xal-

qın fəal kulturoloji maarifə  sərbəst keçməsini nəzərdə tutur. Demokratik cə-

miyyət və hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş ölkələrin milli-

dövlət inkişafının mümkün qədər yüksək sürətini təmin etmək üçün, ilk növbə-

də, feodal maneələri dəf etmək lazımdır. Yaponiya təcrübəsinin göstərdiyi kimi, 

bu problemin həlli yolu intellektual mədəniyyətin (təhsilin, elmin və innovativ 

fəaliyyətin) qabaqlayıcı inkişafı, güclü milli ideya və milli mədəniyyətin hərtə-



rəfli demokratlaşdırılması, müəyyən sayda idarə funksiyalarının ölkə vətəndaş-

larına və qeyri-hökumət təşkilatlarına verilməsi, onların siyasi həyatda iştirakı-

nın genişləndirilməsidir.  

Demokratik dövlətçilik düşünülmüş sosial və kadr siyasətinin, vətəndaş-

ların Vətən qarşısındakı xidmətlərinin ədalətlə qiymətləndirilməsi və qəbul 

edilməsinin, insanın fəaliyyət qabilyyətləri,  əhəmiyyəti və  nəticələrinə 

adekvat olaraq, yüksək bölgü münasibətləri mədəniyyətinin həyata keçiril-

məsini tələb edir. Demokratik ölkələrin sosial-mədəni arxitektura quruculu-

ğu əhalinin bütün təbəqələrinin maraqlar balansının və gözləmələrinin he-

saba alınmasını, proteksionizmin və favoritizmin istisnasını, dövlətin mütə-

rəqqi inkişaf maraqlarında şəxsiyyətin daha dolğun inkişafını və onun yara-

dıcılıq potensialı və nailiyyətlərinə imkan yaradan bütün vətəndaşlar üçün 

bərabər ilkin şərtlərin təminatını nəzərdə tutur. Bununla bərabər dövlətçilik 



mədəniyyəti,  həm də iqtisadi inkişafdan gələn gəlirlərin sosial sahələrdə: 

elm, təhsil, səhiyyə, əhalinin sosial təminatı və s. necə paylanması ilə mü-

əyyən edilir. Əgər avtoritar rejimlər çox vaxt ictimai şüurla manipulyasını 

asanlaşdıran kütlələrin cahilliк  və qeyri-mütəşəkkilliyinə istinad edirlərsə, 

məktəbi və kilsəni dövlət nəzarəti altına qoyurlarsa, demokratik dövlətlər 

xalqın ümumi təhsili və maariflənməsinə, azad sahibkarlığın, şəxsi mülkiy-

yətin, “üçüncü sektorun”, KİV və  vətəndaş  cəmiyyətinin  digər institutları-

nın inkişafına kömək edirlər.  



Demokratik dövlətçiliyin əsasını təşkil edən fundamental mədəni dəyər-

lər sistemi və milli mədəniyyət birliyi özündə yalnız xalqın özünəməxsus 

milli ənənələri, xüsusiyyətləri və ideallarını əks etdirməli deyil. O həm də – 

azadlıq,  ədalət, qanunun və insan hüquqlarının aliliyi, xüsusi mülkiyyətin 

toxunulmazlığı, xeyirxahlıq, şəxsiyyət ləyaqətinə hörmət, düzlük, sosial və 

siyasi məsuliyyət kimi universal demokratik mədəniyyət dəyərlərini də nə-

zərdə tutur. Demokratik dövlətçiliyin mədəni dəyərlərinin əsasını insanın ən 

yüksək dəyər kimi qəbul edilməsi təşkil edir, dövlətin bütün fəaliyyəti onun 

əsasında və onun naminə qurulur.  

Demokratik ölkələrin dövlət quruluşunun əsas formaları unitar və federa-

tiv quruluşdur.  Кapitalist cəmiyyətinin inkişaf qanunauyğunluqlarına daha 



İdarəetmə mədəniyyəti 

 

57



çox uyğun gələn  dövlət quruluşunun unitar forması  dövlət idarəçiliyi və 

iqtisadi inkişafın milli miqyasda mərkəzləşdirilməsi ilə xarakterizə edilir. 

ABŞ, Kanada, İsveçrə, Argentina, Braziliya, Avstraliya və başqa ölkələr-

də bərqərar olan dövlət quruluşunun federativ forması  ərazi  əlamətlərinə 

görə qurulur və milli-ərazi məsələlərinin daha yaxşı tənzimlənməsinə im-

kan verir. Bununla belə, cəmiyyətin mədəni xüsusiyyətləri ilə  şərtlənən 

dövlətçilik inkişafının eyni qanunauyğunluqları müxtəlif formalarda özü-

nü göstərə bilər. Dövlət quruluşunun seçim tipi hər bir ayrı ölkənin tarixi 

inkişaf şəraitindən asılıdır. İnkişaf etməkdə olan dövlətlər üçün unitar for-

malı dövlətçiliyin əhəmiyyəti ondan ibarətdir ki, o, feodal mentallığı qa-

lıqlarının, tayfa, irqi və dini ədavətlərin, etnik separatizmin aradan qal-

dırlmasına və milli konsolidasiya prosesinə kömək edən vahid mədəniy-

yətin formalaşdırılmasına imkan yaradır.

7

 



Bir sıra daha uğurlu demokratik ölkələrin dövlətçiliyi, hüquqi baxımdan, 

irsi hökmdar və parlament kimi iki hakimiyyət mənbəyinə əsaslanan liberal 



konstitusiyalı monarxiyadır. Burjua monarxiyaları iki tipdə olur: dualistik və 

parlamentar. Ciddi feodalizm qalıqlarının mövcudluğu ilə fərqlənən, keçmiş-

də Prussiya, Almaniya, Avstriya, Rumıniya və digər dövlətlərdə yayılmış du-

alist monarxiyada, - siyasətçiləri və məmurları vəzifəyə təyin etmək və vəzi-

fəsindən kənar etmək, orduya və polisə rəhbərlik etmək hüququnu, qanunve-

rici təşəbbüs və  əmrlərin verilməsi hüququnu, veto hüququ və parlamentin 

vaxtından əvvəl buraxılması hüququnu, adətən, dövlət başçısı özündə saxla-

yır. Parlament monarxiyalı Birləşmiş Krallıq, Belçika, Norveç, İsveç, Yapo-

niya və digər ölkələrdə kral tərəfindən təyin edilmiş dövlət üzvləri parlamen-

tin etimad qərarından asılıdır. Hökumət başçısı  təxirəsalma veto hüququna 

malikdir. Lakin konstitusiyada nəzərdə tutulan xüsusi hallarda о, parlamentin 

vaxtından əvvəl buraxılması hüququna malikdir.   

Kapitalist dövlətçiliyinin  ən yüksək və daha çox yayılmiş forması de-

mokratik respublikadır ki, onun dövlətçilik və dövlət idarəçiliyinin  əsası 

millətin iradəsidir. Prezidentin şəxsiyyətindən, parlamentin və hökumətin 

şəxsi heyətindən asılı olmayaraq, demokratik respublikada rəsmi hakimiy-

yət formal olaraq, xalq çoxluğuna mənsubdur. Demokratik respublika, öl-

kənin avtoritar hakimiyyətinin təmsiledici orqanları və qeyri- hökumət təş-

kilatları  tərəfindən lüzumsuz nəzarətlə idarə edilməsi rejimindən imtina 

edilməsini, maliyyə oliqarxiyası  və iri monopoliyalar hakimiyyətinin ara-

dan qaldırılmasını nəzərdə tutur.  

                                                            

7

 Əlbəttə, unitar quruluşa



 

və prezident idarəçiliyi

 

formasına malik maksimal dərəcədə  mər-



kəzləşdirilmiş dövlətlər, dövlət idarəçiliyində  və demokratik azadlıqların məhdudlaşdı- 

rılmasında avtokratik tendensiyalar üçün zəmin yaratma təhlükəsi törədir.  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə