Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə171/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   167   168   169   170   171   172   173   174   ...   189

 

487


yaxınlaşmaq  məcburiyyətində  qalacaqdır.  Türkiyə  Rusiya  və 

Çinə yaxınlaşaraq, bu istiqamətdən istifadə etmək yolu ilə türk 

dünyasının  birliyinə  qismən  nail  ola  biləcəkdir.  (  Çini  və 

Rusiyanı özünə dost edə bilərsə, bu dostluqdan istifadə edərək 

bu ölkələrin  Türk  dünyasına  təsirlərini qismən azalda bilər). 

Mövcud  zamanda  Çin  və  Rusiya  Türkiyəyə  türk  dünyasını 

ingilis  dünyasına  tərəf  çəkən  bir  qüvvə  kimi  baxırlar.  Buna 

görə də hər iki dövlət Türkiyənin müvafiq istiqamətli siyasətini 

öz  maraqları  üçün  təhlükə  hesab  edirlər.  Belə  qənaətə  gəlmək 

olar  ki,  əgər  Türkiyə  ingilis  dünyasının  təsirindən  çıxaraq 

Rusiya  və  Çinə  tərəf  yaxınlaşarsa,  bu  dövlətlərin  türk 

dünyasına  təzyiqlərini  azalda  bilər  ki,  bu  amil  də  türk 

dövlətlərinin  Avro-Asiya  məkanında  strateji  maraqlarının 

güclənməsinə  kömək  edər.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 

Türk dövlətləri ingilis dünyasına tamamilə yaxınlaşa bilməzlər. 

Bu,  həm  dini,  həm  region  amili  (coğrafi  amil  baxımından-



geosiyasətdə  məkanın  yaxınlığı  və  uzaqlığı  əsas  rol  oynayır)

həm də milli baxımında mümkün deyil. İngilis dünyası da bunu 

dərk edir.  

Slavyan  dünyasının,  Çinin  və  İranın  regional  təsirlərinə 

baxmayaraq, 

türk 


dünyasının 

dövlətləri 

öz 

sərvətləri 



baxımından  ayrı-ayrılıqda  indikinə  nisbətən  yaxın  və  orta 

müddətli  gələcəkdə  güclənə  biləcəklər.  Buna  əsas  səbəb  kimi 

türk  dövlətlərinin  zəngin  təbii  sərvətləri  və  coğrafi  mövqeyi 

göstərilə  bilər.  Eyni  zamanda  vaxtilə  Sovetlər  Birliyinin 

tərkibində olmuş türk dövlətlərində elmi baza mövcuddur. Belə 

hesab  etmək  olar  ki,  Rusiyanın  gələcəkdə  Mərkəzi  Asiyada 

nüfuzunun  genişlənməsinə  baxmayaraq,  rus  dili  regionda, 

Qazaxıstanı çıxmaq şərtilə, orta və uzaq müddətli gələcəkdə öz 

təsirini  indikinə  nisbətən  bir  qədər  itirə  biləcəkdir.  Lakin  dilin 

təsirinin 

itməsi 

dövlətin 



təsirinin 

itməsi 


mənasını 

verməyəcəkdir.  

Məlumdur  ki,  Çinlilərlə  slavyanların  (rusların)  Avrasiyada 

yaxınlaşması  (regionun  qonşu  dövlətləri  kənar  dövlətlərə 




 

488


qarşı  vahid  maraqdan  çıxış  edirlər  və  hər  iki  dövlət  öz 

müdafiə 

potensialllarını 

həmin 

kənar 

dövlətə 

qarşı 

yönəldirlər)  əsasən  ingilis  dünyasına  (ABŞ-a)  qarşıdır.  Məhz, 

XX əsrin ortalarında həm Koreyada, həm də Vyetnamda ABŞ-

a  qarşı  müharibədə  Çin  və  SSRİ  birlikdə  siyasi  mübarizə 

aparırdı.  Çinlə  SSRİ-ni  birləşdirən  əsas  amil  də  kommunist- 



sosialist  ideyası  idi.  İdeologiya  üzərində  siyasi  cəhətdən 

yaxınlaşmış  dövlətlərə  ingilislər  tərəfindən  təzyiqlər  olunurdu 

və  həmin  təzyiqlər  yenə  də  davam  etməkdədir.  İndi  də  Çinin 

idarəçiliyini  Çin  Kommunist  Partiyası  həyata  keçirir.  Çinlə 

Rusiyanın  başlıca  məqsədi  gələcəkdə  Asiya  qitəsində 

ingilislərin  hegemonluğuna  yol  verməməkdir.  Hər  iki  dövlət 

ingilislərin siyasətini  təhlükə  hesab  edirlər. Hətta bu məqsədlə 

Çin  və  Rusiya  regionun  digər  dövlətləri  ilə  birlikdə 

təşkilatlanmaq siyasəti də həyata keçirirlər. Hər iki dövlət türk 

dünyasını  və  digər  xalqları  özləri  ətraflarında  birləşdirməyə 

çalışırlar  ki,  ətraf  sədlər-təhlükəsizlik  qurşaqları  yarada 

bilsinlər. 

Avrasiya  (burada  Asiya)  gücləri,  güc  mərkəzləri  digər 

qitələrdən olan hərbi-siyasi təhlükələrdən qorunmaq məqsədilə 

təşkilatlanmaq  siyasəti  də  həyata  keçirirlər.  Asiyanın  iki 

nəhəngi  olan  Çin  və  Rusiya  qlobal  güclərdən  (burada  qlobal 



hərbi-siyasi güc kimi NATO təşkilatını qeyd etmək olar) ehtiyat 

edərək  Asiyanın özündə Şərq-Qərb (burada Rusiya və Çin) və 

Şimal-Cənub  (burada  Çin,  Rusiya  və  Asiyanın  mərkəzi  və 

cənubi  dövlətləri)  dairələrini  özündə  əks  etdirən  qurum 

yaratmışlar.  

Ş

anxay  Əməkdaşlıq  Təşkilatı-  Rusiya  və  Çin,  xüsusilə 

Rusiya  NATO-nun  təhlükəsini  hiss  edərək  və  Qərbin  (burada 

daha çox ABŞ-ın) Asiya regionuna hərbi-siyasi cəhətdən nüfuz 

etməsini  nəzərə  alaraq  və  gələcəkdə  bu  strategiyanın  daha  da 

genişlənməsinin  qarşısını  almaq  üçün  hərbi və  siyasi cəhətdən 

birləşmək,  ittifaqlar  yaratmaq  məcburiyyətindədirlər.  Şanxay 

Əməkdaşlıq  Təşkilatına  keçmiş  SSRİ  respublikaları  olan 



 

489


Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan,  Tacikistanı  da  cəlb 

olunublar.  Ukraynanın  da  təşkilata  cəlb  edilməsi  məsələsi 

gündəlikdədir. İran da həmin təşkilatda hal-hazırda müşahidəçi 

qismində iştirak edir. Bununla yanaşı, Hindistan, Əfqanıstan və 

Pakistan  da  bu  təşkilatda  müşahidəçi  qismində  iştirak  edirlər. 

Belə  hesab  etmək  olar  ki,  Rusiya  və  Çinin  başlıca  məqsdi  bu 

təşkilatı  gələcəkdə  NATO-ya  (Amerika-Avropa  qitəsini  əhatə 

edən  AvroAtlantik  bloka)  qarşı  çox  güclü  olan  alternativ  bir 

quruma,  hərbi-siyasi  alyansa  çevirməkdir. 

(Qeyd:  Şanxay 

Əməkdaşlıq  Təşkilatı  subregional  beynəlxalq  təşkilatdır.  Təşkilatın 

yaradılması  öz  başlanğıcını  1996-cı  ildə  imzalanmış  Sərhədlər 

rayonunda  hərbi  sahədə  inamın  möhkəmləndirilməsi  haqqında 

Sazişlə  və  1997-ci  ildə  imzalanan  Sərhədlər  rayonunda  silahlı 

qüvvələrin  qarşılıqlı  olaraq  ixtisarlaşdırılması  haqqında  Sazişlə 

yaradılan  “Şanxay  beşliyi”ndən  (Rusiya,  Qazaxıstan,  Qırğızıstan, 

Çin və Tacikistan) götürür. Bu dövlətlərin yaxınlaşmasında ilkin şərt 

olaraq Əfqanıstanda Şimal koalisiyası ilə Taliban hərəkatı arasında 

gedən  vətəndaş  müharibəsinin  sərhədlər  rayonunda  sabitliyə  ola 

biləcək təhlükəsi ilə əlaqədar olmuşdur.  

Ş

anxay  Əməkdaşlıq  Təşkilatı  altı  dövlətin  -Rusiya,  Qazaxıstan, 

Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət rəhbərlərinin 2001-

ci  ilin  iyun  ayının  14-15-də  Şanxayda  keçirilən  görüşündə  rəsmi 

olaraq  yaradılmışdır.  2002-ci  ilin  7  iyununda  Sankt-Peterburqda 

keçirilən  sammitində  Şanxay  Əməkdaşlıq  Təşkilatının  nizamnamə 

sənədi  olan  Xartiya  qəbul  edildi.  2003-cü  ilin  may  ayının  29-da 

Moskva keçirilən görüşlərdə təşkilatın işini tənzim edən çoxlu sayda 

sənədlər  qəbul  edildi.  Üzv  dövlətlərin  hökumət  başçıları  şurasının 

2003-cü  ilin  sentyabr  ayının  23-də  Pekində  keçirilən  iclasında 

təşkilatın  2004-cü  il  üçün  büdcəsi  təsdiq  edildi.  Bütün  görülən  bu 

tədbirlər sayəsində təşkilatın Pekində Katibliyi yaradıldı. Həmin ildə 

mənzil-qərargahı  Daşkənddə  yerləşməklə,  icraedici  orqan  olan 

regional  antiterrorizm  strukturu  təsis  edildi.  2003-cü  ilin  avqust 

ayında  altı  ölkənin  silahlı  qüvvələrinin  iştirakı  ilə  Qazaxıstan 

ərazisində  terrorizm  əleyhinə  təlimlər  həyata  keçirildi.  Bununla 

yanaşı,  təşkilat  çərçivəsində  üzv  dövlətlərin  hüquq-mühafizə 

orqanlarının  və  xüsusi  xidmət  qurumlarının  rəhbərlərinin  “Bişkek 

qruppası”  fəaliyyət  göstərir.  Təşkilat  hərbi  blok  və  ya  da  müdafiə 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə