Microsoft Word gelecek dunya duzeni I kitab doc


(Qeyd:  Qərb  hərbi-siyasi



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə173/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   169   170   171   172   173   174   175   176   ...   189

 

492


(Qeyd:  Qərb  hərbi-siyasi  anlayışının  mərkəzində  ingilis 

dünyası-ABŞ-Böyük  Britaniya  birliyi  dayanır.  ABŞ  və 

B.Britaniya  İkinci  Dünya  müharibəsi  zamanı  və  müharibədən 

sonra Qərbi Avropanın, sosialist blokunun çökməsindən sonra 

isə  ümumi  Avropanın  hərbi-siyasi  təhlükəsizlik  xəritəsinin 

konturlarını cızıblar. Qərb mədəniyyəti anlayışının mərkəzində 

isə  Almaniya,  Fransa,  İtaliya,  İspaniya,  Portuqaliya, 

Hollandiya,  İngiltərə  kimi  dövlətlər  dayanır.  Bu  xalqların 

mədəniyyət 

yaradıcılıqları 

daha 

genişdir. 

Yunanıstan 

mədəniyyəti  Qərb-Şərq  mədəni  qovşağı  obyekti  hesab  olunur. 

Həmçinin  Roma  mədəniyyəti  də  bu  qovşağa  aid  edilir. 

Yunanıstan  və  Roma  Şərq  mədəniyyətinin  Qərbə  transferində 

geomədəni  tranzit  rollarını  oynaçışlar.  İntibah  (dirçəliş  və  ya 

da  rezenans)  dövründə  Avropa  ölkələrində  elm  və  mədəniyyət 

daha  sürətlə  inkişaf  etmiş  və  ədəbiyyatda,  incəsənətdə, 

memarlıqda,  mədəniyyətdə  yeni-yeni  baxışlar,  cərəyanlar 

meydana  gəlmişdir.  Məsələn,  incəsənətdə  və  mədəniyyətdə 

realizm, surrealizm, romantizm, impressionizm və s. cərəyanlar 

mövcuddur.  Elmi-fəlsəfi  baxışlarda  realizm,  neorealizm, 

idealizm,  klassisizm,  funksionalizm,  humanizm, kosmopolitizm, 

praqmatizm, 

konservatizm, 

empirizm, 

liberalizm, 

neoliberalizm, postmodernizm, nihilizm, sosializm-kommunizm, 

kapitalizm  və  s.  kimi  cərəyanlar  genişlənmişdir.  Elmi-Texniki 

İnqilab  XX  əsrdə  Avropada  meydana  gəlmişdir.  Cəmiyyətlər 

üzərində 

texnokratiya 

(texnikanın 

hakimiyyəti) 

formalaşmışdır).  Rusiya  Baltikyanı  respublikaları  həmin 

quruma daxil etdirə bilmədi və bu respublikalar tezliklə Qərbə 

inteqrasiya  yolunu  tutdular.  Rusiya  bu  respublikaların  Qərbə 

inteqrasiya prosesinin qarşısını almaqda bir o qədər də maraqlı 

olmadı və bu baxımdan da yollarını kəsə bilmədi. Lakin Rusiya 

digər  respublikaların  Qərbə  inteqrasiyasını  qısqanclıqla  qəbul 

etdi  və  bir  çox  respublikalarda  (Gürcüstanda,  Azərbaycanda) 

münaqişə  ocaqlarını  dəstəklədi.  Bu  yolla həmin respublikalara 

təzyiq vasitəsi əldə etdi. Slavyan dövlətlərindən Belorus Rusiya 



 

493


ilə  sıx  əməkdaşlıq  yolunu  tutduğuna  görə  Rusiya  bu  dövlətə 

təzyiq etmədi. ABŞ Belorusun Rusiyayönümlü siyasətinə görə, 

hətta,  bu  dövlətə  qarşı  müəyyən  təzyiqlərdən  istifadə  etdi. 

Ukrayna  isə  2000-ci  illərin  əvvəllərində  “narıncı  inqilab”dan 

sonra  ingilislərə  yaxınlaşdığına  görə  Rusiyanın  təzyiqləri  ilə 

üzləşdi.  Cənubi  Qafqazda  Gürcüstanın  Qərbə  inteqrasiyasının 

Rusiya  öz  dövlətçiliyi  üçün  təhlükə  hesab  etdi.  ABŞ 

Gürcüstanda  da  2003-cü  ildə  “qızılgül  inqilabı”ndan  sonra 

böyük  nüfuz  əldə  etdi.  Bu  dövlətin  Rusiyadan  müvəqqəti 

olaraq 


qopmasına 

gətirib 


çıxardı. 

Gürcüstan 

MDB 

üzvlüyündən  çıxdı,  lakin  ərazlərini  itirdi  və  Rusiya  hərbi 



bazaları  üçün  Cənubi  Qafqazda  əlavə  obyektlər  qazandırdı. 

Qərb  dövlət  çevrilişlərini  2005-ci  ildə  Özbəkistanda da həyata 

keçirmək istəsələr də buna nail ola bilmədi. ABŞ ümumiyyətlə, 

2000-ci  illərin  ortalarında  Rusiyanın  iqtisadi  zəifliyindən 

istifadə  edərək  keçmiş  Sovet  respublikalarını  tam  şəkildə  öz 

təfəinə  çəkmək  siyasəti  yeritsə  də  buna  nail  ola  bilmədi. 

Ukrayna və Qırğızıstan təkrar olaraq Rusiya orbitinə qayıtdılar 

və  postsovet  məkanlarında  inqilab  mərhələlərinə  son  qoyuldu. 

2011-ci ildə “Ərəb baharı”nın dalğaları postsovet məkanına bir 

qədər keçdi, Rusiyada və Qazaxıstanda bu, müəyyən hadisələr 

fonunda  özünü  göstərdi.  Lakin  elə  bir  köklü  dəyişikliklərə 

gətirib çıxara bilmədi.  

Rusiya  Cənubi  Qafqazda  1990-cı  illərin  əvvəllərindən 

Ermənistanı  əldən  vermək  istəmədi.  Bu  dövlətdə  öz  hərbi 

bazalarını  yerləşdirdi.  Ermənistan  iqtisadiyyatını  ələ  alaraq  bu 

dövləti  özünün  Cənubi  Qafqaz  üzrə  forpostuna  (satelletinə) 

çevirdi.  

Ehtimal əsasında belə bir fikir bildirmək olar ki, orta və ya 



uzaq  müddətli  gələcəkdə  Türkiyə  Slavyan  (Rusiya)-Çin 

ittifaqına  daxil  olan  kimi  Gürcüstan  və  Azərbaycan  da  bu 

ittifaqın  üzvləri  olacaqlar.  ABŞ-ın  strateji  maraqlarına 

Gürcüstanda  son  qoyulacaqdır.  Gürcüstanın  yerləşdiyi  regiona 

görə 

ABŞ-la 


siyasi 

ittifaqı 

mümkün 

olmayacaqdır. 




 

494


Azərbaycanın  da  gələcəkdə  Türk-slavyan  ittifaqında  yer 

alacağını  güman  etmək  olar.  Azərbaycan  xalqının  yaşadığı 

coğrafi  məkan,  xalqın  mədəniyyəti  və  dini  etiqadı  məhz  bu 

addımın atılmasına imkan verəcək. Azərbaycan xalqı regionda 

daha  çox  türklər,  ruslar  və  farslarla  və  gürcülərlə  siyasi  birlik 

yaradacaqdır.  Eyni  zamanda  multikulturalizm  tərəfdfarları 

olaraq  Qərb  xalqları  ilə  də  inteqrasiya  proseslərinə 

qoşulacaqlar.  

 

  

İ



ngilis  dünyası-Avropa-Latın  Amerikası  dünyası  siyasi 

birliyi-gələcək dünya düzənində  

 

İngilis  dünyası  slavyan  dünyasına  və  Çinə  qarşı  rəqabət 

mübarizəsində  həmişə  olduğu  kimi  Avropanın ingilis olmayan 

digər xalqlarından və Cənubi və Cənub-Şərqi Asiyadan istifadə 

edəcəkdir.  Bu  barədə  əvvəlki  başlıqlarda  da  qeyd  edilibdir. 

Avropa  xaqlarından  birləşdirici  amil  kimi  fransız  və 

almanlardan  daha  çox  istifadə  edəcəkdir.  Avropada  digər 

dövlətlərə nisbətən Almaniya və Fransanın da çox güclü olması 

amili  ingilisləri  onlardan  istifadə  etməyə  vadar  edəcəkdir. 

Almaniya-Fransa birliyi ABŞ və  Böyük  Britaniyanın, eləcə də 

Avstraliya  və  Kanadanın,  Yeni  Zelandiyanın  Avropa 

maraqlarını  təmin  edən  ölkələr  kimi  –vasitə  ölkələri  kimi  rol 

oynayacaqdır.  

Fransızlar,  almanlar,  italyanlar,  portuqallar,  yunanlar  və 

digər  ingilis  və  slavyan  olmayan  xalqlar  ingilislərin  və 

Rusiyanın Avropaya təzyiqinin qarşısını almaq üçün gələcəkdə 

də  birləşmək  məcburiyyətində  qalacaqlar.  Uzaq  müddətli 

gələcəkdə  slavyanlarsız  Avropa  İttifaqının  qalacağını  güman 

etmək olar.  

Orta  və  ya  uzaq  müddətli  gələcəkdə ingilislərin  gücünə və 

rəqabət  mübarizələrinə  görə,  onlara  qarşı  Avro-Atlantik 

məkanda fransız, alman, italyan, portuqal və ispanların birliyi 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə