Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə175/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   171   172   173   174   175   176   177   178   ...   189

 

498


dünyası  olmadığından  və  kiçik  bir  dövlət  olduğundan  bu 

dövləti  gah  slavyan  dünyası  (Rusiya),  gah  da  ingilis  dünyası 

(ABŞ) öz təsir dairəsinə salmaq istəyir. Ermənistan tamamilə 

Rusiyanın  təsir  dairəsindədir.  ABŞ  çalışır  ki,  Türkiyə 

vasitəsilə  bu  dövləti  bir  qədər  Rusiya  orbitindən  çıxarsın. 

Lakin  çətinliklərlə,  Rusiyanın  alternativ  mübarizəsi  ilə 

üzləşir.  Təzyiqə  məruz  qalan,  regional  mübarizə  məkanında 

əzilən  dövlət  isə  Ermənistan  olur.  Buna  görə  də  Ermənistan 

təsir  dünyaları  olan  dövlətlərin  təsir  dairələrində  yaşamağa 

məcbur olur. Ermənilər həm də coğrafi mövqelərinə görə türk 

dünyasının  təsiri  altındadırlar.  Azərbaycan  isə  dünyası  olan 

xalqın  bir  dövlətidir.  Azərbaycanda  Türkiyənin  təsirləri 

böyükdür.  Bu  təsirlə  Rusiya  da  paylaşır  (hesablaşır).  Rusiya 

Türkiyəni  orta  miqyaslı  potensiala  malik  olan  regional  güc 



mərkəzi  kimi  qəbul  edir  və  onun  iştirakına  mənfi  münasibət 

göstərsə  də,  çox  da  qıcıqlanmır.  Bir  növ  Türkiyən  regionda 

qəbul  və  təsdiq  edir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 

Türkiyənin  maraqlarının  regionlar  üzrə  (Cənubi  Qafqaz, 

Mərkəzi  Asiya-türk  dünyası  əraziləri)  paylanması  Türkiyə-

Rusiya  qovuşmasına səbəb ola  bilər.  Bu baxımdan da Rusiya 

bu addımın özü üçün faydalı olmasını hesab edə bilər. Rusiya 

Türkiyəni öz tərəfinə çəkmək üçün Azərbaycandan bir məkan 

olaraq  (bağlayıcı,  barışıdırıcı,  qovuşdurucu  məkan  kimi) 

istifadə edə bilər. Bir də ki, məlumdur ki, türk dünyasına həm 

slavyan,  həm  də  Çinin  böyük  təsirləri  var.  NATO  ittifaqında 

iştirak  da  Türkiyənin  güclənməsinə  imkan  vermir.  Türkiyə 

Avrasiyaya  sürətlə  inteqrasiya  oluna  bilmir.  Ona  görə  də, 

Türkiyənin  zəifliyi  ucbatından  türk  dünyasının  dövlətləri 

birləşə  bilmirlər  və  slavyan  dünyasının,  Çinin  təsirinə  məruz 

qalırlar.  Onu  da  qəbul  etmək  lazımdır  ki,  Mərkəzi  Asiyanın 

müstəqil 

dövlətləri 

olan 

Qazaxıstan, 



Türkmənistan, 

Özbəkistan  və  Qırğızıstanda  Rusiyanın  və  Çinin  təsirləri 

Türkiyənin  təsirlərindən  üstündür.  Bu  da  tarixi  (Rus 

imperiyası  və  Sovet  dövləti  tərkibində  olmaq)  etno-mədəni, 




 

499


milli,  regional  və  siyasi  bir  hadisədir.  Eyni  zamanda  hesab 

etmək  olar  ki,  bunun  səbəblərindən  biri  də  coğrafi  məkan 

amilidir.  Məsələn,  Qazaxıstan  coğrafi  baxımından  Rusiya  və 

Çinlə  sərhəddir.  Buna  görə  də  burada  bu  dövlətlərin  təsiri 

daha  böyükdür.  Mərkəzi  Asiya  türklərinin  bir  qismi  də 

Çindədir. Bu amil də Mərkəzi Asiyanı Çinlə bağlayır.  

  

 

Gələcəkdə dünyaların təsir dairələri necə olacaqdır: 

 

Ehtimal  əsasında  bildirmək  olar  ki,  ingilis  dünyası  böyük 

maddi  və  material,  eləcə  də  humanist  tərkibli  məsuliyyətə,  və 

öhdəliyə  malik  olaraq,  Şimali  Amerika  materikinə  nəzarəti  öz 

əlində  saxlayacaqdır.  Cənubi  Amerikanın  dövlətləri  isə  öz 

aralarında  orta  müddətli  gələcəkdə  və  XXII  əsrdə  siyasi 

cəhətdən  birləşəcəklər.  Cənubi  Amerikanın  (Latın  Amerikası) 

dövlətləri  Avropa  ilə  yaxınlaşacaqdır.  İngilis  dünyası 

okeanlarda  (xüsusilə,  Sakit  okean,  Atlantik  okeanı  və  Hind 

okeanı) böyük üstünlükərə sahib olacaqlar. Şimali Buzlu okean 

regionu isə daha çox Rusiyanın təsir dairəsi olacaqdır. İngilisər 

Afrika qitəsində gələcəkdə böyük təsir dairələri əldə edəcəklər. 

Eləcə də gələcəkdə ərəb dünyası üzərində böyük üstünlük əldə 

edəcəkdir.  İngilislər  bu  siyasətdə  Avropanı  da  öz  tərəflərinə 

çəkəcəklər. İngilislər İndoneziyada, Okeaniyada böyük təsirlərə 

malik olacaqlar. Demək olar ki, Afrika qitəsi də daxil olmaqla, 

(Afrikanın  qərbini  istisna  etmək  olar.  Ehtimal  əsasında  hesab 

etmək  olar  ki, bu  ərazilər  daha  çox  İspaniya-Portuqaliya-Latın 

Amerikası  birliyinin  maraq  dairələri  olacaqdır)  Hind  okeanı, 

Avstraliya,  Yeni  Zelandiya  və  Sakit  Okean  adaları  ingilislərin 

təsir  dairələrində  olacaqdır.  Avropaya  gəldikdə  isə,  hesab 

etmək olar ki, ingilislər orta müddətli gələcəkdə və XXII əsrdə 

yalnız Qərbi Avropada təsirə malik olacaqlar. Şərqi Avropanın 

slavyan  dövlətləri  orta  müddətli  gələcəkdə  onların  əlindən 

çıxacaqdır.  Ehtimal  etmək  olar  ki,  ingilislər  XXII  əsrdə 




 

500


Yaponiya  və  Cənubi  Koreyanı müəyyən  qədər itirə biləcəklər. 

Bu  dövlətlər  üzərində  siyasi  təsir  uğrunda  Çinin  mübarizəsi 

güclənəcəkdir. 

Ümumiyyətlə isə dünyada ən böyük təsir sferası (okenlarda 

və adalarda) yenə də ingilis dünyasına məxsus olacaqdır. Onlar 

bu  təsir  sferasını  okean  hakimiyyəti,  elm  və  texnologiya 

üstünlüyü,  iqtisadi  üstünlük  və  dilin  yayılması  sferalarının 

üstünlüyü  ilə  təmin  edə  biləcəklər.  Bununla  yanaşı,  güman 

etmək  olar  ki,  dünya  üzərində  bir  böyük  miqyasda  ingilis 

humanizmi  ideologiyası  da  yaranacaqdır  ki,  güc  mərkəzləri 

arasındakı liberalizm (mülayim və islahatçılıq əsasları ilə, azad 



və  daxili  sərbəstlik  əsasında  yaxınlaşmanı  təmin  etmək) 

yarışmasında  ingilislər  daha  da  önə  çıxmağa  çalışacaqlar  ki, 

böyük əraziləri əllərində saxlaya bilsinlər. Eyni zamanda,  yeni 

liberal  ideoloji  metodlar  içərisində  dünyada  bir  ingilis 



humanitar  yardımı  anlayışı  da  ortaya  çıxa  biləcəkdir. 

Bununla  bərabər,  ingilis  mədəniyyəti  də  öz  sferasını 

genişləndirəcəkdir.  Eyni  zamanda  ingilis  ölkələrinə  kütləvi 

miqrasiya məsələsi də önə çıxacaqdır.  

Rus-Slavyan  dünyası  öz  təsir  dairəsini  genişləndirmək 

məqsədilə  dövlətləri  ətrafına  çəkmək  və  güclənmək  üçün 

liberal metodları genişləndirəcəkdir. Hətta hesab etmək olar ki, 

bu sahədə ingilis dünyası ilə yarışacaqdır. Rus-slavyan dünyası 

liberal  metodlardan  istifadə  üçün  öz  daxili  məkanını  və 

resurslarını  digər  xalqlar  üçün  açıq  elan  edəcəkdir.  Hesab 

etmək olar ki, ilk növbədə qeyri-slavyanlar olan türk dünyasına 

üzünü  tutacaqdır.  Çox  güman  ki,  bu  metodla  daxili  baxımdan 

güclənə biləcəkdir. Rus  humanizminin  güclənməsi  üçün  rus 

sərvətləri,  rus  mədəniyyəti,  rus  təhsili,  rus  ədəbiyyatı  da 

Şərqi Avropaya, Cənubi Qafqaza, Türk dünyasına, bəzi Afrika 

ölkələrinə,  Mərkəzi  Asiyaya,  Orta  Şərqə  yayıla  biləcəkdir. 

Rusların  özlərinin  də  həmin  məkanlarda  yayılması  siyasəti  də 

üstünlük təşkil edə biləcəkdir. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə