Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə177/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   173   174   175   176   177   178   179   180   ...   189

 

504


vermədiyi  də  üzə  çıxa  bilər.  Bir  faktı  qeyd  etmək  lazımdır  ki, 

böyük  dövlətlərdən  ikisinin,  ya  da  bir  neçəsinin  iştirak 

etmədiyi  müharibə  qlobal  əhəmiyyətli,  yəni  ümumdünya 

(dünyanın vacib regionlarına təsir edəcək əsasda) miqyaslı ola 

bilməz.  III  Dünya  müharibəsinin  gələcəkdə  başlanma  ehtimalı 

böyük  deyil.  Çünki  dünyadakı  qlobal  səviyyədə  məhvedici 

silahların  (kütləvi  qırğın  silahlarının)  mövcudluğu  bu  addımın 

atılmasına  imkan  verməz.  Ümumiyyətlə,  növbəti  dünya 

müharibəsinin  qalibi  də  ola  bilməz.  Bu  müharibədə  yer  üzü 

yox,  artıq  atmosfer  məkanı  bir  şəbəkə  əhəmiyyəti  kəsb  edə 

bilər.  Bütün  dünyaya  yayıla  bilən  radiasiya  fonu  qlobal 

fəlakətlərə səbəb ola bilər.  

Lakin 


bunlara 

baxmayaraq, 

sürətlə 

həyata 


keçən 

qloballaşma  prosesləri,  inkişaf  tempi  və  böyük  dövlətlərin 

geosiyasi  əhəmiyyət  kəsb  edən  və  daima  üfüqi  və  şaquli 

vəziyyətdə  genişlənən  strateji  maraqları  bir  neçə  dəfə 

bəşəriyyəti  bu  təhlükə  ilə  üz-üzə  qoya  biləcəkdir.  Böyük 

dövlətlər arasında şəbəkə formasına və məzmununa malik olan 

siyasi  qarşıdurma  qlobal  böhran  həddinə  gələcəkdir.  Hərçənd, 

tarixdən  bütün  dünyaya  məlumdur  ki,  XX  əsrin  ortalarında 

dünyanın  ayrı-ayrı  geosiyasi  qütblərinə  rəhbərlik  edən  ABŞ-la 

SSRİ  arasında  bir  neçə  dəfə  kəskin siyasi və hərbi qarşıdurma 

baş  veribdir.  (Qeyd:  qütbləşmə  hətta  mədəniyyət  və 

incəsənət  sahələrini  də  əhatə  etmişdir.  Məsələn,  Sovet 

höküməti  həm  Şərq,  həm  Qərb  mədəniyyətini  qəbul 

etmişdi,  həm  də  bunların  sintezindən  yeni  bir  sosialist 

mədəniyyəti,  bunun  da  içərisində  sosialist  ədəbiyyatı  və 

incəsənətini  yaratmışdı.  Həmin  mədəniyyəti  də  özünün 

siyasi məkanlarında yayırdı. Bu baxımdan da hesab etmək 

olar ki, siyasi qütbləşmə daxilində bir mədəni qütbləşmə də 

var idi. Nəticədə geoideoloji əsaslarla geomədəni qütblər də 

formalaşırdı).  

Gələcəkdə  III  Dünya  müharibəsinin  başlama  ehtimalı  olan 

regionları  əsasən  İngilis  dünyası-Avropa-Latın  Amerikası 



 

505


siyasi  qrupu  ilə  Slavyan  dünyası-Çin-Türk  dünyası  siyasi 

qrupunun coğrafi baxımından təsir dairələrinin toqquşduğu, üz-

üzə  olduğu  əraziləri  hesab  etmək  olar.  Ümumiyyətlə,  bu 

regionlar  da  öz-özlüyündə  təhlükə  risqinə  görə  dərəcələrə 

bölünə  bilər.  Təhlükə  risqləri  də şəraitə  və reallıqlara müvafiq 

olaraq  və  dünyanın  ayrı-ayrı  regionlarında  böyük  dövlətlərin 

gələcək  siyasi  təsirlər  məkanlarının  dəyişməsi  (əhatələrinin 

kiçilməsi  və  ya  da  böyüməsi)  nöqteyi-nəzərindən,  eləcə  də 

regionlarda  meydana  gələ  biləcək  qlobal  əhəmiyyətli  rəqabət 

mübarizəsinə  görə  gələcək  zaman  trayektoriyasında  yaxın, 

orta və uzaq gələcək müddətinə bölünə bilər.  

 

Ehtimallar  əsasında  böyük  güc  mərkəzləri  arasında 

qarşıdurmalardan yarana biləcək risqli məkanları, regionları 

aşağıdakılar hesab etmək olar:  

 

Birinci  dərəcəli  risqli  (qarşıdurma  üçün  təhlükələrin 

yaranması baxımından) regionlar (yaxın müddətli gələcək) – 

Gürcüstan, Qırğızıstan, İran; 



İ

kinci 

dərəcəli 

risqli 

regionlar 

(yaxın 

müddətli 

gələcəkdə) 

–Polşa, 


Çexiya, 

Baltikyanı 

respublikalar, 

Əfqanıstan;  



Üçüncü  dərəcəli  risqli  regionlar  (yaxın  müddətli 

gələcəkdə)-Türkiyə,  Bolqarıstan-Rumıniyanın  daxil  olduğu 

Qara  dəniz  regionu,  Şimali  Koreya,  Filippin,  Vyetnam, 

Tailand, Kuba, Venesuela

Birinci 

dərəcəli 

risqli 

regionlar 

(orta 

müddətli 

gələcəkdə)- 

Baltikyanı 

respublikaları, 

Polşa, 


Çexiya, 

Slovakiya, Serbiya, Əfqanıstan; 



İ

kinci dərəcəli risqli regionlar (orta müddətli gələcəkdə)

Türkiyə,  Bolqarıstan,  Aralıq  dənizi  regionu,  Baltikyanı 

respublikalar,  Serbiya,  Çinin  cənubunda  yerləşən  dövlətlər-

Tailand, Myanma, Laos, Vyetnam, Kamboca, Kuba; 




 

506


Üçüncü  dərəcəli  risqli  regionlar  (orta  müddətli 

gələcəkdə)- Finlandiya, İran, Pakistan

Birinci 

dərəcəli 

risqli 

regionlar  (uzaq 

müddətli 

gələcəkdə)-Yaponiya, Cənubi Koreya, Pakistan, Hindistan

İ

kinci 

dərəcəli 

risqli 

regionlar 

(uzaq 

müddətli 

gələcəkdə)-  Filippin,  Ərəb  dünyası  ölkələri,  xüsusilə,  Suriya 

(Türkiyə  vasitəsilə  Rusiyanın  Suriyaya,  oradan  da  Ərəb 

dünyasına  nüfuz  etməsi  və  ingilis  dünyası  ilə  qarşılaşması 

ehtimalı), Misir, İordaniya, Səudiyyə Ərəbistanı; 



Üçüncü  dərəcəli  risqli  regionlar  (uzaq  müddətli 

gələcəkdə)- Venesuela, İraq, Oman, Yəmən  

Bu regionlarda siyasi cəhətdən birləşəcək dünyaların siyasi 

maraqları toqquşa bilər və böyük dövlətlərin, xüsusilə, ABŞ və 

Rusiyanın 

bir-biriləri 

ilə 


hərbi-siyasi 

maraqlarının 

mübarizəsinə gətirib çıxara bilər.  

 

 

Dünyanın siyasi sistemi-gələcəkdə  

 

Əvvəlki  başlıqlarda  da  qeyd  olunduğu  kimi,  gələcəkdə 

böyük  xalqların  mənsub  olduqları  böyük  dövlətlər  arasında 

siyasi  mübarizə  davam  edəcəkdir.  Hər  bir  böyük  və  kiçik 

dövlət  öz  maraqları  uğrunda  mübarizə  aparacaqdır.  Bu 

mübarizədən 

gələcək 

dünya 


düzəni 

və 


dünyanın 

idarəedilməsinin  əsasları  formalaşacaqdır.  Mübarizədən  də 

həm inkişaf meydana gələcək, həm qarşıdurma ortaya çıxacaq, 

həm  də  müdafiə  olunmaq  üçün  qorxu  və  təhlükə  risqləri 

meydana gələcəkdir. Gələcək dünya düzənini baza olaraq, hal-

hazırda olduğu kimi, böyük dövlətlər formalaşdıracaqlar. Kiçik 

dövlətlər  isə  öz  təhlükəsizliklərini  coğrafi  məkana  müvafiq 

olaraq  böyük  dövlətlərin  təsirləri  altında  formalaşdıracaqlar. 

Buradan  da  regionlar  üzrə  ittifaqların,  birliklərin  yaradılması 

prosesləri yenə də mövcud olacaqdır. Regional iqtisadi, mədəni 

və  hərbi-siyasi  ittifaqların  tərkibində  də  dəyişikliklər  meydana 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə