Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə178/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   174   175   176   177   178   179   180   181   ...   189

 

507


gələ  biləcəkdir.  Dövlətlər  siyasi  heliosentrizm  prinsiplərinə 

müvafiq  olaraq,  öz  orbitlərində  yer  almağa  başlayacaqlar. 

Onların  orbitlərini  isə  “siyasi  günəşlər”  müəyyən  edəcəkdir. 

Dünya  siyasəti  yenə  də  regionlara  və  qlobal  məkanlara 

bölünəcəkdir.  Burada  universal  prinsiplər  və  fərdi  və  xüsusi 

qaydalar  yenə  də  mövcud  olacaqdır.  Qlobal  inkişaf,  qorxu, 

mövcudluğu  itirmək  təhlükəsi  və  zəifləmənin  qarşısının 

alınması  prinsipləri,  istəkləri  və  maraqların  genişləndirilməsi 

dövlətləri  daha  da  bir-birilərinə  yaxınlaşdırcaqdır  və  dünyanın 

universal təşkilatlarının fəaliyyətləri daha da genişlənəcəkdir.  

Dövlətlər  arasında  siyasi  mübarizə  olsa  da,  hər  bir  dövləti 

sülh amili maraqlandıracaqdır. Böyük dövlətlər çalışacaqlar ki, 

beynəlmiləlləşmə  ideologiyasını  irəli  atmaqla  öz  maraqlarını 

təmin  etsinlər  və  beynəlxalq  ictimaiyyəti  bir-birinə  sintez 

etsinlər. 

Qlobal 

siyasətin 



(burada 

böyük 

dövlətlərin 

maraqlarının  təmin  edilməsi  uğrunda  həyata  keçirdikləri 

siyasət)  mahiyyətinin  kütləvi  olaraq  dərk  edilməsi  arxa  plana 

keçiriləcəkdir. 

Dünya 

cəmiyyətlərində 



kütləvi 

şüurun 


sadələşdirilməsi  prosesləri  güclənəcəkdir.  İnsanlar  daha  çox 

sosial məsələlərlə məşğul ediləcəkdir.  

Dövlətlər  arasında  gərgin  siyasi  mübarizə  davam  etməklə 

yanaşı,  hesab  etmək  olar  ki,  eyni  zamanda,  dünya  siyasi 

sisteminin 

açıq 

məzmunda 

və 

yumşaq 

ə

saslarla 

formalaşmasında  total  diplomatiya  formaları  da  fəaliyyət 

göstərəcəkdir.  Gərgin  siyasi  mübarizələr  isə  daha  çox  gizli 



diplomatiyanın  üsulu  hesab  edilə  biləcəkdir.  Bütün  xalqları 

bir-birilərinə  yaxınlaşdıran  “yaşıl  rəngli  siyasət”  həyata 

keçəcəkdir.  Dünyanın  vahidləşməsi  və  rəngarəngləşməsi 

istiqamətində “trass  yollar,  şose  yollar  xəritələri” prinsipləri 

tətbiq  edilə  biləcəkdir.  Dövlət  sərhədlərində  “yaşıl  rəngli 

işıqfor”  prinsipləri  geniş  tətbiq  olunacaqdır.  Açıq  siyasətin 

tərkib  üsulları  kimi  xalq  diplomatiyaları  (xalqların  bir-



birilərinə  yaxınlaşmaları),  bu  diplomatiyanın  tərkibi  olaraq- 

mədəniyyət 

diplomatiyaları 

(mədəniyyətlərdən 

istifadə 


 

508


etməklə yaxınlaşma və problemlərin həllində həmin üsullardan 

istifadə  olunması),  humanitar  diplomatiya  (humanitar 

yardımların  göstərilməsi  ilə  müəyyən  sosial  problemlərin  həll 

edilməsi,  iqtisadi  problemlərin  aradan  qaldırılması),  ictimai 

diplomatiya (müxtəlif dövlətlərin cəmiyyətlərındə mövcud olan 

problemlərin  birgə  qaydada  həll  edilməs  üsullarının  tapılması 

və  tətbiqi),  ekologiya  diplomatiyası  (dünya  iqtisadiyyatını 

birləşdirmək üçün ekoloji ideologiyadan geniş istifadə edilməsi 

üsulları)

informasiya 

diplomatiyası 

(geniş 

geosiyasi 

faktorlara dair məlumatlar əldə etməklə müəyyən problemlərin 

həll  edilməsi,  məlumatlarla  birliyə  nail  olmaq),  gənclərin 

diplomatiyası  (dünya  gənclərindən  xalqların  və  dövlətlərin 

yaxınlaşmasında  istifadə  etmək),  göyərçin  diplomatiyası 

(bütün  münasibətlərdə  və  əlaqələrdə  sülh  prinsiplərinin 

tətbiqini  əks  etdirən  diplomatiya),  yeni  kommunizm 

diplomatiyası  (uzaq  müddətli  gələcəkdə  ümumdünya  iqtisadi 

və  sosial-mədəni  inkişaf  səviyyəsinə  görə  xalqlar  arasında  sıx 

birliyi, təqribi bərabərliyi, eləcə də dünya nemətlərindən birgə 

qaydada  təqribi  bərabərlik  əsasında  istifadə  edilməsi 

üsullarının tətbiqini əks etdirən ideoloji diplomatiya), insanlıq 

diplomatiyası  (bütün  problemlərin  həllində  insanların  hüquq 

və  azdlıqlarını  əks  etdirən  ideoloji  diplomatiya  vasitəsi),  köç 

(miqrasiya) 

diplomatiyası 

(vahid 

dünya 

ideologiyası 

bazasında  insanların  çoxluq  təşkil  edən  məkanlardan  azlıq 

təşkil  edən  məkanlara  kütləvi  qaydada  xoş  niyyətlərlə 

miqrasiyasını  nəzərdə  tutan  diplomatik  üsul)  kimi  açıq 

məzmun  kəsb  edən  anlayışlar,  siyasi  metodlar,  vasitələr  və 

istiqamətlər ortaya çıxacaqdır.  

Ümumdünya  varlığının  qorunub  saxlanılması  ideyasına 

görə  dövlətlərin  aralarında  yaradılmış  tarixi  əlaqələr  yenə  də 

davam  edəcəkdir.  Xüsusilə  iqtisadi  əlaqələr  daha  da 

güclənəcəkdir.  Rusiya  ilə  ABŞ  arasında,  eləcə  də  digər  böyük 

və  kiçik  dövlətlər  arasında  iqtisadi  əlaqələr  qalacaqdır  və 

güclənəcəkdir.  Mübarizə  edən  tərəflər  mübarizə  edə-edə  dosta 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə