Microsoft Word gelecek dunya duzeni I kitab doc


edilib  və  təqdim  olunub.  Həm  də  ictimaiyyətə  təqdim



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə181/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   177   178   179   180   181   182   183   184   ...   189

 

514


edilib  və  təqdim  olunub.  Həm  də  ictimaiyyətə  təqdim 

olunmaq  üçün  “görünüşü”  vardır.  Onu  “bişirmək” 

(yetişdirmək)  mümkündür  və  bir  şəxs  kimi  məqbuldur. 

İ

ctimaiyyət  onu  “həzm  etmək”  iqtidarında  ola  bilər.  Belə 

güman  etmək  olar  ki,  gələcək  baş  nazir  postunda  Dmitri 

Vedvedyevin 

vəzifə 

baxımından 

analoqudur, 

ə

vəzləyicisidir.  Gələcək  Rusiyanın  milli  lideri  olacaq  V. 

Putin  öz  siyasi  varislərinin  yetişdirilməsi  texnologiyasını 

uğurla  istifadə  edir  və  siyasi  kursda  bir  dəsti-xətt  yaradır. 

Bu  şəxsi  də  onun  siyasi  texnologiyasının  məhsulu 

adlandırmaq olar. Buna görə də XXI əsrin ortaları üçün bu 

şə

xsləri 

(D.Medvedyevi 

və 

A.Vorobyovu) 

Rusiya 

hakimiyyətinin rəhbərləri postunda, eləcə də dövlət rəhbəri 

postunda görmək olar. Rusiyada XXI sərin sonlarına qədər 

dövlət  rəhbərlərinin  aşağılardan  seçilməsi  prosesləri 

üfüqdə belə görünmür. Həm də ona görə ki, əhali cəhətdən 

ə

ziyyət çəkən və demokratiyanın formalaşması üçün qeyri-

mütəşəkkil  və  təkmil  siyasət  institutlarına  malik  olan 

(burada  aşağılardan  hazırlanma  ənənələrini  formalaşdıran 

institutlardan  söhbət  gedir)  Rusiya  üçün  qlobal  siyasi 

oyunlarda bu gün və yaxın gələcək dövlətçiliyin qorunması 

məqsədilə  varisli  hakimiyyətə  böyük  ehtiyac  vardır. 

Mövcud  zamanda  və  yaxın  gələcəkdə  dövlətin  mənafeyini 

aşağı  və  orta  təbəqənin  mənafeyini  güdən,  bu  təbəqələr 

üçün  siyasət  hazırlayan  siyasi  sistemlər  yox,  varisli  dövlət 

rəhbərləri  müdafiə  edə  biləcəklər.  Rusiyanın  müdafiə  və 

inkişaf  strategiyasında  yuxarı  dairələr  tərəflər  olaraq  əsas 

istiqamətverici, 

müəyyənedici 

və 

məsuliyyətdaşıyıcı 

funksiya həyata keçirəcəklər.  

Qeyd:  onu  nəzərə  almaq  lazımdır  ki,  texnologiyalar, 

taktikalar,  strategiyalar  və  bunların  düzgün  müəyyən 

edilməsi və reallaşdırılması siyasətdə böyük qələbə deməkdir. 

Hər  bir  siyasətçi  də  öz  məqsədinə,  real  şərait  yetişə 

bilmədiyindən,  çata  bilmir.  Ya  da  ki,  hadisələrin  yetişməsini 


 

515


düzgün  olaraq  müəyyən  edə  bilmir.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  hər  bir  siyasət  vərdişləri  və  təcrübəni,  eləcə  də 

nəzəriyyəni ortaya çıxarır. Bu vəhdət təşkil edən yanaşmadan 

və  ortaya  çıxan  reallıqlardan  bir  məntiqi  prinsip  formalaşır. 

Təcrübə  məntiqi  yanaşmanı  ortaya  çıxarır  və  sonrakı 

hadisələrin  təkrarlanma  müddəti  (davamediciliyi),  eləcə  də 

hadisələrin  baş  tutması  səviyyəsi  bu  məntiqə  əsaslanır.  Təbii 

ki,  bu,  o  deməkdir  ki,  tarixi  hadisələr  gələcək  üçün  formula 

yaradır  və  eyni  məzmunlu,  eləcə  də  oxşar  məzmunlu  və 

formalı  hadisələrin  təkrarlanmasını  zəruri  edir.  Təcrübə 

məntiqi  instinad  rolunu  oynayır.  Təbii  ki,  o  hadisələr 

təcrübədə  tez-tez  təkrarlana  bilir  ki,  vərdiş  halını  alsın  və 

ictimaiyyət  tərəfindən  müsbət  qarşılansın.  Bu  baxımdan  da 

Rusiya  hakimiyyətində  prezident  postunda  olanın-baş  nazir, 

baş  nazir  postunda  olanın  isə  prezident  seçilməsi  (xalqa 

təqdim edilən şəxsin) təcrübədə asan şəkildə həllini tapır. Bu 

proseslər  də  ardıcıl  olaraq  vərdişləri  yaradır  və  təcrübəni  və 

qaydaları  formalaşdırır.  Siyasi  şəxslərin  əvəzlənmələri 

qaydaları kütlə üçün bir vərdişi ortaya çıxarır.  

Qeyd edildiyi kimi, gələcəkdə (XXI əsrin ortaları üçün) 

Putini  (Rusiya  xalqının  gələcək  ümummili  liderini)  çox 

ehtimal ki, Medvedyev və Vorobyov əvəz edə biləcəklər. Bu 

üçlüyə gələcəkdə Rusiya mondialist strategiyasının (burada 

Avrasiya  üzrə)  triadası  –siyasətin  üç  nəfər  tərəfindən 

ardıcıl  və  birlikdə  yerinə  yetirilməsi  və  trilogiyası-vahid, 

eyni  məzmun  kəsb  edən  siyasətin  üçlük  tərəfindən  ardıcıl 

yerinə  yetririlməsindən  ortaya  çıxan  vahid  məzmunlu 

siyasət  –adını  vermək  olar  .  Bir  daha  vurğulamaq  yerinə 

düşər  ki,  postsovet  dövrü  Rusiyasının  cəmiyyəti  və  siyasi 

institutları  aşağılardan  yuxarılara  doğru  dövlət  rəhbəri 

hazırlamaq  üçün  yetərli  qaydada  təkmil  deyil  və  bu 

baxımdan  da  dövlət  rəhbərləri  hakim  elitanın  içərisində, 

mərkəzi  aparatda  hazırlanır  və  cəmiyyətə  təqdim  edilir. 

Rusiyada dövlət  rəhbərinin  yetişməsi  proseslərinin əsasları 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə