Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə183/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   179   180   181   182   183   184   185   186   ...   189

 

519


NƏTİCƏ: 

 

Tədqiqata  cəlb  edilən  mövzunun  predmeti  dövlətlər 

daxilində  və  beynəlxalq  aləmdə  münasibətlərin  formalaşması 

zamanı  siyasət  həyata  keçirilərkən  düzən  (nizam  qaydaları) 

məsələsidir. Düzən (nizam) mövzunun əsas obyektidir. Nəzərə 

almaq lazımdır ki, eləcə də mövzu şərh edilərkən qeyd edildiyi 

kimi,  nizamlama  proseslərinin  nəticəsi  düzənin  nəticəsini, 

məzmun  və  mahiyyətini  formalaşdırır.  Hər  bir  prosesdə  və 

proseslər  cəmində  ortaya  çıxan  reallıq-təzahür  və  təzahürün 

vəziyyəti  elə  nizamın  özü  demək  olur.  Siyasət  zamana  bağlı 

olduğundan,  elə  zamanın  özünü  meydana  gətirir.  Zaman 

(burada təbii şəkildə davam edən zaman) uzundur və müəyyən 

koordinatlar  arasında  trayektork  məsafəyə  əsasən,  ölçmələrə 

görə  hesab  etmək  olar  ki,  dünya  düzəni  yaxın,  orta  və  uzaq 

müddətə  əsasən  müəyyən  edilə  bilir.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  koordinatlar  arasındakı  məsafələrdə  baş  verən 

tarixi  proseslər  və  onların  böyük  təsir  göstərən  və  geniş 

dəyişikliklərə  gətirib  çıxaran  nəticələri  və  onların  təzahürü 

dünya  düzəninin  zaman  kəsiyində  vəziyyətini  müəyyən  edə 

bilir.  Məsələn,  tarixin  eraları,  dövr  və  mərhələləri  elə 

hadisələrin total və qlobal inkişafa və ya da qeyri-inkişfa səbəb 

olan köklü nəticələri ilə müəyyən olunur. Bundan irəli gələrək 

hesab  etmək  olar  ki,  mövcud  düzəndən  gələcək  düzən 

formalaşır  və  hadisələr  trayektoriya  üzrə  bir-birini  əvəzləyir. 

Trayektoriyada  hadisələri  şərtləndirən  mütləq  şəkildə  nəzəri 

formulalar (düsturlar) yaranır ki, bu da bütün zamanlarda tətbiq 

edilə bilir.  

Tədqiat  zamanı  mövzuda  belə  qənaətə  gəlindi  ki, 

nizamlama  başlıca  olaraq  idarəetmədir,  idarəetmənin  əsas 

məzmunudur.  İdarəetmə  də  elə  siyasətin  özüdür.  İdarəetmədə 

siyasi proseslər meydana gəlir və siyasi proseslər idarə olunur. 

İdarəetməyə  müəyyən  çıxışlar,  mövqelər,  hesabatlara  dair 

tələblər, hesabatvermələr və digər hərəkətlər də aid olur ki, bu 



 

520


vasitələr  də  nizamı  meydana  gətirmək  üçün  müəyyən 

elementləri  vahid  trayektoriyalar  üzrə  hərəkətə  gətirmək  kimi 

istifadə  edilir.  İdarəetmə  bütün  sahələri  əhatə  edən  ümumi  bir 

mərkəzləşdirmə  və  sistemləşdirmə  prosesidir.  İdarəedənlər 

pilləli  qaydada,  tabeçilik  prinsiplərinə  müvafiq  olaraq,  əsasən, 

trayektoriyalar üzrə müvafiq prosesləri yaradırlar. Proseslər də 

öz növbəsində hərəkətlər cəmindən formalaşır.  

Həmçinin tədqiqatda belə nəticələrə gəlindi ki, tənzimləmə 

-başlıca olaraq piramidal struktur üzrə siyasi və digər hadisələri 

mərkəzləşdirmə,  eləcə  də  mərkəzlərdən  sistemli  qaydada  və 

balanslı formada ətrafa doğru paylaşdırmadır. Tənzimləmə hər 

bir  an  üçün  ortaya  çıxan  hadisələri  cəmləşdirmə  və  onlar 

arasında şərtləndirici əlaqələr yaratmaq prosesidir. Tənzimedən 

tərəflər  isə  gücü  nümayiş  etdirənlərdir,  nisbətən  güclü 

tərəflərdir 

ki, 


müəyyən 

enerji 


sayəsində 

elementləri 

tənzimləməyə  məruz  qoyurlar.  İdarəolunanlar  idarəedənlərə 

tabe  olaraq  sistem  daxilində  qaydalarla  və  müvafiq 

istiqamətlərlə  hərəkətlər  edirlər.  Dövlətin  nizam  sahəsi  və 

nizam  obyekti  elə  cəmiyyətin  özüdür.  Dövlət  öz  siyasəti 

vasitəsilə  cəmiyyətinə  təsir  göstərir  və  ünsürlər  arasında 

maraqları tənzim edir, bu baxımdan da yeni maraqlar meydana 

gətirir.  

Qeyd:  dövlətlər  öz  cəmiyyətlərində  baş  verən  prosesləri, 

xüsusilə,  siyasi  və  hüquqi  əhəmiyyət  kəsb  edən  prosesləri 

tənzim  edirlər.  Məsələn,  dövlət  cəmiyyətlərinin  üzvləri  olan 

qadınlarla  kişilər  arasında  ailə  münasibətlərinin  yaranmasını 

nikah  yolu  ilə  rəsmiləşdirir.  Sakinlərini  qeydiyyata  alır  və 

onlara  vətəndaş  statusu  verir  ki,  müəyyən  hüquqlara  –

konstitusion 

hüquqlara 

sahib 

olsunlar. 

Eləcə 

də 

vətəndaşlarının təbii hüquqlarını qoruyur, pozulmuş hüquqları 

bərpa  edir.  İnsanların  təbii  hüquqlarını  rəsmiləşdirir  və 

insanlara  təbii  hüquq  daşıyıcıları  statusları  verir.  Zamana  və 

şəraitə,  eləcə  də  ortaya  çıxan  imkanlara  müvafiq  olaraq  yeni 

və əlavə hüquqlar verir. Dövlət vətəndaşları üçün təhsil almaq, 



 

521


səhiyyənin  imkanlarından  istifadə  etmək,  təqaüdlər  almaq, 

təzminatlar almaq və digər sosial hüquqlar verir. Dövlət ayrı-

ayrı  sahələr  və  istiqamətlər  üzrə  prosesləri  tənzimedən 

subyektləri 

–idarəedənləri 

və 

idarəetmə 

aparatını 

formalaşdırır. Tənzimləmə  şaxəli  qaydada  həyata  keçirilir.  Bu 

subyektlər  səlahiyyətli  tərəflər  olmaqla,  həm  də  güc  tərəfinə 

çevrilirlər.  Dövlətin  idarəedilməsi  həm  də  güclər  arasında 

ötürücülük əsasları ilə formalaşan tabeli əlaqələrdən meydana 

gəlir,  piramidal  struktur  formalaşır,  mexanizm  və  qaydalar 

ortaya çıxır.  

Dövlətlər cəmiyyətlər üzərində müdafiə və inkişaf siyasətini 

həyata  keçirirlər.  Dövlət  o  zaman  güclü  olur  ki,  onun 

cəmiyyətinin  üzvləri  də  müəyyən  qədər  gücə  sahib  olurlar. 

Dövlətlər  enerji  əldə  etmək  üçün  öz  cəmiyyətlərinin  enerjili 

olmalarına  çalışırılar.  Enerji  mənbələrindən  faydalanmaqla 

güclənirlər.  Dövlətlər  öz  cəmiyyətlərini  qorumaqla  (daxili  və 

kənar  dağıdıcı  ünsürlərdən)  həm  də  özlərini  qoruyurlar.  Belə 

ki,  dövlətlər  daxilində  sosial-siyasi  münasibətlərin  əsas 

mənbəyi  elə  cəmiyyətin  özü  hesab  edilir.  Cəmiyyətin 

quruluşundan  dövlətin  quruluşu  meydana  gəlir.  Dövlətin 

idarəetmə  strukturu  ona  görə  formalaşır  ki,  hər  bir  struktur 

cəmiyyətdə  müəyyən istiqamətlər üzrə funksiya yerinə yetirsin. 

Dövlət öz mənbəyini cəmiyyətdən götürür. Cəmiyyət dövləti öz 

üzərində  səlahiyyətli  –idarəedən  quruma  çevirir.  Dövlətin 

sosial-siyasi fəaliyyətinin məzmunu da cəmiyyətə bağlı olur. Bu 

baxımdan  da  cəmiyyətsiz  dövlətləri  təsəvvür  etmək  mümkün 

deyil.  Dövlətlərin  daxili  rejim  fəaliyyətləri  cəmiyyətlərinin 

daxili  rejimləri  ilə  əlaqəli  olur.  Rejimlərin  müəyyən  olunması 

da 

dövlətlərin 

quruluşuna, 

hakimiyyətlərinin 

fəaliyyət 

xüsusiyyətlərinə,  dövlətlərin  tarixi-coğrafi  vəziyyətlərinə, 

beynəlxalq  vəziyyətlərinə,  geosiyasi  mövqelərinə,  iqtisadi  və 

elmi  potensialına,  həmçinin  adət-ənənələrinə  bağlı  olur. 

Məsələn,  dövlətdaxili  rejimlərin  geosiyasi  amillərlə-xüsusilə, 

məkanla  əlaqələndirilməsi  baxımından  hesab  etmək  olar  ki, 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə