Microsoft Word gelecek dunya duzeni I kitab doc


rejimli  və  sistemli  həyat  tərzi  bir  qədər  doğma  deyil.  Bu



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə180/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   176   177   178   179   180   181   182   183   ...   189

 

512


rejimli  və  sistemli  həyat  tərzi  bir  qədər  doğma  deyil.  Bu 

etnik və sosial psixologiyadan da Rusiya məharətlə istifadə 

edir.  Rusiyanın  gələcəkdə  geniş  məkanları  əhatə  etməyə 

hesablanmış  niyyəti  onun  elmi-texniki,  iqtisadi,  siyasi  və 

hərbi  potensialını  da  həmin  istiqamətlərdə  geniş  şəkildə 

istifadə 

etməyə 

səbəb 

olmaqdadır. 

Rusiya 

tarixin 

imperiyası  kimi  gələcəkdə  yeni  formula  kəsb  edən 

imperiyaya  çevrilmək  (Avrasiya  imperiyası,  Avro-Asiya 

imperiyası)  iddiasındadır.  (Tarix  Rusiyaya  həm  də  gələcək 

imperiya  statusu  üçün  haqq  qazandırır.  Məsələn,  təkrar-

təkrar olaraq elmi və kütləvi şüurlarda, şüuru formalaşdıran 

vasitələr olan ədbiyyatlarda, kütləvi-informasiya vasitələrində 

bu  dövlətin  imperiya  tarixinin  həkk  olunması  gələcək  üçün 

bu  fikrin  trayektorik  ardıcıllıqla  baxışlarda  formalaşmasına 

ə

sas  verir.  Rusiya  dünya  tarixşünaslığında  və  dünya 

mətbuatında  imperiya  dövləti  kimi  daima  təbliğ  edilir  və 

bununla  da  status  və  imic  qazanır.  Elm  dairələri  və  kütlə  də 

bu  dövlətin  “imperiya  siyasətinin  olması  haqqı”  ilə 

hersablaşır.  Nəzərə  almaq  lazımdır  ki,  imperiya  siyasətinin 

formalaşması  üçün  təbliğat,  ideologiya  mühüm  rol  oynayır). 

Rusiyanın  siyasət  institutlarında  (elmi  müəssisələrdə,  siyasi 

və  ictimai  təşkilatlarda),  xüsusilə  idarəetmə  institutlarında 

və  dövlət  rəhbərliyində  (yuxarı  nəzəri  və  təcrübi 

mərhələdə)  siyasi  varislərin  hazırlanması  prosesləri  və 

proseslərdəkı 

ardıcıllıq 

həmin 

siyasət 

istiqamətinin 

müəyyən  olunmasını  şərtləndirir.  Rusiyanın  2000-ci 

illərdən  başlayaraq,  ardıcıl  olaraq  bir-birini  əvəzləyən  və 

eyni  kursu  dəstəkləyən  patriarxal  dövlət  rəhbərlərinin 

hazırlanması siyasəti də bunu sübut edir. Məsələn, V.Putin 

tərəfindən  D.Medvedyevin  dövlət  rəhbəri  postu  üçün 

hazırlanması  və  ictimai  dəstək  hesabına  (dövlət  və 

hakimiyyət  rəhbəri  Rusiyada  yuxarıdan  cəmiyyətə  təqdim 

edilir)  posta  gətirilməsi  və  sonradan  dövlət  rəhbəri 

postunun  yenidən  V.Putinə  ötürülməsi  prosesləri  Rusiya 


 

513


hakimiyyətinin tam ictimaiyyətin ixtiyarına keçməsinə olan 

ehtiyatdan, və bununla da dövlətçiliyi itirmək qorxusundan 

irəli  gəlirdi.  Rusiya  cəmiyyəti  hələ  müstəqil  olaraq  dövlət 

rəhbəri  seçmək  iqtidarında  deyil.  Rusiya  cəmiyyətində 

dövlət  rəhbərinin  yetişməsində  aşağı  və  ətraf  təbəqənin  və 

müstəqil 

olaraq 

siyasi 

institutların 

dövlət 

rəhbəri 

yetişdirmək  psixologiyası  və  şəraitləri,  eləcə  də  ənənələri 

yoxdur.  Bu  hal  daha  çox  təkmil  və  rasional  cəmiyyətlər 

olan  Qərbi  Avropa  və  ABŞ-a  aid  olan  xüsusiyyətdir.  (Çox 

ehtimal  ki,  “Vahid  Rusiya”  partiyasını  Dövlət  Dumasında 

təmsil  edən  Andrey  Vorobyov  (fraksiyanın  rəhbəri) 

Rusiyanın 

ehtiyat 

dövlət 

rəhbəri 

postu 

üçün 

hazırlanmaqdadır.

1

 Belə bir sual oluna bilər-nə üçün məhz 

bu  şəxs  V.Putin-D.Medvedyev  birliyində  özünə  yer 

taparaq,  üçüncü  əvəzedici  ola  bilər?-təbii  ki,  burada 

proqnozlaşdırma  qətiliyə,  konkretliyə  yox,  ehtimallara 

söykənir.  Cavab  ondan  ibarətdir:  birincisi,  bu  şəxs 

cavandır;  kifayət  qədər  elmi  karyerası,  elmi  potensialı 

vardır,  iqtisadiyyat  üzrə  alimdir;  V.Putinin  siyasi 

dəstəkləyicisidir,  həmfikridir,  Putinin  yuxarı  hakimiyyət 

komandasının aparıcı üzvlərindəndir; böyük siyasi təcrübə 

qazanır,  V.Putinin  əsas  ideoloji  təşkilatı  olan  Partiyanı 

Dövlət Dumasında fraksiya rəhbəri kimi təmsil edir, Duma 

Sədrinin  müavinidir;  ictimaiyyətdə  müəyyən  qədər  təbliğ 

                                                 

1

 Andrey Yuriyeviç Vorobyov 14 aprel 1970-ci ildə anadan olub. 1995-ci 



ildə K.L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetini bitirib. 

1998-ci ildə Rusiya Federasiyası Ticarət Nazirliyinin Xarici ticarət üzrə 

Ümumrusiya Akademiyasını bitirib. 2006-cı ildə Dövlət Universiteti –Ali 

İqtisadiyyat Məktəbini qurtarıb. İqtisad elmləri namizədidir. Ümumrusiya 

siyasi partiyası olan “Vahid Rusiya” Partiyasının namizədlərinin Federal 

siyahı tərkibindən Dövlət Dumasının altıncı çağırış müddəti üçün deputat 

seçilib. 2011-ci ilin dekabrından deputat səlahiyyətinin icrasına başlayıb. 

Hal-hazırda Dövlət Duması Sədrinin müavini-“Vahid Rusiya” partiyasının 

fraksiya rəhbəridir. Eyni zamanda Dövlət Dumasının ictimai birliklər və 

dini təşkilatlarla iş üzrə Komitəsinin üzvüdür. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə