Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə284/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   280   281   282   283   284   285   286   287   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 889


mar edir, təbiətini korlayır, sabit və tarazlı inkişafını pozaraq 

xammal mənbəyinə çevirir, əhalisini gələcək iqtisadi, sosial, 

ekoloji və s. geosiyasi, geostrateji və geoiqtisadi təhlükələrlə 

üz-üzə qoyurlar. Bütün bunlar və qloballaşmanın dövlətlərin 

milli maraqlarının təmin olunması yolunda yaratdığı digər 

müasir problemlər hər bir ölkədən milli maraqlarını  və milli 

təhlükəsizliyini təmin etmənin xüsusi strategiyasını yaratmağı 

və onu dönmədən həyata keçirməyi tələb edir.  



 

Milli təhlükəsizliyin təmin olunmasının  

əsas vasitələri və ehtiyatları 

 

Milli maraqların və milli təhlükəsizliyin təmin olunması 

üçün dövlət öz sərəncamında olan bütün maddi və  mənəvi 

vasitələrdən, daxili və xarici ehtiyatlardan - iqtisadi, siyasi, 

ideoloji, diplomatik və s. mexanizmlərdən istifadə edir. 

Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və 

davamlı inkişafında strateji əhəmiyyət daşıyır, ictimai həyatın 

bütün sahələrini  əhatə edən dinamik dəyişikliklər prosesinə 

mühüm təsir göstərir.  

Milli təhlükəsizliyinin təmin olunması üçün  dövlət özü-

nün həm  daxili ehtiyatlarından, həm də  xarici siyasət vasi-

tələrindən (siyasi, iqtisadi, hərbi, təbliğat, informasiya və s.) 

istifadə edir. Xarici siyasi fəaliyyətin əsas vasitəsi ilk növbədə 

rəsmi diplomatiya qurumları hesab olunur. Diplomatiya xüsusi 

institutların timsalında və beynəlxalq hüquqa uyğun olan 

çoxsaylı metod və vasitələrin köməyi ilə dövlətin rəsmi xarici 

fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir.  

Dövlətin malik olduğu iqtisadi vasitələr qarşıya qoyulan 

məqsədlərə nail olmaq üçün iqtisadi ehtiyatlardan istifadə 

etməyi və xarici iqtisadi imkanlardan bəhrələnməyi nəzərdə 

tutur. Çünki dövlət güclü iqtisadiyyata və maliyyə mənbələrinə 

malik olmaqla, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirə 



 

ßËÈ ÙßÑßÍΠ

 

890 


bilər. Hərbi vasitələrə ordunu, onun sayını, silahlanmanın 

keyfiyyətini və silahlı qüvvələrdə  mənəvi  əhval-ruhiyyəni 

ehtiva edən dövlətin hərbi qüdrəti aiddir.  

 Xarici  siyasətin təbliğat və informasiya vasitələrinə isə 

bütün müasir informasiya vasitələrinin fəaliyyəti və xarici 

diaspor qurumlarının imkanları daxildir. Bu vasitələr Azərbay-

can dövlətinin milli maraq və təhlükəsizliyinin təmin olunma-

sında, dünya birliyindəki nüfuzunu yüksəltməsində, özünə 

çoxsaylı  tərəfdarlar qazanmasında və onlarla qarşılıqlı faydalı 

əməkdaşlıq yaratmasında böyük əhəmiyyətə malikdir.   

Təhlükəsizliyin təmin edilməsində ən çox istifadə olunan 

daxili ehtiyatlar və siyasət vasitələrinə dövlət orqanları  və 

qeyri-hökumət strukturları, siyasi partiyalar, vətəndaş  cəmiy-

yəti institutları, kütləvi informasiya vasitələri, milli elita və s. 

daxildir. Dövlət bu qurumların hər biri ilə xüsusi iş aparır və 

onların bəzi tələbatını ödəməklə, imkanlarından milli təhlükə-

sizliyin təmin olunması istiqamətində istifadə edir.  

Milli təhlükəsizliyin daxili şərtləri sırasına dövlətin ali 

orqanlarının ölkədə konstitusiya normalarını, qanunçuluğu, 

ictimai-siyasi sabitliyi, demokratiyanı və hüquqi dövlət maraq-

larını dönmədən təmin etməsi, milli-vətəndaş birliyinə nail 

olması, tolerant mühit yaratması, elmi, təhsili, sosial həyatı 

inkişaf etdirməsi, milli-mənəvi dəyərləri qoruması, iqtisadi, 

mənəvi, sosial tərəqqiyə nail olması və s. daxildir.  

Azərbaycanın təhlükəsizlik siyasəti daxili sabitlik və 

sərhəd təhlükəsizliyinin təmin olunması, ölkədaxili miqrasiya, 

enerji, nəqliyyat təhlükəsizliyi, fövqəladə halların idarə 

edilməsi,  ətraf mühitin və  əhalinin sağlamlığının mühafizəsi

informasiya təhlükəsizliyi və s. məsələlərin də daim diqqətdə 

saxlanılmasını tələb edir.

445

  

                                                 

445

 Bax: http://e-qanun.az 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 891


 

 

 

 

 

V FƏSİL  

 MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN  

ƏSAS İSTİQAMƏTLƏRİ  

 

§ 5.1. Azərbaycanın hərbi təhlükəsizlik siyasəti 

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin 



əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisi-

nin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı  təhdidlər-

dən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması 

və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin 

qarşısının alınmasından ibarətdir. Ölkə  hərbi sahədə milli 

maraqların təmin edilməsi məqsədi ilə özünün hərbi təhlükə-

sizlik siyasətini formalaşdırır. Bu siyasətin məqsədi,  əsas 

istiqamətləri və prinsipləri öz əksini ümumu şəkildə milli təh-

lükəsizlik konsepsiyasında, daha geniş  və  əhatəli  şəkildə isə 

hərbi təhlükəsizlik konsepsiyası və hərbi doktrinada tapır.  

Azərbaycanın hərbi təhlükəsizlik konsepsiyasının yaradıl-

ması  və ona müvafiq hərbi doktrinasının qəbulu silahlı qüv-

vələrin hərbi taktikasının müəyyən olunması  və ölkənin mü-

dafiə qabiliyyətinin möhkəmlənməsində  əsas amillərdən biri 

hesab olunur. Hərbi Doktrina  vətəndaşların, cəmiyyətin və 

suveren dövlət hakimiyyətinin xarici hərbi basqınlardan, hər 

hansı təhlükə və təhdidlərdən qorunması taktikasını müəyyən-

ləşdirir.  

Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdə onun 

ərazi bütövlüyünün və suveren hüquqlarının işğalçı Ermənistan 

qoşunları  tərəfindən pozulması, torpaqlarının iyirmi faizinin 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə