Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə286/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   282   283   284   285   286   287   288   289   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 895


diyini göstərir. Ermənistan tərəfindən işğal edilmiş  ərazilərin 

müvəqqəti olaraq Azərbaycan Respublikasının hakimiyyət 

orqanlarının nəzarətindən kənarda qalması regionda sülhün və 

sabitliyin bərqərar olmasına da mənfi təsir göstərir.

447

  

Yuxarıda qeyd edilənlərlə yanaşı, doktrinada Azərbay-



canın hərbi təhlükəsizliyinə  təsir göstərən digər xarici amillər 

də sadalanır. Məsələn, Xəzər dənizinin Azərbaycan Respubli-

kasına aid hissəsində karbohidrogen yataqlarının istismarı  və 

dünya bazarlarına çıxarılması, ölkəmizin əhəmiyyətli geosiyasi 

məkanda yerləşməsi, beynəlxalq sülhyaratma və terrorçuluqla 

mübarizə  əməliyyatlarında fəal iştirakı onun təhlükəsizlik 

mühitinə ciddi təsir edən amilə çevrilmişdir.  

Hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində  Hərbi 

Doktrinada öz əksini tapmış başlıca vəzifələrindən biri ölkənin 

müstəqilliyini və  ərazi bütövlüyünü, konstitusiya quruluşunu, 

milli maraqlarını hərbi, siyasi və digər təhdidlərdən qorumaq-

dan ibarətdir.  

Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyinə tə-

sir göstərən təhdidlər xarici və daxili olmaqla iki qrupa bölü-

nür.  

 Xarici hərbi təhdidlərə:  



  Azərbaycanın 20% ərazisinin Ermənistan silahlı qüv-

vələri tərəfindən işğal altında saxlanılması; 

  qonşu dövlətlər tərəfindən ona qarşı  əsassız  ərazi 

iddialarının irəli sürülməsi; 

  ölkənin daxili siyasi və sosial-iqtisadi vəziyyətinin 

gərginləşdirilməsinə, sabitliyin pozulmasına yönəldil-

miş separatçı və dini-ekstremist hərəkətlər; 

  dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr 

tərəfindən pozulması, sərhəd mübahisələrinin kəskin-

ləşməsi; 

                                                 

447


 Bax: Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az 


 

ßËÈ ÙßÑßÍΠ

 

896 


  digər dövlətlər tərəfindən ölkə  ərazisinə göndərmək 

üçün qanunsuz silahlı qrupların və terrorçuların ha-

zırlanması; 

  dövlət sərhədlərinin və  ərazi sularının bilavasitə ya-

xınlığında hərbi bazaların yaradılması, qoşun qruplaş-

malarının cəmləşdirilməsi, silahların artırılması  və 

digər hərbi iştirakın gücləndirilməsi ; 

  ölkənin daxili işlərinə hər hansı mümkün kənar hərbi 

müdaxilə; 

  qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı;  

  müxtəlif xarici dairələrin təsiri altında nüvə  və digər 

kütləvi qırğın silahı növlərinin yayılması  və s. 

daxildir. 

  

Daxili hərbi təhdidlərə: 

  ölkə qanunvericiliyi ilə  nəzərdə tutulmayan silahlı 

birləşmələrin və yaxud qrupların yaradılması cəhdləri; 

   terrorçu,  dini-ekstremist  və separatçı  təşkilatların 

daxili sabitliyin və ölkənin ərazi bütövlüyünün pozul-

masına yönəldilmiş qanuna zidd əməlləri;  

   konstitusiya  quruluşu  əleyhinə  qəsdlər, dövlət haki-

miyyəti və idarəetmə orqanlarının təşkilati strukturu-

nun dağıdılması və ictimai-siyasi sabitliyin pozulma-

sına yönəldilmiş cəhdlər

  hərbi təhlükəsizliyə  təhdid yaradan mütəşəkkil cina-

yətkarlıq və digər qanuna zidd fəaliyyət; 

   təxribat, terror aktları  və digər qanunazidd əməlləri 

həyata keçirmək üçün istifadə oluna bilən silah-

sursatın, partlayıcı maddələrin və digər vasitələrin 

ölkə ərazisində qanunsuz toplanması və dövriyyəsi; 

   hərbi  əhəmiyyətli və mühüm dövlət obyektlərinə, 

kommunikasiya qurğularına və informasiya infra-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 897


strukturuna qarşı silahlı hücumlar, təxribatlar və s. 

aiddir. 


Azərbaycanın hərbi təhlükəsizliyinin təmin olunması, eyni 

zamanda ölkə  ətrafında  əlverişli daxili və xarici geosiyasi 

şəraitin yaradılması dövlətin düzgün hərbi-geostrateji və 

müdafiə siyasəti ilə  sıx bağlıdır. Ölkənin hərbi-geostrateji və 

müdafiə siyasəti onu əhatə edən dövlətlərin geosiyasi davranışı 

və bundan irəli gələn regional hərbi-siyasi  şəraitlə, bölgənin 

geostrateji inkişaf meyilləri, mövcud regional və beynəlxalq 

təhlükəsizlik blokları arasındakı münasibətlərlə də sıx bağlıdır. 

Odur ki, bütün bu amillərin və şərtlərin nəzərə alınması, bəhs 

olunan proseslərin təhlili və müvafiq taktikanın yaradılması da 

Hərbi Doktrinanın əsas vəzifələri sırasına daxildir. Azərbayca-

nın Hərbi Doktrinası bu mənada həm də ölkəyə qarşı yönəlmiş, 

yaxud yarana biləcək real və potensial hərbi təhlükələr və təh-

didləri kompleks şəkildə araşdıraraq müvafiq hərbi təhlükə-

sizlik və müdafiə taktikası irəli sürür.  

Doktrinada ölkənin müdafiə siyasətinin əsas məqamların-

dan biri kimi, “Ermənistanın onun ərazisinin bir hissəsini işğal 

etməsi, sülh yolu ilə geri qaytarmaqdan imtina etməsi, buna 

görə  də Azərbaycanın beynəlxalq hüququn norma və prinsip-

lərinə uyğun olaraq öz ərazi bütövlüyünü, hərbi güc tətbiq 

etmə  də daxil olmaqla, bütün lazımi vasitələrlə  bərpa etmək 

hüququnu özündə saxlaması” faktı vurğulanır.

448

  

Hərbi Doktrinada Azərbaycanın tərəfdar çıxdığı beynəl-



xalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz 

ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermə-

diyi qeyd olunur. Lakin hərbi-siyasi şəraitdə əsaslı dəyişiklik-

lər baş verdiyi halda, Azərbaycan Respublikası ərazisində xari-

ci hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici 

hərbi iştiraka müvəqqəti icazə verilməsi halını da istisna etmir.  

                                                 

15

 Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə