Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə288/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   284   285   286   287   288   289   290   291   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 901


potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə 

uyğun olaraq yerləşdirilir. 

Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və po-

tensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti 

nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır 

və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin 

yaradılması  və saxlanılması, Azərbaycan Respublikası Silahlı 

Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla, 

hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (kö-

nüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, 

daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. 

prinsiplər  əsas götürülür. Mütəxəssislərin fikrincə, ölkənin 

siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq 

hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla 

təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər 

hərbi və döyüş  vəzifələrini yerinə yetirməyə hazır olan, 

məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz 

komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi 

müasir və peşəkar ordu yaradılmışdır.

451


  

Bundan başqa, Azərbaycanın hərbi təhlükəsizliyinin sə-

mərəli təmin edilməsi məqsədi ilə silahlı qüvvələrin, eləcə də 

bu sahədə yaxından iştirak edən dövlət orqanlarının hərbi, 

iqtisadi-texniki və s. ehtiyaclarının ödənilməsi üçün ümumi 

təchizat siyasəti həyata keçirilir. Bu siyasətdə silahlı qüvvələ-

rin və  hərbi təhlükəsizliyin təmin edilməsində  iştirak edən 

dövlət orqanlarının müdafiə  təyinatlı  məhsullara olan ehtiya-

cını  əks etdirən Dövlət Müdafiə Sifarişi Proqramının hazır-

lanması və icrası mühüm yer tutur.  

Azərbaycanın yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və 

Cənubi Qafqaz bölgəsində dövlətlərin ümumi hərbi təhlükə-

sizliyini təmin edən iki sistem – Rusiyanın rəhbərlik etdiyi 

                                                 

451

 

Ниязов Н.С. Göstərilən əsəri, s.7 




 

ßËÈ ÙßÑßÍΠ

 

902 


Kollektiv Təhlükəsizlik Təşkilatı (KTMT), ABŞ və onun Av-

ropa müttəfiqlərinin yaratdığı Şimali Atlantika Hərbi Alyansı - 

NATO bloku, eyni zamanda müstəqil olaraq təhlükəsizliyinin 

qeydinə qalan İran kimi ölkələr mövcuddur. Yaxın illərdə 

NATO-ya qoşulmaq Azərbaycan üçün qeyri-real görünür. 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq isə 

onun  şərtləri və  təminatları  (əslində  təminatsızlığı) çərçivə-

sində Azərbaycanın mənafelərinə uyğun deyildir. Belə  şərait-

də, kənar təsir və  təzyiqlərdən qorunmaq, öz hərbi təhlükə-

sizliyini və suveren hüquqlarını təmin etmək, xarici hərbi mü-

daxilələrin qarşısını almaq üçün hansısa formada beynəlxalq 

təminatın qazanılması  vəzifəsi ölkənin xarici siyasət prioritet-

lərindən birinə çevrilmişdir. Müasir dünyanın  əksər dövlətlə-

rində olduğu kimi, Azərbaycanın da siyasi və hərbi təhlükəsiz-

lik maraqları ölkə rəhbərliyindən mövcud beynəlxalq təhlükə-

sizlik sistemləri ilə münasibətlərin yaradılması, yeni-yeni siya-

si və hərbi müttəfiqlərin, tərəfdaşların və dostların qazanılması, 

milli ordunun hərbi ehtiyaclarını  təmin etmək məqsədi ilə  ən 

qabaqcıl texniki, müdafiə  təchizat sisteminin yaradılması  və 

yaxud alınması, ictimaiyyətdə, milli orduda hərbi vətənpər-

vərlik, özünə  və  qələbəyə inam hissinin gücləndirilməsi və s. 

kimi təxirəsalınmaz strateji məsələlərin həllini tələb edir.  

 

§ 5.2. Azərbaycanın sərhəd təhlükəsizliyi siyasəti 

 

Azərbaycan kimi çox da böyük olmayan, lakin kifayət qə-



dər əhəmiyyətli geoməkan xarakteristikası ilə seçilən ölkələrin 

milli və hərbi təhlükəsizliyi təkcə onların sərhədləri daxilində - 

məxsusi  ərazilərində  həyata keçirilən tədbirlərlə  məhdudlaşa 

bilməz. Dövlətin xarici aləmlə  sərhədlərinin möhkəmliyi, sər-

hədətrafı rayonların geosiyasi xarakteristikası - sərhəd yaxın-

lığında baş verə biləcək yerli, regional və transmilli cinayətlər, 

etnik, sosial münaqişələr və digər gözlənilə biləcək təhdidlər, 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 903


yerli  əhalinin milli, sosial, dini mənsubiyyəti və geosiyasi 

baxışları  və s. Sərhəd Təhlükəsizliyi Konsepsiyasına (STK) 

müvafiq olaraq öncədən təhlil olunmalı, proqnozlaşdırılmalı və 

milli təhlükəsizlik doktrinasında əksini tapmalı, bu sahədə mü-

vafiq hərbi və  təhlükəsizlik qurumlarının fəaliyyəti  əlaqələn-

dirilməlidir. Azərbaycanın müharibə  vəziyyətində olduğu Er-

mənistanla, çox mühüm geosiyasi yükü olan İranla, hərbi-geo-

strateji önəm daşıyan Rusiya ilə (Dağıstan və dəniz sərhədləri 

nəzərdə tutulur), tranzit əhəmiyyətli layihələrin həyata keçiril-

diyi  ərazilərdə  və Ermənistana bitişik rayonlarda Gürcüstanla 

sərhəd təhlükəsizliyi məsələləri daimi və xüsusi diqqət tələb 

edir. 


Azərbaycanın təhlükəsizlik maraqları həmçinin onun sər-

hədləri kənarında həyata keçirilən çoxsaylı beynəlxalq və 

regional xarakterli geosiyasi, geoiqtisadi və  hərbi-strateji təd-

birlərin, ölkələrarası münasibətlərin izlənməsini və təhlil edil-

məsini, Cənubi Qafqaz və Xəzər hövzəsində reallaşdırılan əla-

qələrin (Rusiya-İran, Rusiya-Ermənistan, Rusiya-Türkmənis-

tan, Rusiya-Gürcüstan, Ermənistan-İran, Ermənistan-Gürcüs-

tan,  İran-Rusiya,  İran-Türkmənistan,  İran-Türkiyə, Türkiyə-

Rusiya, Türkiyə-Ermənistan, Türkiyə-Gürcüstan və s.) qiymət-

ləndirilməsini və müvafiq addımların planlaşdırılmasını  tələb 

edir. 

XXl əsrdə getdikcə vüsət alan qloballaşmanın yeni tələb-



ləri çərçivəsində  hər bir dövlət kimi, Azərbaycan da özünün 

milli təhlükəsizlik məsələlərini yenidən təhlil edərək, onu müa-

sir texniki vasitələrin yaratdığı reallığın, dövrün və zamanın 

tələblərinə uyğunlaşdırmalıdır. Planetin qlobal inkişafı bütün 

ölkələrin sərhədlərini  şəffaflaşdırmış, müxtəlif transmilli iqti-

sadi, siyasi, sosial, hərbi-strateji, informasiya və s. strukturların 

ölkələrin  ərazisinə giriş-çıxışını asanlaşdırmış, milli iqtisadi, 

siyasi, sosial, informasiya, mənəvi və ekoloji maraqların qo-

runması imkanlarını çətinləşdirmişdir.  



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə