Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə291/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   287   288   289   290   291   292   293   294   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

910 


vilayətlərinin müvafiq strukturlarının fəaliyyəti ilə heç də 

həmişə üst-üstə düşmür. Odur ki, Azərbaycanın Rusiya ilə bəzi 

sahələr üzrə sərhəd təhlükəsizliyi məsələlərinin qarşılıqlı həlli 

hələ  də özünü gözlətməkdədir. Mövcud problemlərin böyük 

qismi Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya 2-3 sen-

tyabr 2010-cu il tarixli səfəri çərçivəsində Azərbaycan Prezi-

denti  İlham  Əliyev ilə imzaladığı  “İki ölkə arasındakı dövlət 

sərhədlərinin müəyyən edilməsi” haqqında Müqavilə aradan 

qalxmışdır. Samur çayı üzrə iki ölkənin sərhəd xətlərinin deli-

mitasiyası, çayın Azərbaycan ərazisi kimi tanınması, lakin su-

yundan müştərək istifadə haqqında əldə olunmuş dövlətlərarası 

razılıq necə illərdir ki, qonşu Dağıstan vilayətinin bəzi rəhbər-

lərinin  əsassız iddiaları üzündən yaranmış problemləri aradan 

qaldırmışdır.

458 

 

Təhlükəsizlik baxımından hazırda Azərbaycanın Rusiya 



ilə  sərhədlərində  ən həssas nöqtə  Xəzər dənizi olaraq qalır. 

Məlum olduğu kimi, paytaxtı bilavasitə  Xəzər dənizinin sahi-

lində yerləşən yeganə ölkə Azərbaycandır. Bundan başqa, 

dənizin Azərbaycan sektorunda ən çox kəmərlər, enerji və sə-

naye infrastrukturları - neft-qaz platformaları, kompressor-

nasos stansiyaları və s. qurğular da məhz Azərbaycana və onun 

tərəfdaşlarına məxsusdur. Bütün bunların mühafizəsi ciddi 

hərbi donanma və sahil mühafizə sisteminin yaradılmasını 

tələb edir. Bu gün üçün Xəzər dənizində tam döyüş qabiliyyətli 

yeganə  hərbi donanmanın Rusiyaya məxsus olduğunu nəzərə 

alsaq, həmin donanmanın nə zamansa, hansısa Xəzəryanı 

ölkəyə qarşı istifadə edilməyəcəyinə heç bir real beynəlxalq və 

regional təminat yoxdur. Doğrudur, 2010-cu ilin noyabr ayında 

Xəzəryanı ölkələrin Bakıda keçirilən sammitində  Xəzərin 

ümumi təhlükəsizliyinə dair beş ölkə rəhbərlərinin birgə sazişi 

imzalanmış və dənizin militaristləşdirilməsinin yolverilməzliyi 

                                                 

458


 Bax: “Ekspress” qəzeti, 16 sentyabr 2010-cu il  


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 911


haqqında ümumi razılığa gəlinmişdir. Lakin hətta birgə saziş 

imzalanandan sonra, verilən məlumatlara görə, Rusiyanın 

hərbi-dəniz qüvvələrinin baş komandanı bəyan etmişdir ki, Ru-

siyanın Xəzər hərbi donanması “Cənub” vahid strateji koman-

danlığı altında tezliklə öz arsenalını daha 16 ədəd yeni hərbi 

gəmi, bir neçə aviasiya qrupu, işıq sürətli “Yaxont” raketləri 

ilə  təmin edilmiş “Bastion” raket kompleksi və s. silahlarla 

zənginləşdirəcəkdir.

459

 Bundan  başqa, bəzi məlumatlara görə, 



2014-cü ildə Rusiya Xəzər dənizindəki öz hərbi donanmasını 5 

ədəd yeni hərbi gəmi və 10-a qədər hərbi qayıqla daha da güc-

ləndirmək fikrindədir.

  460

 Mütəxəssislərin fikrincə, Rusiyanın 

Xəzər dəniz donanmasında malik olduğu və “Uran” raket daşı-

yıcıları ilə  təmin olunmuş “Tatarıstan” və “Dağıstan” hərbi-

mühafizə  gəmiləri onsuz da Xəzər dənizindəki  ən güclü 

gəmilər hesab olunurdu. 

 Göründüyü kimi, Rusiyanın Xəzərdəki hərbi-geostrateji 

imkanları qarşısında istənilən hövzə ölkəsinin, o cümlədən 

Azərbaycanın dəniz sərhədlərinin, hövzədəki enerji infrastruk-

turlarının, xüsusən, dəniz sahilində yerləşən paytaxtının təhlü-

kəsizliyinin hər hansı geostrateji təhdiddən və yaxud asılılıq-

dan tam sığortalanması haqqında fikir söyləmək çətindir. 

Gürcüstan-Rusiya müharibəsinin təcrübəsi göstərdi ki, Rusiya 

lazım gələndə postsovet məkanında hər hansı hərbi-geostrateji 

fəaliyyət göstərməkdən çəkinməyəcəkdir. 

Rusiya ilə Azərbaycanın quru və dəniz sərhədlərinin mü-

hafizəsinə mənfi təsir göstərən bir çox amillər də mövcuddur. 

Bunların sırasında, mütəxəssislərin fikrinə görə: 

  Rusiya federal strukturlarının vəziyyətin normallaş-

dırılması istiqamətində  bəzi tədbirləri gücləndirməsi-

                                                 

459


 Bax:  Может  ли  Россия  из-за  энергоресурсов  развязать  войну  на 

Каспийском море?// www.inosmi.ru/Аsia/ 2011/07/12 

460

 Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il 




 

ßËÈ ÙßÑßÍΠ

 

912 


nə baxmayaraq, Şimali Qafqaz regionunda qanunsuz 

silahlı dəstələr tərəfindən sərhədyanı ərazilərdə terror 

aktlarının davam etdirilməsi və ictimai-siyasi vəziy-

yətin gərgin qalması;  

  siyasi münasibətlərin gərginləşməsi səbəbindən Rusi-

ya ilə Gürcüstan arasında diplomatik və  nəqliyyat 

əlaqələrinin kəsilməsi; 

  terrorçu, dini ekstremist və digər qanunsuz silahlı 

qruplar tərəfindən dövlət sərhədinin pozulması  cəhd-

lərinin davam etdirilməsi (2009-cu ilin iyul ayının 18-

də Azərbaycanla dövlət sərhədini qanunsuz keçməyə 

cəhd göstərən terrorçu qrup zərərsizləşdirilmişdir. 

Əməliyyat zamanı 1 sərhədçi yaralanmış, 1 terrorçu 

məhv edilmişdir. Bununla yanaşı, külli miqdarda 

silah-sursat, hərbi geyim və  ləvazimatlar aşkar edil-

mişdir) və s. xüsusi diqqət tələb edir.  



 Azərbaycan-Gürcüstan sərhədləri: Azərbaycanın  Gür-

cüstanla mövcud olan 480 kilometrlik müştərək sərhədlərinin 

rayonlar üzrə uzunluğu müvafiq olaraq - Qazax rayonu (11.5 

km), Ağstafa rayonu (107.9 km), Tovuz rayonu (33.6 km), 

Samux rayonu (75.0 km), Qax rayonu (65.7 km), Balakən 

rayonu (96.0 km) və Zaqatala rayonu üzrə (90.3 km) təşkil 

edir. Sərhəd xəttinin 315 kilometri düzənlik  ərazidən və 165 

kilometri isə çaylar (göllər) üzrə keçir.  

Mütəxəssislər – sərhədçilər Gürcüstan ilə  sərhədin 

mühafizəsinə təsir göstərən amillər sırasına: 

  Rusiya-Gürcüstan silahlı münaqişəsinin baş verməsi 

nəticəsində Gürcüstanın sərhədyanı rayonlarında əmə-

liyyat şəraitinin qeyri-sabitliyini; 

  Gürcüstanın ermənilər yaşayan hissəsinə Ermənistan 

tərəfindən ərazi iddialarının getdikcə artmasını; 

  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum 

qaz kəmərlərinin fəaliyyətə başlaması ilə yanaşı, 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə