Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə293/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   289   290   291   292   293   294   295   296   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

916 


cuddur. Doğrudur, Ermənistan istisna olmaqla, Azərbaycanın 

hər hansı həmsərhəd dövlətlə indiyə qədər ciddi sərhəd müna-

qişəsi və yaxud silahlı qarşıdurması  (İran hərbi təyyarələrinin 

və  sərhədçilərinin 2001-ci ildə  Xəzər dənizinin Azərbaycana 

məxsus milli sektorunun “Alov” neft yatağında kəşfiyyat-qaz-

ma işləri aparan BP mütəxəssislərinə  hərbi təzyiq göstərməsi 

və onları  ərazini tərk etməyə  məcbur etməsi faktı istisna ol-

maqla - Ə.H.) mövcud olmamışdır. Lakin Xəzəryanı və Cənubi 

Qafqaz ölkələri ilə ortaq sərhəd xətlərinin hələ də axıra qədər 

demarkasiya və delimitasiya edilməməsi ciddi narahatlıq mən-

bəyi olaraq qalmaqdadır. Bundan başqa, mütəxəssislərin məlu-

matına görə, 2020-ci ilə qədər Xəzəryanı ölkələrin hərbi dəniz 

qüvvələrinə  və sahil mühafizəsinə bütövlükdə, təxminən 60-a 

yaxın hərbi gəmi və kater daxil edəcəyi gözlənilir ki, bu da 

birbaşa dənizin millitaristləşdirilməsinə  dəlalət edəcəkdir. 

Xəzər sahili ölkələrindən Rusiyanın 18, Qazaxıstanın 7-9, 

Türkmənistanın 12 və digərlərinin 2020-ci ilə  qədər dənizə 

buraxacağı neçə-neçə  hərbi gəmilərin mövcudluğu  şəraitində, 

Azərbaycan rəsmiləri öz ölkələrinin Xəzər dənizindən qaynaq-

lanan təhlükəsizliyi haqqında ciddi düşünmək məcburiyyətində 

qalacaqdır. 

Azərbaycanın qonşularından  dəniz sərhədlərinin orta 



xəttinin müəyyənləşməsində İranla yanaşı, Xəzəryanı ölkələr-

dən problemli olaraq qalan ikinci dövlət  Türkmənistandır. 

SSRİ dağılandan sonra Azərbaycan bu ölkə ilə  dəniz sərhəd-

lərinin orta xəttinin və  Xəzərdəki bəzi neft-qaz yataqlarının 

mənsubiyyətinin müəyyənləşməsində bəzi problemlər yaşayır. 

Artıq yuxarıda qeyd olunduğu kimi, Xəzərin hüquqi statusu 

“müəyyənləşmədən” və onun milli sektorlarının delimitasiyası, 

demarkasiyası aparılmadan Azərbaycanın dənizdə  həyata ke-

çirdiyi beynəlxalq neft-qaz layihələrinə Türkmənistan da, Ru-

siya və  İrana qoşularaq, rəsmi  şəkildə müəyyən etirazlar 

səsləndirmiş və özünəməxsus iddialar irəli sürmüşdür. Əslində, 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 917


öz milli maraqlarının ziyanına olaraq Xəzərin hüquqi statusu-

nun müəyyən olunmasını indiyə qədər uzadan iki ölkədən biri 

məhz Türkmənistandır. Bu ölkə müstəqillik dövrünün ayrı-ayrı 

illərində xalqlarımızın ortaq din, dil, mədəniyyət və etnik soy-

kökünə malik olmasını, iki ölkənin strateji maraq çərçivələri-

nin və geosiyasi, geoiqtisadi mənafelərinin üst-üstə düşməsini, 

bu maraqların onlar arasında strateji tərəfdaşlıq tələb etməsini 

nəzərə almadan, bəzi məsələlərdə tam anti-Azərbaycan mövqe-

yi nümayiş etdirmişdir. Lakin Azərbaycan rəhbərliyi bu ölkəni 

idarə edənlərin nə vaxtsa real gerçəkliyi dərk edərək, Xəzər 

hövzəsində respublikamızla eyni geosiyasi düşərgədə mövqe 

tutacağına ümid bəsləmiş və onların bəzi əsassız bəyanatlarına, 

qeyri-sağlam hərəkətlərinə göz yummuşdur.  

Türkmənistan özünü Xəzər hövzəsi və Orta Asiyada bitə-

rəf dövlət elan edərək, bölgədəki təhlükəsizlik və hərbi-strateji 

bloklardan uzaq qalacağını  bəyan etmişdir. Lakin bu ölkənin 

Xəzərdə  həyata keçirmək istədiyi hərbi-geostrateji siyasət və 

bu haqda verdiyi bəzi bəyanatlar Azərbaycanı özünün hərbi və 

iqtisadi təhlükəsizliyi baxımından biganə qoya bilməz. Son 

dövrlərdə  bəzi mənbələrin verdiyi məlumata görə, özünün 

“təhlükəsizlik maraqlarının təmin olunması”nı  əsas gətirərək

Türkmənistan Xəzər dənizində güclü hərbi-dəniz qüvvələri 

yaratmaq, onu müasir texnika ilə  təmin etmək haqqında milli 

proqram açıqlamışdır. Ölkənin Milli Təhlükəsizlik  Şurasının 

qərarı ilə  qəbul edilmiş  həmin proqramda Türkmənistanın 

2015-ci ilə qədər Xəzər hərbi-dəniz qüvvələri formalaşdırması, 

dənizdə hərbi-strateji planlar həyata keçirən, öz geoiqtisadi və 

təhlükəsizlik maraqlarını təmin edən hərbi donanma yaratması 

nəzərdə tutulmuşdur. Mütəxəssislər son illərdə bu ölkənin 

Xəzər dənizində yerləşən Türkmənbaşı  hərbi-dəniz sərhəd 

dəstəsinə aldığı “Kalkan M”, “Qrif T” tipli, Ukraynadan alın-

mış onlarla patrul katerlərini, İrandan alınmış 7 sahil-mühafizə 

hərbi katerini və bir ədəd minadaşıyan gəmini, ABŞ-la hərbi 



 

ßËÈ ÙßÑßÍΠ

 

918 


əməkdaşlıq çərçivəsində aldığı ”Point Jackson” patrul katerini 

və digər hərbi-dəniz texnikasını, ölkə  rəhbərliyinin səsləndir-

diyi çoxsaylı anti-Azərbaycan bəyanatlarını  və qeyri-standart 

hərəkətləri, o cümlədən  İranın Xəzərin Azərbaycana məxsus 

“Alov” yatağına 2001-ci ildə  həyata keçirdiyi hərbi müdaxilə 

nümunəsini və s. nəzərə alaraq, bu proqramı Azərbaycanın təh-

lükəsizlik maraqlarına bilavasitə təhlükə kimi qiymətləndirmiş 

və  Xəzərdə yeni - “türkmən təhlükəsinin” gələcək geostrateji 

konturlarını  nəzərdən qaçırmamağı tövsiyə etmişlər.

461


 Məlu-

matlara görə, bu yaxınlarda türkmən hərbi-dəniz donanması 

Rusiyadan alınmış iki ədəd “Sobol” patrul kateri ilə öz cəbbə-

xanasını bir qədər də gücləndirmişdir.

462

 Bundan başqa, ən son 



məlumata görə, hazırda Türkmənistan Türkiyə  hərbi  şirkətlə-

rindən biri ilə iki ədəd yeni gözətçi gəmi istehsal edir ki, onlar 

da silahlandırılaraq təyinatı üzrə  Xəzər dənizinə daxil edilə-

cəklər.


463

 

Türkmənistanın siyasi və hərbi dairələri Xəzərin hərbiləş-

dirilməsindən narahat olan ölkələrə verdiyi cavabda “bütün bu 

addımların hər hansı  Xəzərətrafı dövlətə qarşı yönəlmədiyini, 

yalnız ölkənin dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edil-

məsi məqsədi daşıdığını” bildirsələr də, mütəxəssislər 2009-cu 

ilin avqust ayında Türkmənistan rəsmilərinin “Xəzər hərbi-do-

nanması üçün raketlərlə  təchiz olunmuş, bütün dəniz akvato-

riyasını optik və lokasiya nəzarətində saxlayan müasir hərbi 

gəmilərin alınması haqqındakı” bəyanatının tamamilə  fərqli 

geostrateji planlardan xəbər verdiyi qənaətindədirlər. Onların 

fikrinə görə, Türkmənistanın bu addımları  Xəzərdə reallaşdı-

rılan əsas transmilli neft-qaz layihələrinin sahibi qismində çıxış 

                                                 

461

 Bax:  Велиев E. Каспий  остается  проблематичной  зоной // газ. 



“Зеркало” , 26 января 2010 г. 

462


 Yenə orada 

463


 Bax: “Bizim dövr” qəzeyi, 19 fevral 2014-cü il. 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə