Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə290/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 907


transmilli narkotik ticarətinin marşrutlarından birinə çevirmək 

cəhdi ilə bağlıdır. BMT-nin Narkotiklərə Qarşı Mübarizə İda-

rəsinin (UNODK) hesablamalarına görə, hər il Əfqanıstan-

İran-Rusiya və Əfqanıstan-İran-Türkiyə marşrutu üzrə on ton-

larla heroin və digər narkotik maddələr daşınır. Bunun da bir 

hissəsi İrandan Mehri və Araz çayı keçidlərindən, Azərbayca-

nın işğal altında olan Dağlıq Qarabağ və ona bitişik ərazilərin-

dən istifadə etməklə (bu ərazilərdə hətta narkotiklərin geniş is-

tehsalı ilə bağlı da məlumatlar mövcuddur - Ə.H.), Ermə-

nistan-Gürcüstan marşrutu ilə, digər hissəsi isə yenə də İrandan 

bilavasitə qaçaqmalçılıq yolu ilə Azərbaycana, buradan da 

Gürcüstan-Türkiyə-Rusiya marşrutu üzrə  Şərqə  və  Qərbə 

daşınır.

453


 

İranla Azərbaycan arasındakı sərhəd təhlükəsizliyinin əsas 

problemli sahələrindən biri Xəzər dənizinin iki ölkə arasındakı 

milli sektorlarının ayırıcı xətləri ilə bağlıdır. Dənizin dibinin və 

səthinin iki ölkənin müştərək su sərhədləri boyunca hələ  də 

delimitasiya edilməməsi və rəsmi şəkildə dövlətlərarası sazişlə 

təsdiqlənməməsi  İranın Azərbaycanın dəniz sərhədlərini tez-

tez pozmasına zəmin yaradır. Məlum olduğu kimi, İran neçə 

illərdir ki, Xəzərin sektor bölgüsü və statusu ilə bağlı heç bir 

beynəlxalq normaya və dənizin yerli şəraitinə uyğun gəlməyən, 

özünəməxsus prinsiplərə söykənən təkliflə çıxış edir ki, bunun 

qəbul edilməsi də qalan dörd ölkə  tərəfindən tamamilə müm-

künsüz sayılır.

454


 Odur  ki,  İran neçə illərdir ki, birtərəfli qay-

dada onunla həmsərhəd olan Azərbaycanın milli sektorunda 

hər hansı iqtisadi fəaliyyətlə  məşğul olmağa imkan vermir. 

Hətta 2001-ci il iyun ayının 23-də bu ölkəyə məxsus iki hərbi 

təyyarə  və  hərbi gəmi Azərbaycan sektorundakı “Alov” yata-

                                                 

453

 Bax: www.unodc.org  



454

 Daha  ətraflı bax: Həsənov  Ə.M. Xəzərin hüquqi statusu və Azərbaycanın 

geoiqtisadi maraqları // “525-ci  qəzet”, 14 noyabr 2010-cu il  



 

ßËÈ ÙßÑßÍΠ

 

908 


ğında BP-AMOKO transmilli şirkətlərinin sifarişi ilə neft-qaz 

kəşfiyyatı aparan “Geofizik-3” və  “Əlif Hacıyev” gəmilərini 

“suda batırmaq”la hədələyərək  ərazidən çıxarmışdır. Bunun 

ardınca İranın bir ədəd hərbi təyyarəsi Azərbaycanın hava sər-

hədlərini pozaraq Bakının 90 millik məsafəsinə qədər yaxınlaş-

mış, yalnız qarşı  tərəfin ciddi xəbərdarlığından sonra ölkənin 

hava sərhədlərini tərk etmişdir.

455


 

Göründüyü kimi, İranla Azərbaycan arasındakı qarşılıqlı 

münasibətlərdə Xəzər dənizinin təhlükəsizlik məsələləri önəm-

li rol oynayır. Məlum olduğu kimi, Xəzər ölkələri içərisində 

hövzədə “vahid təhlükəsizlik təşkilatı” yaratmaq ideyasını ilk 

dəfə 1992-ci ildə İran irəli sürmüşdür. Lakin İran dənizdə milli 

sektor bölgüsünə dair Rusiya-Qazaxıstan-Azərbaycan razılaş-

masına qoşulmayaraq, keçən müddətdə Xəzərin militaristləşdi-

rilməsi işini hamıdan çox davam etdirmiş, hövzədə reallaşdı-

rılan iqtisadi layihələrə mane olmağa çalışmışdır. Bu ölkə hətta 

Xəzərin dinc məqsədlərlə istifadəsinə dair bir çox hökumət-

lərarası sazişlərə belə tam əməl etməmişdir. 

 Hazırda  İran Xəzərdə Rusiyadan sonra ən güclü hərbi 

donanma, hərbi aviasiya və  hərbi dəniz qüvvələrinə malikdir. 

Bəzi məlumatlı mənbələrin açıqlamalarına görə, İranın Xəzər-

də yüzdən artıq kiçik və yardımçı hərbi gəmisi mövcuddur ki

onların sırasına: üçü özünün buraxdığı,  Şimali Koreya tipli 

sualtı qayıqlar, ABŞ istehsalı olan köhnə “Salman” hərbi gəmi-

si və patrul katerləri daxildir. Bütün bunlarla yanaşı, mütəxəs-

sislərin fikrinə görə, İran qısa müddətdə Xəzərdəki hərbi-dəniz 

qüvvələrinin sayını Fars körfəzindəki potensialından istifadə 

etməklə 50% artıra bilər.

456

 Bundan  başqa, bəzi mənbələrin 



məlumatına görə  İran hazırda özünün Xəzər hərbi donanması 

                                                 

455

Bax:  Может  ли  Россия  из-за  энергоресурсов  развязать  войну  на 



Каспийском море? // www.inosmi.ru/ Asia/ 2011/07/12 

456 


Bax: газ. “Зеркало”, 19 июля 2011 г. 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 909


üçün “Fateh” sinifli, dizel mühərrikli dənizaltı hərbi gəmi sifa-

riş verib və yaxın zamanlarda bu gəmi İslam İnqilabı keşikçi-

ləri Korpusunun (SEPAH-ın) Xəzərdəki bölmələrinin tərkibinə 

veriləcək. Mövcud dənizaltı  gəminin Bəndər-Abbas tərsanə-

sində eyni layihə üzrə tikilən gəmidən 8 metr daha uzun- yəni 

48 metr olacağı gözlənilir. Mənbənin məlumatına görə,  İran 

bundan sonra da yeni-yeni hərbi vasitələrlə özünün Xəzər 

donanmasını gücləndirmək niyyətindədir.

457 

Nəzərə alınsa ki, 



Azərbaycanın paytaxtı və əsas neft infrastrukturları Xəzərdə və 

hövzə ətrafında yerləşir, o zaman bölgə ölkələrinin indiyə qə-

dərki əksər sektor bölgüsü təşəbbüsünü dəstəkləməyən İrandan 

dənizdə qaynaqlanan hərbi-geostrateji təhlükələri nəzərdən 

qaçırmaq olmaz. 

Azərbaycanın Rusiya Federasiyası ilə  sərhədləri: 

quruda Balakən rayonu (49.4 km), Qax rayonu (37.4 km), Za-

qatala rayonu (61.0 km), Şəki rayonu (44.6 km), Oğuz rayonu 

(48.1 km), Qəbələ rayonu (14.7 km), Qusar rayonu (119.0 km) 

və Xaçmaz rayonu (16.1 km) ərazilərinə düşür. Rusiya ilə 

sərhəd xəttinin 297.2 kilometri çətin mühafizə olunan dağlıq, 

42 kilometri düzənlik, 10.1 kilometri meşəlik ərazilərdən və 41 

kilometri Samur çayı üzərindən keçir.  

Azərbaycanın Rusiya ilə sərhədlərinin də həm dəniz, həm 

də quru hissəsi təhlükəsizlik baxımından  şəffaf və qismən 

problemli olaraq qalmaqdadır. Bu sərhədlərdən, xüsusən, Da-

ğıstandan Qusar, Zaqatala və Balakən istiqamətində tez-tez 

sərhəd pozmaları, silah, narkotik qaçaqmalçılığı  və s. kimi 

qanunsuz hallar baş verir. Mütəxəssislərin fikrinə görə, Rusiya 

ilə Azərbaycanın münasibətlərində son illərdə müşahidə olu-

nan dostluq və tərəfdaşlıq münasibətləri, iki dövlətin siyasi və 

hökumət rəhbərləri arasında yaranan və inkişaf edən ikitərəfli 

mehriban qonşuluq  əlaqələri bu ölkənin bir çox həmsərhəd 

                                                 

457


 Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə