ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
907
transmilli narkotik ticarətinin marşrutlarından birinə çevirmək
cəhdi ilə bağlıdır. BMT-nin Narkotiklərə Qarşı Mübarizə İda-
rəsinin (UNODK) hesablamalarına görə, hər il Əfqanıstan-
İran-Rusiya və Əfqanıstan-İran-Türkiyə marşrutu üzrə on ton-
larla heroin və digər narkotik maddələr daşınır. Bunun da bir
hissəsi İrandan Mehri və Araz çayı keçidlərindən, Azərbayca-
nın işğal altında olan Dağlıq Qarabağ və ona bitişik ərazilərin-
dən istifadə etməklə (bu ərazilərdə hətta narkotiklərin geniş is-
tehsalı ilə bağlı da məlumatlar mövcuddur - Ə.H.), Ermə-
nistan-Gürcüstan marşrutu ilə, digər hissəsi isə yenə də İrandan
bilavasitə qaçaqmalçılıq yolu ilə Azərbaycana, buradan da
Gürcüstan-Türkiyə-Rusiya marşrutu üzrə Şərqə və Qərbə
daşınır.
453
İranla Azərbaycan arasındakı sərhəd təhlükəsizliyinin əsas
problemli sahələrindən biri Xəzər dənizinin iki ölkə arasındakı
milli sektorlarının ayırıcı xətləri ilə bağlıdır. Dənizin dibinin və
səthinin iki ölkənin müştərək su sərhədləri boyunca hələ də
delimitasiya edilməməsi və rəsmi şəkildə dövlətlərarası sazişlə
təsdiqlənməməsi İranın Azərbaycanın dəniz sərhədlərini tez-
tez pozmasına zəmin yaradır. Məlum olduğu kimi, İran neçə
illərdir ki, Xəzərin sektor bölgüsü və statusu ilə bağlı heç bir
beynəlxalq normaya və dənizin yerli şəraitinə uyğun gəlməyən,
özünəməxsus prinsiplərə söykənən təkliflə çıxış edir ki, bunun
qəbul edilməsi də qalan dörd ölkə tərəfindən tamamilə müm-
künsüz sayılır.
454
Odur ki, İran neçə illərdir ki, birtərəfli qay-
dada onunla həmsərhəd olan Azərbaycanın milli sektorunda
hər hansı iqtisadi fəaliyyətlə məşğul olmağa imkan vermir.
Hətta 2001-ci il iyun ayının 23-də bu ölkəyə məxsus iki hərbi
təyyarə və hərbi gəmi Azərbaycan sektorundakı “Alov” yata-
453
Bax: www.unodc.org
454
Daha ətraflı bax: Həsənov Ə.M. Xəzərin hüquqi statusu və Azərbaycanın
geoiqtisadi maraqları // “525-ci qəzet”, 14 noyabr 2010-cu il
ßËÈ ÙßÑßÍÎÂ
908
ğında BP-AMOKO transmilli şirkətlərinin sifarişi ilə neft-qaz
kəşfiyyatı aparan “Geofizik-3” və “Əlif Hacıyev” gəmilərini
“suda batırmaq”la hədələyərək ərazidən çıxarmışdır. Bunun
ardınca İranın bir ədəd hərbi təyyarəsi Azərbaycanın hava sər-
hədlərini pozaraq Bakının 90 millik məsafəsinə qədər yaxınlaş-
mış, yalnız qarşı tərəfin ciddi xəbərdarlığından sonra ölkənin
hava sərhədlərini tərk etmişdir.
455
Göründüyü kimi, İranla Azərbaycan arasındakı qarşılıqlı
münasibətlərdə Xəzər dənizinin təhlükəsizlik məsələləri önəm-
li rol oynayır. Məlum olduğu kimi, Xəzər ölkələri içərisində
hövzədə “vahid təhlükəsizlik təşkilatı” yaratmaq ideyasını ilk
dəfə 1992-ci ildə İran irəli sürmüşdür. Lakin İran dənizdə milli
sektor bölgüsünə dair Rusiya-Qazaxıstan-Azərbaycan razılaş-
masına qoşulmayaraq, keçən müddətdə Xəzərin militaristləşdi-
rilməsi işini hamıdan çox davam etdirmiş, hövzədə reallaşdı-
rılan iqtisadi layihələrə mane olmağa çalışmışdır. Bu ölkə hətta
Xəzərin dinc məqsədlərlə istifadəsinə dair bir çox hökumət-
lərarası sazişlərə belə tam əməl etməmişdir.
Hazırda İran Xəzərdə Rusiyadan sonra ən güclü hərbi
donanma, hərbi aviasiya və hərbi dəniz qüvvələrinə malikdir.
Bəzi məlumatlı mənbələrin açıqlamalarına görə, İranın Xəzər-
də yüzdən artıq kiçik və yardımçı hərbi gəmisi mövcuddur ki,
onların sırasına: üçü özünün buraxdığı, Şimali Koreya tipli
sualtı qayıqlar, ABŞ istehsalı olan köhnə “Salman” hərbi gəmi-
si və patrul katerləri daxildir. Bütün bunlarla yanaşı, mütəxəs-
sislərin fikrinə görə, İran qısa müddətdə Xəzərdəki hərbi-dəniz
qüvvələrinin sayını Fars körfəzindəki potensialından istifadə
etməklə 50% artıra bilər.
456
Bundan başqa, bəzi mənbələrin
məlumatına görə İran hazırda özünün Xəzər hərbi donanması
455
Bax: Может ли Россия из-за энергоресурсов развязать войну на
Каспийском море? // www.inosmi.ru/ Asia/ 2011/07/12
456
Bax: газ. “Зеркало”, 19 июля 2011 г.
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
909
üçün “Fateh” sinifli, dizel mühərrikli dənizaltı hərbi gəmi sifa-
riş verib və yaxın zamanlarda bu gəmi İslam İnqilabı keşikçi-
ləri Korpusunun (SEPAH-ın) Xəzərdəki bölmələrinin tərkibinə
veriləcək. Mövcud dənizaltı gəminin Bəndər-Abbas tərsanə-
sində eyni layihə üzrə tikilən gəmidən 8 metr daha uzun- yəni
48 metr olacağı gözlənilir. Mənbənin məlumatına görə, İran
bundan sonra da yeni-yeni hərbi vasitələrlə özünün Xəzər
donanmasını gücləndirmək niyyətindədir.
457
Nəzərə alınsa ki,
Azərbaycanın paytaxtı və əsas neft infrastrukturları Xəzərdə və
hövzə ətrafında yerləşir, o zaman bölgə ölkələrinin indiyə qə-
dərki əksər sektor bölgüsü təşəbbüsünü dəstəkləməyən İrandan
dənizdə qaynaqlanan hərbi-geostrateji təhlükələri nəzərdən
qaçırmaq olmaz.
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədləri:
quruda Balakən rayonu (49.4 km), Qax rayonu (37.4 km), Za-
qatala rayonu (61.0 km), Şəki rayonu (44.6 km), Oğuz rayonu
(48.1 km), Qəbələ rayonu (14.7 km), Qusar rayonu (119.0 km)
və Xaçmaz rayonu (16.1 km) ərazilərinə düşür. Rusiya ilə
sərhəd xəttinin 297.2 kilometri çətin mühafizə olunan dağlıq,
42 kilometri düzənlik, 10.1 kilometri meşəlik ərazilərdən və 41
kilometri Samur çayı üzərindən keçir.
Azərbaycanın Rusiya ilə sərhədlərinin də həm dəniz, həm
də quru hissəsi təhlükəsizlik baxımından şəffaf və qismən
problemli olaraq qalmaqdadır. Bu sərhədlərdən, xüsusən, Da-
ğıstandan Qusar, Zaqatala və Balakən istiqamətində tez-tez
sərhəd pozmaları, silah, narkotik qaçaqmalçılığı və s. kimi
qanunsuz hallar baş verir. Mütəxəssislərin fikrinə görə, Rusiya
ilə Azərbaycanın münasibətlərində son illərdə müşahidə olu-
nan dostluq və tərəfdaşlıq münasibətləri, iki dövlətin siyasi və
hökumət rəhbərləri arasında yaranan və inkişaf edən ikitərəfli
mehriban qonşuluq əlaqələri bu ölkənin bir çox həmsərhəd
457
Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il
Dostları ilə paylaş: |