ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
901
potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə
uyğun olaraq yerləşdirilir.
Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və po-
tensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti
nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır
və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin
yaradılması və saxlanılması, Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla,
hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (kö-
nüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə,
daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s.
prinsiplər əsas götürülür. Mütəxəssislərin fikrincə, ölkənin
siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq
hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla
təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər
hərbi və döyüş vəzifələrini yerinə yetirməyə hazır olan,
məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz
komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi
müasir və peşəkar ordu yaradılmışdır.
451
Bundan başqa, Azərbaycanın hərbi təhlükəsizliyinin sə-
mərəli təmin edilməsi məqsədi ilə silahlı qüvvələrin, eləcə də
bu sahədə yaxından iştirak edən dövlət orqanlarının hərbi,
iqtisadi-texniki və s. ehtiyaclarının ödənilməsi üçün ümumi
təchizat siyasəti həyata keçirilir. Bu siyasətdə silahlı qüvvələ-
rin və hərbi təhlükəsizliyin təmin edilməsində iştirak edən
dövlət orqanlarının müdafiə təyinatlı məhsullara olan ehtiya-
cını əks etdirən Dövlət Müdafiə Sifarişi Proqramının hazır-
lanması və icrası mühüm yer tutur.
Azərbaycanın yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqaz bölgəsində dövlətlərin ümumi hərbi təhlükə-
sizliyini təmin edən iki sistem – Rusiyanın rəhbərlik etdiyi
451
Ниязов Н.С. Göstərilən əsəri, s.7
ßËÈ ÙßÑßÍÎÂ
902
Kollektiv Təhlükəsizlik Təşkilatı (KTMT), ABŞ və onun Av-
ropa müttəfiqlərinin yaratdığı Şimali Atlantika Hərbi Alyansı -
NATO bloku, eyni zamanda müstəqil olaraq təhlükəsizliyinin
qeydinə qalan İran kimi ölkələr mövcuddur. Yaxın illərdə
NATO-ya qoşulmaq Azərbaycan üçün qeyri-real görünür.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq isə
onun şərtləri və təminatları (əslində təminatsızlığı) çərçivə-
sində Azərbaycanın mənafelərinə uyğun deyildir. Belə şərait-
də, kənar təsir və təzyiqlərdən qorunmaq, öz hərbi təhlükə-
sizliyini və suveren hüquqlarını təmin etmək, xarici hərbi mü-
daxilələrin qarşısını almaq üçün hansısa formada beynəlxalq
təminatın qazanılması vəzifəsi ölkənin xarici siyasət prioritet-
lərindən birinə çevrilmişdir. Müasir dünyanın əksər dövlətlə-
rində olduğu kimi, Azərbaycanın da siyasi və hərbi təhlükəsiz-
lik maraqları ölkə rəhbərliyindən mövcud beynəlxalq təhlükə-
sizlik sistemləri ilə münasibətlərin yaradılması, yeni-yeni siya-
si və hərbi müttəfiqlərin, tərəfdaşların və dostların qazanılması,
milli ordunun hərbi ehtiyaclarını təmin etmək məqsədi ilə ən
qabaqcıl texniki, müdafiə təchizat sisteminin yaradılması və
yaxud alınması, ictimaiyyətdə, milli orduda hərbi vətənpər-
vərlik, özünə və qələbəyə inam hissinin gücləndirilməsi və s.
kimi təxirəsalınmaz strateji məsələlərin həllini tələb edir.
§ 5.2. Azərbaycanın sərhəd təhlükəsizliyi siyasəti
Azərbaycan kimi çox da böyük olmayan, lakin kifayət qə-
dər əhəmiyyətli geoməkan xarakteristikası ilə seçilən ölkələrin
milli və hərbi təhlükəsizliyi təkcə onların sərhədləri daxilində -
məxsusi ərazilərində həyata keçirilən tədbirlərlə məhdudlaşa
bilməz. Dövlətin xarici aləmlə sərhədlərinin möhkəmliyi, sər-
hədətrafı rayonların geosiyasi xarakteristikası - sərhəd yaxın-
lığında baş verə biləcək yerli, regional və transmilli cinayətlər,
etnik, sosial münaqişələr və digər gözlənilə biləcək təhdidlər,
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
903
yerli əhalinin milli, sosial, dini mənsubiyyəti və geosiyasi
baxışları və s. Sərhəd Təhlükəsizliyi Konsepsiyasına (STK)
müvafiq olaraq öncədən təhlil olunmalı, proqnozlaşdırılmalı və
milli təhlükəsizlik doktrinasında əksini tapmalı, bu sahədə mü-
vafiq hərbi və təhlükəsizlik qurumlarının fəaliyyəti əlaqələn-
dirilməlidir. Azərbaycanın müharibə vəziyyətində olduğu Er-
mənistanla, çox mühüm geosiyasi yükü olan İranla, hərbi-geo-
strateji önəm daşıyan Rusiya ilə (Dağıstan və dəniz sərhədləri
nəzərdə tutulur), tranzit əhəmiyyətli layihələrin həyata keçiril-
diyi ərazilərdə və Ermənistana bitişik rayonlarda Gürcüstanla
sərhəd təhlükəsizliyi məsələləri daimi və xüsusi diqqət tələb
edir.
Azərbaycanın təhlükəsizlik maraqları həmçinin onun sər-
hədləri kənarında həyata keçirilən çoxsaylı beynəlxalq və
regional xarakterli geosiyasi, geoiqtisadi və hərbi-strateji təd-
birlərin, ölkələrarası münasibətlərin izlənməsini və təhlil edil-
məsini, Cənubi Qafqaz və Xəzər hövzəsində reallaşdırılan əla-
qələrin (Rusiya-İran, Rusiya-Ermənistan, Rusiya-Türkmənis-
tan, Rusiya-Gürcüstan, Ermənistan-İran, Ermənistan-Gürcüs-
tan, İran-Rusiya, İran-Türkmənistan, İran-Türkiyə, Türkiyə-
Rusiya, Türkiyə-Ermənistan, Türkiyə-Gürcüstan və s.) qiymət-
ləndirilməsini və müvafiq addımların planlaşdırılmasını tələb
edir.
XXl əsrdə getdikcə vüsət alan qloballaşmanın yeni tələb-
ləri çərçivəsində hər bir dövlət kimi, Azərbaycan da özünün
milli təhlükəsizlik məsələlərini yenidən təhlil edərək, onu müa-
sir texniki vasitələrin yaratdığı reallığın, dövrün və zamanın
tələblərinə uyğunlaşdırmalıdır. Planetin qlobal inkişafı bütün
ölkələrin sərhədlərini şəffaflaşdırmış, müxtəlif transmilli iqti-
sadi, siyasi, sosial, hərbi-strateji, informasiya və s. strukturların
ölkələrin ərazisinə giriş-çıxışını asanlaşdırmış, milli iqtisadi,
siyasi, sosial, informasiya, mənəvi və ekoloji maraqların qo-
runması imkanlarını çətinləşdirmişdir.
Dostları ilə paylaş: |