ßËÈ ÙßÑßÍÎÂ
898
Bu sənəddə ölkənin müdafiə siyasətini təşkil edən məsul
dövlət orqanlarının, cavabdeh qurumların və Silahlı Qüvvələr
komandanlığının səlahiyyətləri də əksini tapmışdır. Bu səlahiy-
yətlərə uyğun olaraq onların həyata keçirdikləri tədbirlər, o
cümlədən silahlı qüvvələr və başqa silahlı birləşmələrin qarşı-
sında qoyduqları vəzifələr, hərbi səfərbərlik elan etmək, səfər-
bərliyin səviyyəsini, döyüş hazırlığı dərəcəsini müəyyən etmək
və s. məsələlər - "dinc dövr", "real təhdid dövrü" və "müharibə
(silahlı münaqişə) dövrü" adlanan üç şərti təhlükəsizlik şəraiti
əsasında müəyyənləşdirilir.
Dinc dövrdə həmin tədbirlər ölkənin müdafiə qabiliyyətini
möhkəmləndirmək, mümkün təhdidlərin qarşısını almaq və
potensial düşməni öz bədxah əməllərindən, yaxud təcavüzkar
hərəkətlərdən çəkindirmək məqsədi daşıyır. Dinc dövrdə mü-
dafiə siyasəti çərçivəsində əsas tədbirlərin aşağıdakı sahələr
üzrə həyata keçirilməsi nəzərdə tutulur:
dövlət sərhədlərinin mühafizəsi və onların toxunul-
mazlığının təmin edilməsi;
ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığın güc-
ləndirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə veril-
məsi;
dövlət orqanlarının, ölkə iqtisadiyyatının, əhali və
ərazinin müdafiəyə hazırlanması;
müdafiə və döyüş potensialının, silahlı qüvvələrin və
başqa silahlı birləşmələrin yüksək döyüş qabiliyyəti-
nin, səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanıl-
ması;
mülki müdafiə tədbirlərinin həyata keçirilməsi və s.
449
Dinc dövrdə silahlı qüvvələrin əsas vəzifələri sırasına
Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkar-
lanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı kifayət
449
Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
899
qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması,
qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir.
Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “mo-
noetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz
siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi
addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabi-
liyyətini daim yüksək səviyyədə saxlamalıdır.
Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyi real
təhdidə məruz qaldığı zaman ölkənin müdafiə siyasəti çərçivə-
sində aşağıdakı sahələr üzrə tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur:
Azərbaycana qarşı real silahlı hücum təhlükəsi ya-
randıqda ölkənin, əhalinin və ərazinin, eləcə də silahlı
qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə
hazır vəziyyətə gətirilməsi;
ölkəmizin ərazi bütövlüyünün pozulmasına, onun
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yö-
nəldilən hərəkətlərin aradan qaldırılması və s.
450
Real təhdid dövründə bütün silahlı birləşmələrin vəzifə və
tapşırıqları, eləcə də onların silahlı qüvvələrlə qarşılıqlı fəaliy-
yəti əvvəlcədən tərtib edilmiş plan əsasında müəyyən olunur.
O ki qaldı müharibə dövründə həyata keçirilən tədbirlərə,
Hərbi Doktrinada bu, ilk növbədə düşmənə ciddi hərbi zərbələr
endirməklə onu silahlı münaqişəni davam etdirməkdən imtina-
ya və Azərbaycan Respublikası üçün əlverişli şərtlərlə sülhə,
siyasi tənzimləməyə məcbur etmək məqsədi daşıyır. Müharibə
dövründə hərbi təcavüzü dəf etmək və ölkəni, əhalini, ərazini
qorumaq məqsədi ilə müdafiə siyasəti çərçivəsində həm də
aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
450
Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az
ßËÈ ÙßÑßÍÎÂ
900
Azərbaycan Respublikası ərazisinin qorunması üzrə
hərbi fəaliyyətin həyata keçirilməsi;
təcavüzün dəf edilməsi üçün zəruri olan qüvvə və
vasitələrin səfərbər olunması, müdafiə sahəsində hər-
bi, siyasi, diplomatik, informasiya, iqtisadi və digər
tədbirlərin həyata keçirilməsi;
beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən
təcavüzkarın qınanmasına və təcrid edilməsinə nail
olunması və s.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması üçün təcavüzkara strateji təzyiqin artırılması,
zəruri olduqda hərbi güc tətbiq etməklə münaqişənin qısa za-
manda həlli üçün qoşun qruplaşmaları potensialının lazımi
səviyyəyə çatdırılması müharibə dövründə silahlı qüvvələrin
əsas vəzifələri sırasında dayanır. Bu dövrdə silahlı qüvvələrin
və başqa silahlı birləşmələrin əsas vəzifələrinə Doktrinada:
cəbhəboyu ərazilərdə döyüş xidmətinin aparılması və
qoşun qruplaşmalarının təcavüzün dəf edilməsinə
daim hazır vəziyyətdə saxlanılması;
sərhədyanı silahlı münaqişələrin lokallaşdırılması
və zərərsizləşdirilməsi;
ölkə ərazisinə daxil olmuş təcavüzkarın qoşun qrup-
laşmalarının və onun əməliyyat ehtiyatlarının darma-
dağın və məhv edilməsi üzrə döyüş əməliyyatlarının
aparılması;
əhalinin, iqtisadi obyektlərin və infrastrukturun mü-
hafizəsi və s. daxildir.
Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azər-
baycan Respublikasının qanunvericiliyinə və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr
və göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüv-
vələrin birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş
Dostları ilə paylaş: |