ßËÈ ÙßÑßÍÎÂ
910
vilayətlərinin müvafiq strukturlarının fəaliyyəti ilə heç də
həmişə üst-üstə düşmür. Odur ki, Azərbaycanın Rusiya ilə bəzi
sahələr üzrə sərhəd təhlükəsizliyi məsələlərinin qarşılıqlı həlli
hələ də özünü gözlətməkdədir. Mövcud problemlərin böyük
qismi Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya 2-3 sen-
tyabr 2010-cu il tarixli səfəri çərçivəsində Azərbaycan Prezi-
denti İlham Əliyev ilə imzaladığı “İki ölkə arasındakı dövlət
sərhədlərinin müəyyən edilməsi” haqqında Müqavilə aradan
qalxmışdır. Samur çayı üzrə iki ölkənin sərhəd xətlərinin deli-
mitasiyası, çayın Azərbaycan ərazisi kimi tanınması, lakin su-
yundan müştərək istifadə haqqında əldə olunmuş dövlətlərarası
razılıq necə illərdir ki, qonşu Dağıstan vilayətinin bəzi rəhbər-
lərinin əsassız iddiaları üzündən yaranmış problemləri aradan
qaldırmışdır.
458
Təhlükəsizlik baxımından hazırda Azərbaycanın Rusiya
ilə sərhədlərində ən həssas nöqtə Xəzər dənizi olaraq qalır.
Məlum olduğu kimi, paytaxtı bilavasitə Xəzər dənizinin sahi-
lində yerləşən yeganə ölkə Azərbaycandır. Bundan başqa,
dənizin Azərbaycan sektorunda ən çox kəmərlər, enerji və sə-
naye infrastrukturları - neft-qaz platformaları, kompressor-
nasos stansiyaları və s. qurğular da məhz Azərbaycana və onun
tərəfdaşlarına məxsusdur. Bütün bunların mühafizəsi ciddi
hərbi donanma və sahil mühafizə sisteminin yaradılmasını
tələb edir. Bu gün üçün Xəzər dənizində tam döyüş qabiliyyətli
yeganə hərbi donanmanın Rusiyaya məxsus olduğunu nəzərə
alsaq, həmin donanmanın nə zamansa, hansısa Xəzəryanı
ölkəyə qarşı istifadə edilməyəcəyinə heç bir real beynəlxalq və
regional təminat yoxdur. Doğrudur, 2010-cu ilin noyabr ayında
Xəzəryanı ölkələrin Bakıda keçirilən sammitində Xəzərin
ümumi təhlükəsizliyinə dair beş ölkə rəhbərlərinin birgə sazişi
imzalanmış və dənizin militaristləşdirilməsinin yolverilməzliyi
458
Bax: “Ekspress” qəzeti, 16 sentyabr 2010-cu il
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
911
haqqında ümumi razılığa gəlinmişdir. Lakin hətta birgə saziş
imzalanandan sonra, verilən məlumatlara görə, Rusiyanın
hərbi-dəniz qüvvələrinin baş komandanı bəyan etmişdir ki, Ru-
siyanın Xəzər hərbi donanması “Cənub” vahid strateji koman-
danlığı altında tezliklə öz arsenalını daha 16 ədəd yeni hərbi
gəmi, bir neçə aviasiya qrupu, işıq sürətli “Yaxont” raketləri
ilə təmin edilmiş “Bastion” raket kompleksi və s. silahlarla
zənginləşdirəcəkdir.
459
Bundan başqa, bəzi məlumatlara görə,
2014-cü ildə Rusiya Xəzər dənizindəki öz hərbi donanmasını 5
ədəd yeni hərbi gəmi və 10-a qədər hərbi qayıqla daha da güc-
ləndirmək fikrindədir.
460
Mütəxəssislərin fikrincə, Rusiyanın
Xəzər dəniz donanmasında malik olduğu və “Uran” raket daşı-
yıcıları ilə təmin olunmuş “Tatarıstan” və “Dağıstan” hərbi-
mühafizə gəmiləri onsuz da Xəzər dənizindəki ən güclü
gəmilər hesab olunurdu.
Göründüyü kimi, Rusiyanın Xəzərdəki hərbi-geostrateji
imkanları qarşısında istənilən hövzə ölkəsinin, o cümlədən
Azərbaycanın dəniz sərhədlərinin, hövzədəki enerji infrastruk-
turlarının, xüsusən, dəniz sahilində yerləşən paytaxtının təhlü-
kəsizliyinin hər hansı geostrateji təhdiddən və yaxud asılılıq-
dan tam sığortalanması haqqında fikir söyləmək çətindir.
Gürcüstan-Rusiya müharibəsinin təcrübəsi göstərdi ki, Rusiya
lazım gələndə postsovet məkanında hər hansı hərbi-geostrateji
fəaliyyət göstərməkdən çəkinməyəcəkdir.
Rusiya ilə Azərbaycanın quru və dəniz sərhədlərinin mü-
hafizəsinə mənfi təsir göstərən bir çox amillər də mövcuddur.
Bunların sırasında, mütəxəssislərin fikrinə görə:
Rusiya federal strukturlarının vəziyyətin normallaş-
dırılması istiqamətində bəzi tədbirləri gücləndirməsi-
459
Bax: Может ли Россия из-за энергоресурсов развязать войну на
Каспийском море?// www.inosmi.ru/Аsia/ 2011/07/12
460
Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il
ßËÈ ÙßÑßÍÎÂ
912
nə baxmayaraq, Şimali Qafqaz regionunda qanunsuz
silahlı dəstələr tərəfindən sərhədyanı ərazilərdə terror
aktlarının davam etdirilməsi və ictimai-siyasi vəziy-
yətin gərgin qalması;
siyasi münasibətlərin gərginləşməsi səbəbindən Rusi-
ya ilə Gürcüstan arasında diplomatik və nəqliyyat
əlaqələrinin kəsilməsi;
terrorçu, dini ekstremist və digər qanunsuz silahlı
qruplar tərəfindən dövlət sərhədinin pozulması cəhd-
lərinin davam etdirilməsi (2009-cu ilin iyul ayının 18-
də Azərbaycanla dövlət sərhədini qanunsuz keçməyə
cəhd göstərən terrorçu qrup zərərsizləşdirilmişdir.
Əməliyyat zamanı 1 sərhədçi yaralanmış, 1 terrorçu
məhv edilmişdir. Bununla yanaşı, külli miqdarda
silah-sursat, hərbi geyim və ləvazimatlar aşkar edil-
mişdir) və s. xüsusi diqqət tələb edir.
Azərbaycan-Gürcüstan sərhədləri: Azərbaycanın Gür-
cüstanla mövcud olan 480 kilometrlik müştərək sərhədlərinin
rayonlar üzrə uzunluğu müvafiq olaraq - Qazax rayonu (11.5
km), Ağstafa rayonu (107.9 km), Tovuz rayonu (33.6 km),
Samux rayonu (75.0 km), Qax rayonu (65.7 km), Balakən
rayonu (96.0 km) və Zaqatala rayonu üzrə (90.3 km) təşkil
edir. Sərhəd xəttinin 315 kilometri düzənlik ərazidən və 165
kilometri isə çaylar (göllər) üzrə keçir.
Mütəxəssislər – sərhədçilər Gürcüstan ilə sərhədin
mühafizəsinə təsir göstərən amillər sırasına:
Rusiya-Gürcüstan silahlı münaqişəsinin baş verməsi
nəticəsində Gürcüstanın sərhədyanı rayonlarında əmə-
liyyat şəraitinin qeyri-sabitliyini;
Gürcüstanın ermənilər yaşayan hissəsinə Ermənistan
tərəfindən ərazi iddialarının getdikcə artmasını;
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin fəaliyyətə başlaması ilə yanaşı,
Dostları ilə paylaş: |