ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
919
edən və bu sahədə Türkmənistanla bir çox problemi olan Azər-
baycanı hamıdan artıq narahat etməlidir.
464
Beləliklə, qloballaşan dünyada sərhəd təhlükəsizliyi məsə-
lələrinin və ölkənin məkan təhlükəsizliyi tələblərinin qısa təhli-
li göstərir ki, digər xarici ölkələrdə olduğu kimi, Azərbaycanın
da Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq məxsusi
sərhəd siyasəti formalaşdırılmalı, bu siyasətinin əsas məsələlə-
rini özündə əks etdirən Sərhəd Təhlükəsizliyi Konsepsiyası
hazırlanmalıdır. Ölkənin geoməkan xarakteristikası, sərhəd-
lərinin xüsusiyyətləri və təhlükəsizliyi, onun təmin olunması
yolları, vasitələri və ehtiyatları ilə bağlı bütün məsələlər həmin
sənəddə öz əksini tapmalıdır.
§ 5. 3. Azərbaycanın milli enerji təminatı
və təhlükəsizliyi siyasəti
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkə-
sidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş ya-
nacaq-energetika infrastrukturuna və özünü tam təmin edən
enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional sə-
viyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həll-
edici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özü-
nəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində
fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi
mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın
bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkə-
nin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəri-
cilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur
464
Bax: Велиев E. Каспий остается проблематичной зоной // газ.
“Зеркало”, 26 января 2010 г.
ßËÈ ÙßÑßÍÎÂ
920
ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından
səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional
geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı
iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminat-
larından birini yaradır.
Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsiz-
liyi onun milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri
kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkə-
nin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq
və enerji təchizatı vasitəsi İlə xarici və daxili təhdidlərdən
müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən
qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili
təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı
olan məsələləri aid edirlər.
Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri
aşağıdakılardır:
strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin
olunması;
sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurul-
ması;
yanacağın və enerji növlərinin diversifikasiyası
(şaxələndirilməsi);
ekoloji tələblərin nəzərə alınması;
enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının
alınması;
daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi
gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi
şəraitin yaradılması və s.
465
Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları,
onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqavilə-
465
Bax:
“Energetika
haqqında” Azərbaycan Respublikasının
Qanunu//www.mie.gov.az/cgi- bin/min/main.cgi.id
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
921
si”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçi-
rilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azər-
baycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata
keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükə-
sizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-
cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də
əks olunmuşdur. Bunların sırasında “Energetika haqqında”
Azərbaycan Respublikasının Qanununu, “Alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət
Proqramını, “2005-2015-ci illərdə ölkənin yanacaq-enerji kom-
pleksinin inkişafı” Dövlət Proqramını, “Şahdəniz 2” təbii qaz
və s. göstərmək olar.
466
Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olma-
yan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi
inkişafının təmin edilməsi məqsədi ilə çevik enerji siyasəti
həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii
enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli
energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə,
qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan
daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin
Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraq-
larının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə
əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn
digər strateji məsələlərin həllindən ibarətdir.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması
məqsədi ilə son illərdə ölkə daxilində bir sıra təşkilati-texnoloji
tədbirlər həyata keçirilmiş və bu gün də keçirilməkdədir. Onla-
rın sırasına yanacaq-enerji kompleksinin texnoloji bazasının və
infrastrukturların modernləşdirilməsi, yanacaq-enerji ehtiyatla-
rının mənimsənilməsi və istismarının dünya standartları səviy-
yəsinə qaldırılması, neft-qaz istehsalının ekoloji təmizliyinin
466
http://e-qanun.az
Dostları ilə paylaş: |