Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə302/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   298   299   300   301   302   303   304   305   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 943


sektorunun hərtərəfli inkişafına nail olunması, yeni iş yerlə-

rinin açılması, inflyasiyanın idarə edilməsi, beynəlxalq maliyyə 

qurumları ilə səmərəli  əməkdaşlığın davam etdirilməsi, xarici 

borcların səviyyəsinin nəzarətdə saxlanılması, Azərbaycanın 

xarici kapitaldan və neft gəlirlərindən asılılığının getdikcə 

aradan qaldırılması kimi vəzifələrin də davamlı şəkildə həyata 

keçirilməsini tələb edir. 



 

 

§ 5.6. Azərbaycanın ictimai-siyasi, sosial, etnik  

və insan ehtiyatlarının təhlükəsiz istifadəsi  

və idarə olunması siyasəti   

  

Müasir dünyanın müxtəlif ölkələrində baş verən terror 



hadisələri, dövlət hakimiyyətinə, cəmiyyət həyatına, ölkədaxili 

sosial və milli-vətəndaş birliyinə qarşı yönəlmiş siyasi təhdid-

lər, geosiyasi təhlükələr hər bir ölkədə olduğu kimi, müstəqil-

liyə qovuşduqdan sonra Azərbaycan Respublikasında da daxili 

sabitliyin, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyinin, milli 

insan ehtiyatlarının idarə edilməsi və s. kimi ciddi məsələlərin 

qayğısına qalmaq kimi yeni bir milli vəzifə irəli sürdü. İctimai-

siyasi, sosial-etnik təhlükəsizlik və milli insan ehtiyatlarının 

idarə edilməsi siyasəti  cəmiyyət həyatının sosial-mənəvi və 

milli-etnik sahələrini də əhatə edərək, ilk növbədə xarici aləm-

dən qaynaqlanan məqsədyönlü təhdid və təxribatlara, ölkəda-

xili ictimai-siyasi sabitliyi pozmaq, dövlətin konstitusion quru-

luşunu sarsıtmaq, cəmiyyəti xaos və qarşıdurmalara sürüklə-

mək cəhdlərinə qarşı kompleks milli tədbirlər sistemidir. Milli 

təhlükəsizlik sisteminin tərkib hissəsi kimi ictimai-siyasi və 

sosial təhlükəsizlik siyasəti dünyadakı  və bölgədəki ictimai-

siyasi münasibətlərin, cəmiyyət həyatını  əhatə edən köklü 

dəyişikliklərin, onların milli təhlükəsizlik maraqlarına təsiri və 

s. məsələlərin operativ öyrənilməsini və  nəzərə alınmasını 




 

ßËÈ ÙßÑßÍΠ

 

944 


tələb edir. Bu siyasət cəmiyyətin siyasi sisteminin, bütün insan 

resurslarının və ölkədəki mövcud sosial-iqtisadi münasibətlərin 

xarakteri ilə  sıx bağı olur. Odur ki, müstəqillik yolu seçmiş 

ölkələrin, xüsusən də Azərbaycan kimi mürəkkəb geosiyasi 

əhatəsi və  rəngarəng etnik tərkibi olan dövlətlərin ictimai-

siyasi və sosial-etnik təhlükəsizlik siyasəti yeni yaradılan 

sosial münasibətləri, keçid prosesinin, siyasi-iqtisadi sistemin 

daxili özünəməxsusluğunu, yeni sistemdə özünü göstərən 

ziddiyyətləri, bütövlükdə milli təhlükəsizlik sistemini təhdid 

edən digər riskləri mütləq şəkildə nəzərə almalıdır.  

 Bütün  sahələrdə olduğu kimi, Azərbaycanda ictimai-

siyasi və sosial təhlükəsizlik siyasətinin formalaşması və döv-

lət siyasəti səviyyəsində təmin olunması işi də 90-cı illərin əv-

vəllərində bir qədər təcrübəsiz şəkildə, qeyri-peşəkar formada 

həyata keçirilmiş, siyasi hakimiyyətsizlik, vətəndaş qarşıdur-

ması, ağır sosial-iqtisadi böhran, səriştəsiz milli-etnik siyasət, 

sistemsiz dövlət quruculuğu, ölkənin aydın siyasi, iqtisadi və 

mənəvi inkişaf strategiyasının yoxluğu və s. bu siyasətin uğur-

suzluğunu  şərtləndirmişdir. Həmin uğursuzluqların nəticəsi 

olaraq o dövrdə  əhalinin yaşayış  səviyyəsi gündən-günə  ağır-

laşmış, siyasi idarəçilik ciddi böhrana düçar olmuş, təhsil, 

səhiyyə, mədəniyyət və digər sahələr öz dinamik inkişafını 

sürətlə itirmişdir. Bütün bunlar həmin dövrdə ölkənin siyasi və 

sosial-etnik təhlükəsizliyi üçün ciddi təhdidlər yaratmışdır.  

Məlumdur ki, dövlətin siyasi hakimiyyətinin, ölkənin 

sosial-ictimai strukturlarının, milli-etnik cəmiyyətlərin və s. 

daxili institutların fəaliyyətinin səmərəlilik dərəcəsi və daya-

nıqlığı ictimai-siyasi təhdidlərin müvəffəqiyyətlə  dəf edilməsi 

zamanı ortaya çıxır. Siyasi təhlükəsizliyin təmin olunması 

əsasən ictimai-siyasi sabitliklə bağlıdır və bu istiqamətdə döv-

lət hakimiyyətinin apardığı siyasətin uzaqgörənliyindən ası-

lıdır. Bunları  nəzərə alaraq, Ümummilli lider Heydər  Əliyev 

1993-cü ildə  vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 945


Azərbaycan cəmiyyətində ictimai-siyasi sabitliyin, qanunçulu-

ğun və vətəndaş birliyinin təmin olunması və qorunub saxlanıl-

masını dövlət siyasətinin prioritet vəzifəsinə cevirdi və milli 

təhlükəsizlik maraqlarının  əsası kimi müəyyənləşdirdi. Azər-

baycanın ictimai-siyasi təhlükəsizliyinə qarşı yönəlmiş  təh-

didlərin aradan qaldırılmasının  əsas və  ən mühüm şərtini 

ictimai-siyasi sabitliyin təmin olunmasında görən Heydər 

Əliyev o dövrdə  bəyan edirdi ki, biz nəyin bahasına olursa-

olsun respublikada ictimai-siyasi sabitliyin pozulmasına yol 

verməyəcəyik, ölkə daxilində anarxiya və xaos yaradılmasına 

yönəldilmiş hallarla qətiyyətlə mübarizə aparacağıq, Azər-

baycanda qanunçuluğu, milli dövlətçiliyi möhkəmləndirmək 

üçün bütün imkanlarımdan istifadə edəcəyik.

473


 

Milli təhlükəsizlik sistemində ictimai-siyasi, sosial-etnik 

təhlükəsizliyin mahiyyəti, məqsədi və vəzifələri ilə bağlı ümu-

mi istiqamətlər Azərbaycan Respublikasının Milli Təhlükəsiz-

lik Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə ölkə daxilin-

də qanunun aliliyinin təmin olunması, ictimai asayişin qorun-

ması, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin  əsas 

daxili idarəçilik funksiyaları kimi təqdim edilir, bu funksiyaları 

pozmaq cəhdi, separatçılıq, etnik, siyasi və dini ekstremizm 

kimi hallar milli təhlükəsizliyin mümkün təhdidləri hesab olu-

nur və öz məzununa görə ictimai-siyasi təhlükəsizliyə təhlükə 

kimi dəyərləndirilir.  İctimai-siyasi təhlükəsizlik dedikdə 

şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarını təmin edən siyasi 

sistemin, siyasi münasibətlərin və institutların xarici və daxili 

təhdidlərdən müdafiəsi vəziyyəti başa düşülür.

474


  

                                                 

473

 Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, 



məktublar, müsahibələr.Birinci kitab: iyun, 1993 – may, 1994 / bur. məsul R. 

Mehdiyev. Bakı, 1997, s. 183  

474

 Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası: //http://e-



qanun.az 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə