Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə305/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   301   302   303   304   305   306   307   308   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

952 


2.8 dəfə, ailə başçısını itirməyə görə 3.1 dəfə artmışdır. 2011-

ci ilin sonuna müavinət təyin olunmuş şəxslərin sayı 306.8 min 

nəfər, bir nəfərə düşən orta aylıq məbləğ isə 40 manatdır. 

2006-cı illə müqayisədə sosial müavinət alanların sayı 18 faiz, 

bir nəfərə düşən orta aylıq məbləğ 2.3 dəfə artmışdır. 2011-ci 

ildə 125.5 min nəfərə birdəfəlik müavinət ödənilmişdir ki, bu 

da 2006-cı ilin müvafiq göstəricisindən 24 faiz çoxdur”. 

481


 

2005-ci il oktyabrın 21-də Azərbaycan Prezidentinin “Ün-

vanlı dövlət sosial yardımı haqqında” Qanunu imzalaması 

aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması yö-

nündə atılan mühüm addımlardan biridir. Qanuna uyğun ola-

raq, 2006-cı il iyulun 1-dən etibarən aztəminatlı ailələrə dövlət 

tərəfindən ünvanlı dövlət sosial yardımı verilir. 2011-ci ildə 

122 min ailənin 547.8 min nəfər üzvünün hər biri orta hesabla 

ayda 22.95 manat ünvanlı dövlət sosial yardımı almışdır. 2006-

cı ilə nisbətən ünvanlı dövlət sosial yardımı alanların sayı 2.5 

dəfə, bir nəfərə düşən orta aylıq məbləğ isə 2.7 dəfə art-

mışdır.


482

   

 

Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-etnik təhlü-



kəsizliyi həm də ölkənin intellektual və işçi qüvvəsindən, insan 

kapitalından səmərəli istifadə edilməsi, onların faydalı yerləş-

dirilməsi və düzgün idarə olunmasını  tələb edir. Bu anlamda 

əhalinin məskunlaşdırılması, intellektual və  işçi ehtiyatlarının 

düzgün istifadəsi və idarə edilməsi sahəsində dövlətin xüsusi 

proqramı olmalıdır. 

Qloballaşma  şəraitində  hər bir ölkənin iqtisadi və sosial 

inkişafının  əsas  şərtlərindən birini milli insan ehtiyatlarından 

düzgün və  səmərəli istifadə edilməsi siyasəti təşkil edir. 

Müasir qlobal və transmilli dünyada böyük, maddi ehtiyatlarla 

                                                 

481


 Yeni tərəqqi illəri : 2003 – 2011. Azərbaycan Respublikası Dövlət Statistika 

Komitəsinin nəşri, 2011, s. 24 

482

 Yenə də orada, s. 24 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 953


zəngin ərazilərə malik olmaq öz-özlüyündə nə ölkənin iqtisadi 

siyasi və sosial təhlükəsizliyinin təminatı məsələsini həll edir, 

nə də onun ciddi və əhəmiyyətli geoməkan xarakteristikasının, 

xüsusi iqtisadi gücünün, qüdrətinin göstəricisi hesab olunur. 

Hər bir məkanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiy-

yəti, qeyd olunduğu kimi, həm də onun insan ehtiyatları, bü-

tövlükdə  əhalisinin və  hər bir vətəndaşının maddi və  mənəvi 

dəyərləri, ölkənin əmək potensialından düzgün istifadənin və-

ziyyəti, vətəndaşların iqtisadi və sosial səviyyəsi, rifah halı, 

yaşayış  məskənlərinin mövcud infrastrukturlarının müasir 

tələblərə cavab verməsi və s. ilə ölçülür.  

Dövlətin ictimai-siyasi və sosial-etnik təhlükəsizliyinin 

əsas ölçü meyarlarından biri kimi, həm də mövcud ölkənin öz 

daxili cəmiyyətinə  nəzarət və  təsir etməsinin vəziyyəti, sabit 

milli, dini və sosial cəmiyyət yaratmaq bacarığı və s. çıxış edir. 

Bu anlamda Azərbaycan  ərazisinin xarakteristikası,  əhalinin 

yerləşməsi, sənayenin, kənd təsərrüfatının strukturu, əmək və 

işçi qüvvələrinin yerləşdirilməsi, ölkə iqtisadiyyatının inkişafı 

və s. məsələlər milli təhlükəsizlik və milli inkişafla bilavasitə 

bağlıdır.  

Dövlət müstəqilliyi bərpa ediləndən sonra, Azərbaycan 

hökumətinin öz geoməkan xarakteristikasını lazımi səviyyədə 

öyrənməsi, onun inkişafı və idarə edilməsi ilə bağlı vahid döv-

lət siyasəti formalaşdırması, bütün sahələrin xüsusi yanaşma 

əsasında idarə edilməsi vəzifəsi milli inkişafın və  təhlükəsiz-

liyin  əsas tələblərindən birinə çevrilmişdir. Xüsusən, ölkənin 

giriş-çıxış qapısı hesab olunan sərhəd rayonlarının, sərhədboyu 

ərazilərin, paytaxtın və geosiyasi önəm daşıyan digər məkanla-

rın iqtisadi, siyasi, informasiya infrastrukturlarının inkişafına 

və idarə edilməsinə  nəzarət və s. məsələlər dövlətin inkişafı, 

ictimai-siyasi və sosial-etnik təhlükəsizliyi ilə bilavasitə bağlı-

dır. Doğrudur, Azərbaycanın mərkəzi icra orqanları ilə yerli 

idarəçilik qurumları, yerli icmalar və s. idarəçilik institutları 



 

ßËÈ ÙßÑßÍΠ

 

954 


arasında hazırda elə bir ciddi problem müşahidə olunmur. 

Lakin 90-cı illərin hadisələrini və acı  təcrübəsini göz önünə 

gətirsək, xüsusən ölkənin Cənub,  Şimal, Qərb bölgələrində 

xaricdən qızışdırılan bəzi separatçılıq meyillərini nəzərə alsaq, 

o zaman bu amilə mütləq şəkildə ciddi diqqət yönəldilməlidir. 

İctimai-siyasi, sosial-etnik təhlükəsizliyin təminatı  tələblərinə 

görə, hər bir region və rayon mərkəzlə və mərkəzi hakimiyyət-

lə, ölkənin iqtisadi, sosial, mədəni və ictimai idarəçiliyi ilə 

ciddi əlaqələndirilməli, əhalinin milli və sosial tərkibi mütəma-

di olaraq nəzarətdə saxlanılmalı, rayonlarla mərkəzi şəhərlərin 

inkişafındakı sosial-iqtisadi fərqlər aradan qaldırılmalıdır. 

 Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-etnik sahə-

dəki təhlükəsizlik siyasətinin təhlili belə bir qənaətə  gəlməyə 

əsas verir ki, ölkənin daxili həyatında bərqərar olmuş  ictimai-

siyasi sabitliik və vətəndaş birliyi, siyasi sistemin çevikliyi və 

demokratik xarakter daşıması, sosial inkişaf sahəsində  həyata 

keçirilən məqsədyönlü siyasət və s. keçən illərdə ölkə əhalisi-

nin əmin-amanlıq şəraitində yaşamasına və günü-gündən rifah 

halının yaxşılaşmasına xidmət göstərmişdir.  İctimai-siyasi və 

sosial-etnik sahənin inkişafı ilə bağlı  həyata keçirilən dövlət 

siyasəti, maddi və insan ehtiyatların idarə edilməsi məqsədyön-

lü və müvəffəqiyyətli olmuş və müvafiq sahənin təhlükəsizlik 

sistemini möhkəmləndirməklə  bərabər, bütövlükdə ölkənin 

milli maraqlarına cavab vermişdir. 

 

 

§ 5.7. Azərbaycanın ərzaq təhlükəsizliyi siyasəti  



 

Cənubi Qafqazın ümumi geoiqtisadi vəziyyəti fonundan 

yanaşdıqda, müstəqilliyə qovuşduğu andan Azərbaycan Res-

publikasının milli geoiqtisadi təhlükəsizliyinin  əsas vəzifələ-

rindən birini ərzaq təhlükəsizliyinin təmin edilməsi təşkil edir. 

Ölkənin ərzaq təhlükəsizliyi siyasətinin ali məqsədi əsas ərzaq 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə