Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə308/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   304   305   306   307   308   309   310   311   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 961


  texnoloji risklər (ərzaq məhsulları istehsal edən texno-

loji avadanlıqların köhnəlməsi və bunun məhsulun 

təhlükəsizliyinə mənfi təsir göstərməsi); 

  aqroekoloji risklər (əlverişsiz iqlim dəyişiklikləri, 

fövqəladə texnogen vəziyyət) və s. 

Sadalanan bu risklər  ərzaq təhlükəsizliyinə  təhdidləri 

formalaşdırır. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti 

ərzaq təhlükəsizliyi siyasətinin aşağıdakı istiqamətlər üzrə 

həyata keçirilməsini planlamışdır: 

  yoxsulluq səviyyəsinin azaldılması və əhalinin normal 

qidalanmaya daha çox ehtiyacı olan təbəqələrinin 

maddi vəziyyətinin yaxşılaşdırılması; 

  hamilə qadınların, körpələrin, məktəbəqədər və mək-

təbyaşlı  uşaqların sağlam qida ilə  təmin olunmasının 

təşkili və s.

488


  

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması me-

xanizmləri iqtisadiyyata və onun ayrı-ayrı sahələrinə dair nor-

mativ hüquqi aktlara müvafiq olaraq müəyyənləşir. Ərzaq təh-

lükəsizliyinin təmin olunmasına yönəlmiş  tədbirlər və mexa-

nizmlər bu sahənin daxili və xarici təhdidlərdən müdafiəsini 

nəzərdə tutur.  

Ərzaq təhlükəsizliyinin təmin olunmasının təşkili və idarə 

edilməsi sahəsində  əsas vəzifələrə dünya ərzaq bazarlarındakı 

dəyişikliklərə ölkə iqtisadiyyatının davamlılığının qiymətləndi-

rilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması strategiyasının 

həyata keçirilməsində dövlət informasiya ehtiyatlarının imkan-

larından səmərəli istifadə edilməsi kimi məsələlər də daxildir.  

Ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan döv-

ləti iki mərhələdən ibarət milli strategiyanın həyata keçiril-

məsini öhdəsinə götürür: 

                                                 

488


 Yenə orada 


 

ßËÈ ÙßÑßÍΠ

 

962 


Birincisi, islahatlar aparıldığı müddətdə ərzaq təhlükəsiz-

liyinin təmin edilməsi üçün qısamüddətli və orta müddətli ke-

çid tədbirlərinin tətbiqi. Bu, əsasən, özəl fermer təsərrüfatçılı-

ğına və sahibkarlığa dövlət dəstəyinin göstərilməsi nəticəsində 

təmin edilir. 

Bu mərhələdə  tədbirlərin aşağıdakı istiqamətlər üzrə 

aparılması nəzərdə tutulur: 

  müvafiq qanunların həyata keçirilməsinə nəzarət

  gözlənilən ilkin nəticələrin  əldə edilməsi üçün lazım 

olan büdcə ayırmalarının dəqiqləşdirilməsi; 

  ərzaq istehsalı sahəsində müvəqqəti vergi güzəştləri-

nin tətbiqi məsələsinə baxılması; 

  qida məhsullarının istehsalı, emalı və satışı üçün kre-

ditlərin alınmasına kömək göstərilməsi; 

  qida məhsulları istehsalçılarının  ərzaq idxalından 

müdafiə edilməsi; 

  istehlakçıların hüquqlarının təmin edilməsi və s.  

İkincisi, Azərbaycanın kənd təsərrüfatında gəlirliliyin və 

rəqabətə davamlılığın artırılması  məqsədi ilə  ərzaq təhlükə-

sizliyi sahəsində uzunmüddətli tədbirlərin həyata keçirilməsi. 

Məlum olduğu kimi, bütün dünya ölkələri ərzaq təhlükə-

sizliyini  əsasən kənd təsərrüfatının inkişafı  və  ərzaq istehlakı 

vəziyyətinin yaxşılaşdırılması hesabına təmin edirlər. Azərbay-

canda bu vəzifəyə nail olmaq üçün ölkə  səviyyəsində  ərzaq 

təhlükəsizliyi ilə bağlı idarəetmə mexanizmlərinin təkmilləşdi-

rilməsi, fermer təsərrüfatlarının bazar iqtisadiyyatı  tələblərinə 

cavab verən qurumlara çevrilməsi,  ərzaq məhsulları növləri 

istehsalının inkişafı və kənd təsərrüfatı infrastrukturuna inves-

tisiya qoyuluşu kimi məsələlər ön plana çəkilmişdir.

489

  

                                                 



489

 Bax: “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”;  “2008-

2015-ci illərdə Azərbaycan Respublikasında  əhalinin  ərzaq məhsulları ilə 

etibarlı təminatına dair Dövlət Proqramı”. http://e-qanun.az/print.php?internal 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 963


Azərbaycanın  ərzaq təhlükəsizliyi siyasətinin  əsas istiqa-

mətlərindən birini torpaq ehtiyatlarından istifadənin səmərəsini 

yüksəltməklə istehsalın artırılması və məhsul bolluğunun yara-

dılması  təşkil edir. İstehsalın səviyyəsinin artması, müvafiq 

olaraq, xaricdən gətirilən ərzaq məhsullarının yerli məhsullarla 

əvəz edilməsini nəzərə tutur. 

Araşdırmalar göstərir ki, Azərbaycanın bəzi rayonlarının 

vətəndaşlarında dəmir və yod mikroelementlərinin çatışmazlığı 

halları müşahidə olunur. Məsələn, xörək duzunda yod çatış-

mazlığı nəticəsində dağ rayonlarında zob xəstəliyinin yayılma-

sı hallarına rast gəlinir. Buna görə də ölkənin ərzaq təhlükəsiz-

liyi siyasətinin əsas məqsədlərindən biri əhalinin tarazlaşdırıl-

mış qidalanmasını təmin etməkdən ibarət olmalıdır. 

 Bundan  başqa,  əhalinin tam və normal qidalanmasının 

yaxşılaşdırılmasına nail olmaq üçün ərzaq məhsullarının key-

fiyyətinə və təhlükəsizliyinə nəzarət mexanizminin yaradılma-

sı, yerli ərzaq məhsulları istehsalının, emalının və marketinqi-

nin təmin olunması mühüm məsələdir. Bu məqsədlə  ərzaq 

məhsullarının keyfiyyəti və  təhlükəsizliyi üzərində  nəzarətin 

artırılması, təhlükəsizlik normalarına uyğun gəlməyən və 

gömrük orqanları  tərəfindən saxlanılan  ərzaq məhsullarının 

məhv edilməsi vacibdir.  

 

 

§ 5.8 Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti 



 

XXI əsrin əvvəllərindən dünyada cərəyan edən əsas geosi-

yasi proseslərin idarə edilməsi, beynəlxalq münasibətlərin tən-

zimlənməsi, ölkələrin milli təhlükəsizliyinin təmin olunması 

və s. məsələlərdə ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqti-

sadi, siyasi, sosial və s. problemlərlə yanaşı, dövlətlərin infor-




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə