Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə309/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   305   306   307   308   309   310   311   312   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

964 


masiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də ciddi müzakirə 

olunur. Qloballaşmanın vüsət aldığı, virtual informasiya məka-

nının günü-gündən genişləndiyi, milli informasiya mühitininin 

pozulduğu, milli dəyərlərin meyarlarının və  sədlərinin “uni-

versallaşdığı” müasir dünyada beynəlxalq və yerli ictimai rə-

yin idarə olunması, siyasi proseslərin məqsədli yönləndirilməsi 

günü-gündən aktuallaşır. Transmilli informasiya siyasəti və 

milli sərhədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti 

ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına, milli cəmiyyətlərin 

vəziyyətinə ciddi təsir göstərir.  

Hər bir ölkənin informasiya məkanı  və informasiya mü-

hiti, informasiya ehtiyatları  və texnologiyaları  cəmiyyətin 

sosial-iqtisadi, elmi-texniki və  mədəni inkişafının səviyyəsini 

və dinamikasını müəyyənləşdirir. Geosiyasi ədəbiyyatda “in-

formasiya mühiti” beynəlxalq və yerli sistemyaradıcı amil ol-

maqla bərabər, bəlli məkanlarda siyasi, iqtisadi, müdafiə, 

sosial-mənəvi və digər sahələrə müdaxilə edərək, milli təhlükə-

sizlik sisteminə ciddi təsir göstərən vasitə kimi də  dəyərlən-

dirilir. Beynəlxalq və milli idarəetmə  qərarlarının səmərəliliyi 

toplanmış informasiyanın həcmi, onun işlənmə və istifadə sü-

rəti ilə müəyyənləşir. Beynəlxalq, regional və milli münasibət-

lərin, daxili və xarici sosial-iqtisadi proseslərin idarə olunma-

sında informasiya siyasəti və  təhlükəsizliyinin  əhəmiyyəti 

getdikcə artır.  

Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli 

təhlükəsizliyinin  əsas problemlərindən biri ölkənin vahid in-

formasiya siyasətinin formalaşdırılması  və  təhlükəsizliyinin 

təminatı, milli informasiya mühitinin yaradılması, qorunması 

və idarə edilməsi ilə bağlı olmuşdur. 1990-cı illərin  əvvəllə-

rində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri 

informasiya müdaxiləsi, ideoloji təbliğat fəaliyyəti Azərbaycan 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 965


ərazisində  əhalinin bəzi sosial və milli-etnik təbəqələrində 

ciddi anti-milli və anti-dövlət meyili formalaşdırmış, müstəqil 

dövlətin  əsaslarına, vətəndaş  həmrəyliyi və birliyinə  təhlükə 

yaratmışdı. Xarici dairələr bununla kifayətlənməyərək Azər-

baycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstər-

mək məqsədi ilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat 

şaxələri yaratmış və öz məqsədləri üçün istifadə etmişlər. Belə 

təxribatçı hərəkətlər ölkədaxili sabitliyin pozulmasına, mərkəzi 

hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə  və 

daxili anarxiyanın yaranmasına yönəlmişdi.  

Bundan başqa, həmin dövrdə Azərbaycanın daxili infor-

masiya sistemləri, o cümlədən, informasiya yaratma, ötürmə, 

ümumiləşdirmə  və  təhliletmə vasitələri,  şəbəkə  və  xətləri ya 

iflic olmuş, ya da bütövlükdə xarici ölkələrin nəzarəti altına 

keçmişdi. Xüsusən, nəzərə alınsa ki, o dövrün bütün informasi-

ya texnologiyaları - telefon, peyk rabitəsi, internet, o cümlədən 

informasiya ötürmə sistemləri, milli təhlükəsizlik və müdafiə 

nazirliklərinin istifadə etdiyi digər informasiya vasitələri bü-

tövlükdə xarici ölkələrin və beynəlxalq informasiya güclərinin 

nəzarəti altında idi, bu halda ölkənin informasiya təhlükəsizliyi 

sahəsindəki problemləri və boşluqları  təsəvvür etmək o qədər 

də çətin olmaz.  

 Bütün bunlar və digər proseslər 90-cı illərin birinci yarı-

sında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya 



fəaliyyəti və  təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli 

informasiya fəaliyyətinin vahid strategiyasının hazırlanması və 

həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoyurdu. 

1993-cü ildən başlayaraq prezident Heydər Əliyevin rəhbərliyi 

altında  özündə müstəqil dövlət maraqlarını  və beynəlxalq 

dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları 

əks etdirən informasiya fəaliyyəti və  təhlükəsizliyi siyasəti 



 

ßËÈ ÙßÑßÍΠ

 

966 


həyata keçirilməyə başlandı. Dövlətin informasiya siyasətinin 

əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəy-

yən edildi, nəzəri və praktiki əsasları yaradıldı, sonrakı dövrdə 

müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və 

dövlət həyatının bütün sahələrində  tətbiq olunmağa başlandı

Demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas 

tələbi kimi söz və məlumat azadlığının təminatı, demokratik və 

siyasi plüralistik kütləvi informasiya vasitələrinin (KİV) yara-

dılması, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi, bey-

nəlxalq rəqabətədavamlılığının artırılması, informasiya fəaliy-

yətinin hüquqi-normativ əsaslarının yenidən qurulması və s. bu 

siyasətin əsas prioritetlərinə çevrildi. Azərbaycan hakimiyyəti 

bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş 

demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad in-

formasiya mühiti formalaşdırdı, ölkənin informasiya təhlü-

kəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi.  

 Keçən iyirmi ildə Azərbaycanda milli informasiya siya-

səti və  təhlükəsizliyi sahəsində müəyyən qanunlar, konsepsi-

yalar, doktrinalar, xüsusi dövlət proqramları  və s. sənədlər 

qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və işlər görülüb.  

 

  

Azərbaycanın dövlət informasiya siyasətinin əsasları: 

müstəqil kütləvi – informasiya vasitələrinin 

formalaşdırılması siyasəti və informasiya-kommunikasiya 

texnologiyalarının inkişafı 

 

Azərbaycanda söz və informasiya azadlığının bərqərar ol-



masının, azad informasiya mühitinin və müstəqil kütləvi infor-

masiya vasitələrinin yaradılması siyasətinin banisi Ümummilli 

lider Heydər  Əliyevdir. Məhz onun prezidentliyi dövründə 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə