Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə317/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   318

 

ßËÈ ÙßÑßÍΠ

 

988 


Dünyanın 155 ölkəsinin dəstəyini qazanmaq, bizim müstəqil 

siyasətimizə, müstəqil dövlətimizə böyük inam və etimadın 

gəstəricisidir. Azərbaycan öz müstəqil yolu ilə gedir. 

 Ölkə başçısı bildirmişdir ki, Azərbaycana qarşı informa-

siya təxribatları,  əfsuslar olsun təkcə bu faktlarla məhdudlaş-

mır. Elə qüvvələr vardır ki, bölgədə  vəziyyəti qarışdırmaq, 

Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Bu işdə 

də informasiya təxribatlarından istifadə edilir. Biz bütün qon-

şularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı 

dostluq münasibətləri yaratmışıq. Azərbaycan heç vaxt başqa 

ölkələrin qarşıdurma planlarında iştirak etmir və etməyəcəkdir. 

Mən bunu hələ prezidentlik dövrümün əvvəlində də demişəm. 

Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Biz heç 

vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı isti-

fadə edilsin. Belə olan halda yenə  gəlir informasiya təxribatı 

məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarında bu 

istiqamətdə çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir 

altında olan digər mətbu orqanlar yayır. Beləliklə, olmayan ha-

disələr, proseslər haqqında yalan rəy formalaşdırmağa çalış-

ırlar.


511

  

Mütəxəssislərin fikrinə görə, Ermənistanın hərbi Doktri-



nası, milli təhlükəsizlik Strategiyası  və digər rəsmi sənədlə-

rində milli təhlükəsizik, o cümlədən informasiya təhlükəsizliyi 

siyasəti ilə bağlı  məsələlər Ermənistan və qondarma “Dağlıq 

Qarabağ Respublikası”nın maraqları kontekstində izah edilir. 

Bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın 

milli maraqları  çərçivəsində  həll edilməsi Ermənistanın milli 

təhlükəsizliyinin  əsas vəzifəsi kimi göstərilir. Buna görə  də 

Azərbaycanın informasiya təhlükəsizliyi Konsepsiyasında 

                                                 

511


Bax: “Azərbaycan” qəzeti, 17 aprel 2012-ci il. 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 989


Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti ilə bağlı beynəl-

xalq ictimai rəyin formalaşdırılması  və ermənilərin saxta id-

dialarının ifşası, anti-Azərbaycan təbliğatının neytrallaşdırıl-

ması istiqamətində effektiv siyasətin məqsəd və  vəzifələri 

düzgün müəyyənləşdirilməlidir.  

Müasir dövrdə hər bir ölkədə olduğu kimi, Azərbaycanın 

da informasiya təhlükəsizliyində ölkənin hava-kosmik və peyk 

informasiya vasitələrinə kənar müdaxilələrin, yerli ictimai rəyi 

idarə etməyə yönələn pozucu təbliğat kompaniyalarının qarşı-

sının alınması mühüm yer tutur. Mütəxəssislərin fikrinə görə, 

hazırda Azərbaycanın milli informasiya təhlükəsizliyi sistemi-

nin yaradılması bu istiqamətdə qarşıda dayanan əsas vəzifələr-

dən biridir. Xüsusən virtual məkanda ölkənin tarixi, mədəniy-

yəti, iqtisadi və siyasi sistemi, mövcud vəziyyəti və milli təhlü-

kəsizliyi sahəsindəki problemləri, ərazilərinin Ermənistan tərə-

findən işğala məruz qalmasını, Dağlıq Qarabağ həqiqətlərini və 

s. dünya ictimaiyyətinə çatdıran çoxsaylı yerli və xarici məlu-

mat mənbələrinin, veb-saytların və digər elektron informasiya 

vasitələrinin izlənilməsi, öyrənilməsi və idarə edilməsi günün 

ən aktual və  həllini gözləyən məsələsi hesab edilir. Nəzərə 

alınsa ki, Ermənistan hökuməti özünün bütün daxili potensia-

lını, o cümlədən dünya erməni diasporunun maddi və ideoloji 

resurslarını, intellektual vasitələrini məqsədəyönlü şəkildə anti-

Azərbaycan təbliğatına yönəldib, o zaman qlobal və virtual in-

formasiya məkanında ölkənin ideoloji və informasiya təhlükə-

sizliyi sahəsindəki mübarizəsinin  əhəmiyyətini anlamaq çətin 

olmaz. 

 Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinin  əsas 

vəzifələrindən biri həm özünün, həm də  tərəfdaş region döv-

lətlərinin, transmilli informasiya vasitələrinin imkanlarından 

maksimum bəhrələnərək, beynəlxalq ictimaiyyətə  çıxış kanal-



 

ßËÈ ÙßÑßÍΠ

 

990 


ları  və  təsir mexanizmləri yaratmaqdan ibarətdir. Mütəxəssis-

lərin fikrinə görə, hazırda ABŞ  və digər böyük dövlətlərin 

mövcud informasiya-kommunikasiya texnologiyaları onlara 

bütün dünya ərazilərinə geosiyasi, hərbi-strateji və informasiya 

nəzarəti etmək imkanı verir. Yaxud transmilli peyk, kompüter 

və informasiya texnologiyaları, mobil telefon şəbəkələri həm 

beynəlxalq ictimaiyyətin, həm də bilavasitə dövlətlərin  əhali-

sinin lazımi istiqamətə yönəldilməsi və idarə edilməsinin həll-

edici amilinə çevrilmişdir.  Əlbəttə, Azərbaycan tipli dövlətlər 

dünya informasiya məkanında lazım olan səviyyədə iştirak et-

mək imkanlarına malik deyildir. Lakin hər bir müstəqil dövlət 

kimi, Azərbaycanın da milli informasiya siyasətinin formalaş-

dırılması, ölkənin informasiya məkanının kənar qüvvələrin tə-

sirindən və müdaxiləsindən maksimum qorunması, milli infor-

masiya maraqlarının təmin edilməsi, dünyanın qlobal və virtual 

informasiya məkanına müxtəlif yollar tapılması, dünya ictimai 

rəyinə təsir imkanları yaradılması günün vacib vəzifələri sıra-

sına daxildir. Azərbaycanın informasiya təhlükəsizliyinin tə-

min edilməsi, rəsmi dairələrin və mütəxəssislərin fikrinə görə, 

bütün ölkə  səviyyəsində, vahid konsepsiya və  fəaliyyət proq-

ramı  əsasında həyata keçirilməli, dövlətin daxili və xarici 

informasiya siyasəti, təbliğat və ideoloji işi sistemli formada və 

bir mərkəzdən idarə edilməlidir. 

İnformasiya təhlükəsizliyinin təmin olunmasında hazırda 

dünyanın böyük dövlətləri kosmik-peyk informasiya və nəzarət 

mexanizmlərindən geniş istifadə edir, onların vasitəsi ilə dünya 

ölkələrinə, o cümlədən geosiyasi əhəmiyyət kəsb edən “açar” 

ərazilərə  nəzarətin bütün metod və vasitələrini tətbiq etməyə 

çalışırlar.  Əlbəttə, Azərbaycan o dövlətlərdən deyil ki, dünya 

ölkələrinin  ərazilərinə  və strateji hədəflərə kosmik nəzarət 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə