Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə310/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   306   307   308   309   310   311   312   313   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 967


ölkədə azad, müstəqil, beynəlxalq rəqabətədavamlı, demokra-

tik milli kütləvi informasiya vasitələrinin formalaşması və hər-

tərəfli inkişafının təmin edilməsi istiqamətində  məqsədyönlü 

siyasət həyata keçirilməyə başlanmışdır. Heydər Əliyevin rəh-

bərliyi altında ölkədə plüralizmi, söz və  məlumat azadlığını 

məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, küt-

ləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanun-

vericilik bazası  təkmilləşdirilərək beynəlxalq standartlara uy-

ğunlaşdırılmışdır. 

Azərbaycan Respublikasının 1995-ci ildə  qəbul edilmiş 

yeni Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kə-

sin məlumat almaq və yaymaq hüququ, KİV üzərində hər hansı 

senzuranın yolverilməzliyi birmənalı formada təsbit edilmişdir. 

Ötən  əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda söz və 

məlumat azadlığının təmin olunması, demokratik, plüralist 

mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qu-

rulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş im-

kanlar yaradılmışdır. Azərbaycan Prezidentinin 6 avqust 1998-

ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində  mətbuatda 

və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə 

ləğv edilmişdir.

490


 Senzuranın ləğvi demokratik cəmiyyət ola-

raq Azərbaycanın gələcək plüralistik informasiya siyasətinin 

həyata keçirlməsini  şərtləndirmiş  və sürətləndirmişdir. Fər-

manda nəzərdə tutulan digər tədbirlər müstəqil KİV-in inkişa-

fını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konsti-

tusiyası ilə  təsbit olunmuş söz, məlumat və fikir azadlığını 

təmin etmiş, ölkənin informasiya siyasətini dolğunlaşdırmışdır. 

Bunun ardınca dövlət informasiya siyasətinin ardıcıllığını 

                                                 

490

 Bax:  “Azərbaycan Respublikasınında söz, fikir və  məlumat azadlığının 

təmin edilməsi sahəsində  əlavə  tədbirlər haqqında” Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı http://www.e-qanun.az 




 

ßËÈ ÙßÑßÍΠ

 

968 


təmin etmək məqsədi ilə 2000-ci ildə Mətbuat və İnformasiya 

Nazirliyi ləğv olunmuş  və dövlətin mətbuat üzərində  nəzarət 

funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan 

Jurnalistlərinin l Qurultayında mətbuatın özünütənzimləmə or-

qanı  və dövlət qurumları ilə  mətbuat arasında münasibətlərin 

nizamlanması funksiyalarını yerinə yetirən müstəqil Mətbuat 

Şurası yaranmışdır.

 

 



 Azərbaycanın müasir informasiya təminatı və təhlükəsiz-

liyi siyasəti hüquqi, təşkilati-texniki və iqtisadi metodlarla tə-

min olunur. Hüquqi metodlar informasiya sahəsində münasi-

bətləri tənzimləyən normativ hüquqi aktların, informasiya tə-

minatı və təhlükəsizliyi ilə bağlı normativ metodiki sənədlərin 

işlənib hazırlanması  və  qəbulunu nəzərdə tutur. Təşkilati-



texniki metodlara  informasiya-telekommunikasiya sistemləri-

nin normal fəaliyyətinə  təhlükə yaradan texniki qurğuların, 

proqramların aşkarlanması və s. daxildir. İqtisadi metodlar isə 

informasiya təminatı və təhlükəsizliyinin təmin olunması sahə-

sində iqtisadi tədbirlərin görülməsi və onların maliyyələşdi-

rilməsi ilə əlaqədardır.  

 1999-cu ilin dekabrında  İnsan Haqları  və  Əsas Azadlıq-

ları üzrə Avropa Konvensiyasının əsas tələblərinə uyğunlaşdı-

rılmış “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan 

Respublikasının yeni demokratik Qanunu qəbul olunmuşdur.

491

 

2001-ci il dekabrın 28-də Milli Məclisin yeni redaksiyada qə-



bul etdiyi həmin Qanun, mütəxəssislərin fikrinə görə, bütün 

demokratik tələblərə- söz və məlumat azadlığına, KİV-lərin və 

jurnalistlərin müstəqilliyinə və sərbəst fəaliyyətinə tam təminat 

verir. 


                                                 

491

 Bax: “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublika-

sının Qanunu http://www.e-qanun.az  




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 969


 2002-ci ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində bey-

nəlxalq standartlara tam cavab verən “Televiziya və radio ya-

yımı haqqında” Qanun işlənib hazırlanmış  və  qəbul edil-

mişdir.


492

 Bunun ardınca, 2003-cü ildə elektron KİV sahəsində 

fəaliyyətin demokratik normalara uyğun qurulmasını  təmin 

edəcək, TV və Radio sahəsində fəaliyyəti tənzimləyən müstə-

qil dövlət orqanı- Milli Televiziya və Radio Şurası yaradıl-

mışdır. Şura öz fəaliyyətində yalnız qanuna tabedir.  

 2004-c ü ildə “İctimai Televiziya və radio yayımı haqqın-

da” yeni qanun layihəsi işlənib hazırlanmış  və  qəbul edilmiş-

dir.

493


 Xüsusi qeyd olunmalıdır ki, qanunun hazırlanmasında 

Avropa  Şurasının ekspertləri bilavasitə  iştirak etmiş  və  əksər 

prinsipial müddəalar onlarla razılaşdırılmışdır.  

 2004-cü ilin sentyabrından etibarən “Dövlət sirri haqqın-

da” Qanun qüvvəyə minmiş, bir müddət sonra isə Azərbaycan 

Prezidenti bu kateqoriyaya aid məlumatlar siyahısını təsdiq et-

mişdir. Bu, əsasən, hərbi sahəyə, dövlətin kəşfiyyat və əks-kəş-

fiyyat fəaliyyətinə dair məlumatlardır. Jurnalistlərin informa-

siya almaq azadlığının tam reallaşdırılması üçün 2005-ci il 

sentyabrın 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə “İn-

formasiya  əldə etmək haqqında” yeni Qanun təsdiq olunmuş-

dur.


494

 Qanun  layihəsinin hazırlanmasına həm  əsas jurnalist 

təşkilatları, həm də Avropa Şurasının ekspertləri cəlb olunmuş-

dur. Nəticədə qanun yerli və xarici ekspertlər tərəfindən yük-

sək qiymətləndirilmiş və hazırda Avropa məkanında ən mütə-

                                                 

492

 “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanu-



nu http://e-qanun.az 

493


 493  “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan 

Respublikasının Qanunu http://e-qanun.az  

494

“İnformasiya  əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu 



http://e-qanun.az 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə