Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə312/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   308   309   310   311   312   313   314   315   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 973


 Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçiləri-

nin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 

2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşa-

yış binasının tikilməsi məqsədi ilə xüsusi vəsait ayrılmışdır. 

2013-cü il iyulun 22-də jurnalistlər üçün tikilmiş binanın açılış 

mərasimi keçirilmiş  və 156 KİV  əməkdaşına yeni mənzillər 

paylanmışdır. Elə həmin gün Azərbaycan Prezidentinin “Azər-

baycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilmə-

sinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamış və jur-

nalistlər üçün yeni- 240 mənzilli binanın tikintisinə  vəsait 

ayirmışdır.  

 Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, 

plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və 

hərtərəfli inkişafı üçün zəruri  şərait yaratmışdır. Azərbaycan 

dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş 

cəmiyyətinin dinamik inkişafına mühüm təsirə malik güclü 

vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, 

Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri ara-

sında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə 

yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş  və ya 

qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, 

ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə 

məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik 

və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-

siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini 

işıqlandıran və  əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 

20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən 

hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgə-

lərdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.  

 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və 

radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası 



 

ßËÈ ÙßÑßÍΠ

 

974 


genişlənmişdir. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1 

peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət 

göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının baza-

sında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı 

Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə  həmin il ikinci dövlət 

kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şir-

kəti təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziya-

nın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması 

üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respub-

likası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına  əsasən 

ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-

cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa 

çatacağı gözlənilir.  

 Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyat-

dan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının in-

kişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndiril-

məsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informa-

siya  əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə 

KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələ-

lərlə aktiv məşğul olur. Ölkədə müstəqilik illərində  mətbuat 

yayımı  həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 

artmışdır. Hazırda 23 mətbuat yayımı firması paytaxt və 

bölgələrdə geniş fəaliyyət göstərir.  

 Qeyd  etmək lazımdır ki, Azərbaycanda söz və informa-

siya azadlığının təmin olunması, müstəqil KİV-lərin inkişafı və 

beynəlxalq rəqabətədavamlılığının artırılması, medianın maddi 

texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkar-

lığının artırılması və s. sahələrdə həyata keçirilən dövlət siya-

səti tezliklə öz müsbət nəticələrini göstərmişdir. Belə ki, 2009-

cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə mad-

dəsi ilə və ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alın-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 975


ması faktı qeydə alınmamışdır. Hazırkı  şərait Azərbaycanda 

“difamasiya haqqında” yeni qanun layihəsinin müzakirəyə  çı-

xarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha 

da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunma-

sını gündəmə gətirmişdir. Ölkə rəsmiləri və mətbuat ictimaiy-

yəti hazırda inkişaf etmiş demokratik dövlətlərin bu sahədəki 

təcrübəsini öyrənərək, Azərbaycanda tətbiqi üzərində birgə 

fəaliyyət göstərir.  

 Yeni minilliyin başlanğıcından dünyanın müxtəlif ölkələ-

rində, xüsusən də inkişaf etmiş dövlətlərdə  İKT-nin inkişafı, 

qabaqcıl inkişaf texnologiyaları  və innovativ iqtisadi münasi-

bətlərə əsaslanan informasiya cəmiyyətinin yaradılması istiqa-

mətində transmilli fəaliyyət bir qədər də güclənmişdir. Bu 

fəaliyyət yeni minilliyin əsas inkişaf tələbləri və çağırışları 

kimi BMT-nin müvafiq Sammitinin qərarlarında da öz əksini 

tapmışdır. Son on ildə Azərbaycanda da ölkənin sabit və dina-

mik inkişafı, cəmiyyətin sosial-iqtisadi problemlərinin həlli, 

söz və  mətbuat azadlığının təmin edilməsi, milli KİV-in 

maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq rəqabə-

tədavamlılığının artırılması  məqsədi ilə  İKT və rabirə sekto-



runun inkişafına mühüm əhəmiyyət verilir. İKT-nin inkişafı 

siyasəti hazırda Azərbaycan dövlətinin fəalyyətində mühüm 

yer tutur. Cəmi bir neçə ildə bu sahə üzrə  həm milli qanun-

vericilik, həm də praktiki fəaliyyət xeyli gücləndirilmiş  və 

ciddi nəticələr  əldə edilmişdir. Ölkə üzrə informasiya cəmiy-

yətinin, yeni texnoloji və innovativ biliklərə  əsaslanan iqtisa-

diyyatın formalaşdırılması dövlət tərəfindən dəstəklənir. Res-

publikada informasiya təhlükəsizliyinin təmin olunması  və 

informasiya texnologiyalarının inkişafı ilə bağlı milli qanun-

vericilik bazası xeyli təkmilləşdirilmişdir. “Kütləvi informa-

siya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə