Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə315/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   318

 

ßËÈ ÙßÑßÍΠ

 

982 


 Azərbaycanın informasiya təhlükəsizliyi sahəsindəki əsas 

təhdidlər “Milli təhlükəsizlik haqqında” Qanunda aşağıdakı 

kimi təsnif olunur:  

  informasiya texnologiyaları sahəsində geriləmə  və 

dünya informasiya məkanına daxil olmağa maneələrin 

mövcudluğu; 

  informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər; 

  dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər; 

  digər ölkələr tərəfindən Azərbaycana informasiya 

təcavüzü, beynəlxalq aləmdə ölkə həqiqətlərinin təhrif 

edilməsi; 

  informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər və 

s. daxil edilmişdir.

506


 

 Göründüyü kimi, Milli Təhlükəsizlik Konsepsiyası  və 

Milli Təhlükəsizlik haqqında Qanunda informasiya təhlükəsiz-

liyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi 

milli təhlükəsizliyi fonunda təsnif olunur. İnformasiya təhükə-

sizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarak-

ter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, 

elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret in-

formasiya təhlükəsizliyi tələblərinə toxunmur. İnkişaf etmiş 

dünya ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda da bu 

sahə üzrə ayrıca  İnformasiya Təhlükəsizliyi Konsepsiyasının 

yaradılmasına ciddi ehtiyac vardır. Həmin Konsepsiyada milli 

informasiya fəaliyyəti və  təhlükəsizliyi siyasətinin hüquqi 

əsasları müəyyənləşdirilməli, sistemli formada dövlətin infor-

masiya mühitinin təhlükəsizliyinə təhdidlər öyrənilməli, qrup-

laşdırılmalı  və sistemləşdirilməli, təhdidlərin doğura biləcəyi 

                                                 

506


 Bax: http://www.mns.gov.az/nslawcp1_az.htm 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 983


konkret nəticələr proqnozlaşdırılmalı  və bu sahə üzrə dövlət 

qurumlarının praktiki fəaliyyətin effektivliyi ciddi şəkildə 

təmin edilməlidir. Ümumiyyətlə, mütəxəssislərin fikrinə görə, 

hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtın-

da müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsiz-

liyinin bütövlükdə  təmin olunması baxımından mühüm əhə-

miyyət kəsb edir. İnformasiya təhlükəsizliyinə təhdidlərin vax-

tında müəyyənləşdirilməməsi siyasi, iqtisadi, müdafiə və digər 

sahələrdə milli maraqlara ciddi zərbə vurulmasına, cəmiyyətin 

xaos və qarşıdurmalara sürüklənməsinə, idarəetmə sisteminin 

iflic olmasına və  mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib 

çıxara bilər.  

Azərbaycanın informasiya təhlükəsizliyi mühitinin möv-

cud vəziyyətinin təhlili göstərir ki, şəxsiyyət, dövlət və cəmiy-

yətin həyati  əhəmiyyətli bütün maraqlarının daha yüksək və 

təkmil səviyyədə qorunması hazırda həm də ölkənin informa-

siya təhlükəsizliyi siyasətinin  əsas məqsədi kimi çıxış etməli, 

onun dinamik inkişaf səviyyəsinin tələblərinə cavab verməli, 

milli informasiya resurslarının reyestri yenidən aparılmalı  və 

təkmilləşdirilməli, informasiya təhlükəsizliyinin meyarları  və 

metodları hərtərəfli işlənilməlidir. Mütəxəssislərin fikrinə görə, 

müasir dünyada hər bir ölkənin  informasiya təhlükəsizliyinin 

təmin olunması ilk növbədə bu istiqamətdə yürüdülən dövlət 

siyasətinin prioritet istiqamətlərinin dəqiq müəyyənləşdirilmə-

sindən, informasiya təhlükəsizliyi mühitinin dəqiq, obyektiv

elmi baxımdan düzgün qiymətləndirilməsindən və bu sahədə 

səmərəli fəaliyyətin təşkil olunmasından asılıdır. Bu baxımdan, 

hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir 

edən  əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və 

onların ayrıca olaraq İnformasiya Təhlükəsizliyi Konsepsiya-

sında öz əksini tapması vacibdir.  



 

ßËÈ ÙßÑßÍΠ

 

984 


Milli  İnformasiya təhlükəsizliyi Konsepsiyasında həm də 

beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-

iqtisadi həyatda baş verən proseslərin dövlətin informasiya 

təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr öz əksini 

tapmalıdır. Azərbaycan Prezidenti İlham  Əliyev Nazirlər 

Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş illik toplan-

tısında dünya ölkələrinin müasir informasiya-kommunikasiya 

siyasətinin xarakterik xüsusiyyətlərini, planetimizdə günü-

gündən genişlənən internet resurslarının, transmilli mətbuat-in-

formasiya sistemlərinin beynəlxalq ictimai rəyin formalaşma-

sındakı mühüm rolunu, dünyada virtual informasiya əlaqələrin 

bütün milli sərhədləri aşması tendensiyasını  və s. məsələləri 

nəzərə alaraq, müasir dövrdə hər bir ölkənin milli təhlükəsizli-

yinin  əsas istiqamətlərindən biri kimi informasiya təhlükəsiz-

liyinin rolunu xüsusi qeyd etmiş, bu sahədə Azərbaycanda gö-

rülməsi vacib olan işlər haqqında danışmışdır. O qeyd etmişdir 

ki, biz informasiya əsrində, internet və digər informasiya tex-

nologiyalarının inkişafı dövründə yaşayırıq. Azərbaycanda si-

yasi plüralizm hökm sürür, azad mətbuat, internet və informa-

siya orqanları  fəaliyyət göstərir,  əhalinin 50 faizindən çoxu 

internetdən istifadə edir. İndi hər bir kəndə, hər bir yaşayış 

məntəqəsinə genişzolaqlı internet şəbəkəsinin çəkilməsi plan-

laşdırılır. Lakin, təəssüf ki, qlobal informasiya məkanında in-

ternetdən, informasiya vasitələrindən, transmilli mətbuatdan 

bəzən insanların informasiya ehtiyacını ödəməklə yanaşı, həm 

də xüsusi təxribat vasitəsi kimi istifadə edirlər, ayrı-ayrı xalq-

lara, dövlətlərə  və insanlara qarşı böhtan kompaniyası apa-

rırlar. Bu təxribatlar, məqsədyönlü kompaniyalar bəzi hallarda 

açıq, bəzi hallarda gizli aparılır. Əlbəttə, belə şəraitdə ölkələrin 

informasiya təhlükəsizliyi məsələləri çox aktuallaşır.

507

  

                                                 



507

 Bax: “Azərbaycan” qəzeti, 17 aprel 2012-ci il. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə