Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə307/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   303   304   305   306   307   308   309   310   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

958 


strukturunun yaradılması da ərzaq təminatı sisteminin ən vacib 

elementlərindəndir.  

Beynəlxalq təcrübə göstərir ki, ərzaq təhlükəsizliyinin ən 

mühüm cəhətlərindən biri ehtimal olunan risklərin səmərəli 

şəkildə idarə edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq 

zəruri həcmdə dövlət  ərzaq ehtiyatının yaradılması  və onun 

müasir tələblər səviyyəsində idarə edilməsi vacib məsələdir. 

Eyni zamanda ərzaq təminatı sisteminin institusional inkişafı 

diqqət mərkəzində saxlanılmalı, aqrar bölmənin elmi və kadr 

potensialı gücləndirilməli, sahibkarlığın inkişafı üçün qabaqcıl 

modellər tətbiq edilməlidir.  

Azərbaycanda dayanıqlı  ərzaq təminatının  əldə olunması 

sahəsində 1994-cü ildən başlayaraq ardıcıl siyasət yürüdülmüş 

və  səmərəli nəticələr  əldə olunmuşdur. Ümummilli lider 

Heydər  Əliyevin təşəbbüsü ilə torpaq islahatları Müstəqil 

Dövlətlər Birliyi məkanında ilk dəfə Azərbaycanda həyata 

keçirilmiş, ölkədə kənd təsərrüfatı istehsalçılarına yardım me-

xanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə 

bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır. Bunun 

ardınca Azərbaycan Prezidentinin 2001-ci il 2 mart tarixli 

sərəncamı ilə “Azərbaycan Respublikasının  ərzaq təhlükəsiz-

liyi Proqramı” və 2008-ci il 25 avqust tarixli sərəncamı ilə 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında  əhalinin 

ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” 

təsdiq edilmişdir.

 485


 

Bu sənədlər çərçivəsində görülmüş  işlər nəticəsində son 

dövrdə  kənd təsərrüfatı  və  ərzaq məhsullarının istehsalı  əhə-

miyyətli dərəcədə artmışdır. Azərbaycanda yoxsulluğun azal-

dılmasına, kiçik və orta sahibkarlığın, eyni zamanda region-

ların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından və 

                                                 

485


 Bax: http://e-qanun.az 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 959


digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi də 

əhalinin  ərzaq istehlakında yerli məhsulların xüsusi çəkisinin 

artmasına mühüm təsir göstərmişdir.

486


  

Son illər  ərzində ölkə iqtisadiyyatının tarazlı inkişafının 

təmin edilməsi, aqrar sektorun inkişafına stimullaşdırıcı  təsir 

göstərən pul və fiskal siyasətin həyata keçirilməsi, sosial xid-

mətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə yönəlmiş 

büdcə siyasəti, regionlarda infrastruktur təminatının yaxşılaş-

dırılması  və  s.  kimi  tədbirlər daxili ərzaq təhlükəsizliyinin 

təmin edilməsinə öz müsbət təsirini göstərmişdir. Ölkədə ərzaq 

təminatının maddi-texniki təchizatı da əvvəlki illərə nisbətən 

xeyli yaxşılaşdırılmış, bu sahədə beynəlxalq təşkilatlarla 

əməkdaşlıq əlaqələri möhkəmləndirilmişdir.  

Əhalinin təhlükəsiz və keyfiyyətli  ərzaq məhsulları ilə 

təmin edilməsi məqsədi ilə ərzaq məhsullarının istehsalı sahə-

sində İSO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sis-

temlərinin tətbiqi və beynəlxalq HACCP (Təhlükəli amillərin 

təhlili və böhranlı nöqtələrə  nəzarət) sisteminə keçid üçün 

normativ hüquqi baza yaradılmış, ərzaq təhlükəsizliyi ilə bağlı 

beynəlxalq təcrübə  nəzərə alınmaqla milli standartların hazır-

lanmasına və  tətbiqinə başlanılmışdır. Beynəlxalq aləmdə  tət-

biq edilən “tarladan - süfrəyədək” prinsipi əsasında milli ərzaq 

istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə 

keyfiyyətə nəzarət mexanizmi işlənib hazırlanmaqda və həyata 

keçirilməkdədir.  

Sahibkarlıq mühitinin yaxşılaşdırılması  və  ərzaq təminatı 

sisteminin institusional inkişafı  ərzaq təhlükəsizliyinin təmin 

olunmasında mühüm rol oynayır. Bu amilin əhəmiyyəti nəzərə 

alınaraq, son illərdə Azərbaycanda sahibkarlığın inkişafı ilə 

bağlı mütərəqqi modellərin tətbiqi genişləndirilir, kənd təsər-

                                                 

486  


Bax: “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun 

azaldılması və davamlı inkişaf Dövlət Proqramı”. http://e-qanun.az  




 

ßËÈ ÙßÑßÍΠ

 

960 


rüfatı  məhsullarının istehsalı  və emalı müəssisələrinə ayrılan 

güzəştli kreditlərin həcmi ildən - ilə artırılır və  rəqabətə 

davamlı məhsul istehsalı üçün lazımi şərait yaradılır.  

 Rəsmi sənədlərə görə, Azərbaycanda ərzaq təhlükəsizliyi-

nin təmin olunmasının qarşıda dayanan əsas vəzifələri 

aşağıdakılardır:  

  ərzaq təhlükəsizliyinə daxili və xarici təhdidlərin vax-

tında müəyyənləşdirilməsi və qarşısının alınması; 

  əhalinin qida məhsulları ilə təmin olunması sisteminə 

hazırlıq görülməsi; 

  qida məhsullarının strateji ehtiyatlarının formalaşdı-

rılması; 

  ölkənin  ərzaq müstəqilliyinin təmin olunması üçün 

ərzaq və xammal istehsalının sabit inkişafı; 

  hər bir vətəndaşın fəal və sağlam həyat tərzi yaşaması 

üçün təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və 

s.

487


  

Qeyd etmək lazımdır ki, hər bir ölkənin ərzaq təhlükəsiz-

liyinin təmin olunması onun iqtisadi vəziyyəti ilə sıx bağlıdır. 

Məhz iqtisadi inkişaf şəraitində hər bir vətəndaşın lazımi qida 

məhsulları əldə etməsi üçün əlverişli maddi imkanlar yaranır.  

Ərzaq təhlükəsizliyinin təmin olunması bütün dünyada bir 

sıra risk və  təhdidlərlə müşahidə olunur. Ən mühüm risklər 

aşağıdakılardır:  

  makroiqtisadi risklər (iqtisadiyyatın mühüm sahələri-

nin xarici iqtisadi konyunkturadan asılılığı,  ərzaq 

istehsalı sahələrinə investisiya qoyuluşunun azalması 

və s.); 


                                                 

487


 Bax: “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”;  “2008-

2015-ci illərdə Azərbaycan Respublikasında  əhalinin  ərzaq məhsulları ilə 

etibarlı təminatına dair Dövlət Proqramı”. http://e- qanun.az/print.php?internal 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə