Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə306/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   302   303   304   305   306   307   308   309   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 955


məhsulları üzrə xarici bazarlardan asılılığın azaldılması, eti-

barlı daxili və xarici ərzaq təminatı mexanizmlərinin yaradıl-

ması və qəbul edilmiş beynəlxalq normalara uyğun olaraq, hər 

bir vətəndaşın lazımi ərzaq məhsulları ilə təchiz edilməsindən 

ibarətdir.  

Ölkənin  ərzaq təhlükəsizliyi, o cümlədən vətəndaşların 

lazımi səviyyədə qidalanmasının təmin edilməsi təkcə daxili 

strateji vəzifə deyil, həm də beynəlxalq hüquqi tələbdir. Azər-

baycan Respublikasının qoşulduğu “Ümumdünya insan hüquq-

ları  Bəyannaməsi”ndə, “İqtisadi, sosial və  mədəni hüquqlar 

haqqında beynəlxalq Pakt”da, “Uşaq hüquqları haqqında bey-

nəlxalq Konvensiya”da insanların lazımi səviyyədə qidalanma 

hüququnun təmin olunması məcburi beynəlxalq tələb kimi hər 

bir ölkələrin qarşısında dayanır.

483

  

Son bir neçə ildə dünyada baş verən iqtisadi böhran, əha-



linin sayının artması ərzaq məhsullarına olan tələbatın yüksəl-

məsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər 

səbəblərə görə  əsas  ərzaq məhsullarının dünya bazarlarında 

nisbi qıtlığı müşahidə olunmuş, qiymətləri artmağa başlamış və 

hətta bəzi ölkələrdə  ərzaq çatışmazlığı real təhlükəyə çevril-

mişdir. Dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabit-

lik bütün dünyada olduğu kimi Cənubi Qafqaz və Azərbay-

canda da müəyyən məhsullar üzrə ərzaq çatışmazlığı və qıtlığı 

yaratmışdır. Bu vəziyyət Azərbaycanda bəzi məhsullar üzrə 

qiymətlərin xüsusi yüksəlməsinə öz təsirini göstərmişdir ki, bu 

da ölkədə daxili ərzaq bazarının inkişaf etdirilməsi və qorun-

ması,  əhalinin  ərzaq təminatının idxaldan asılılığının maksi-

mum azaldılması, milli ərzaq ehtiyatlarının yaradılması  və s. 

istiqamətlərdə bir çox kompleks tədbirlərin görülməsini, ərzaq 

                                                 

483


 Права человека. Сборник международных документов. Варшава, 2001, 

с. 85  



 

ßËÈ ÙßÑßÍΠ

 

956 


təhlükəsizliyi sahəsində sistemli addımların atılmasını, o cüm-

lədən xüsusi dövlət proqramının qəbul edilməsini zəruri 

etmişdir.  

Mütəxəssislərin fikrincə, dünyada, o cümlədən Xəzər höv-

zəsi və  Cənubi Qafqaz ölkələrində  əhalinin sabit ərzaq təmi-

natının  əsas  şərtləri makroiqtisadi sabitliyə  əsaslanan davamlı 

inkişafın  əldə edilməsi, kənd təsərrüfatı  və  ərzaq məhsulları 

istehsalının artırılması qayğısına qalınması, yeni iş yerlərinin 

açılması,  əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan 

qruplarının gəlirlərinin, minimum pensiya və  əmək haqlarının 

artırılması, ölkə miqyasında ehtiyac meyarı səviyyəsinin yaşa-

yış minimumuna çatdırılması və s. ibarətdir. 

Azərbaycanda region ölkələri içərisində hamıdan  əvvəl 

həyata keçirdiyi kolxoz-sovxoz sisteminin ləğv edilməsi və 

torpaqların özəlləşdirilməsi, davamlı aqrar islahatlar və s. nəti-

cəsində kənd təsərrüfatında nəzərəçarpacaq inkişafa nail olun-

muş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli art-

mışdır. Bu sahədə görülən işlər kənd təsərrüfatının  əsas gös-

təricilərini yaxşılaşdırmaqla yanaşı,  ərzaq məhsulları istehsa-

lının strukturunda da müəyyən dəyişikliklərə səbəb olmuşdur. 

İslahatlar ölkənin  əkin strukturuna ciddi təsir edərək,  əsas 

ərzaq məhsulları istehsalının artmasına, daxili və xarici bazarın 

tələblərinə uyğun formalaşmasına şərait yaratmışdır.  

Azərbaycanda son illərdə  ərzaq təhlükəsizliyinin təmin 

edilməsinə, dövlət səviyyəsində torpaqların münbitliyinin artı-

rılmasını, aqrotexniki becərmənin, meliorasiya və su təsərrüfa-

tının inkişafını  nəzərdə tutan aqrar siyasətin də mühüm təsiri 

olmuşdur. Bu məqsədlə ölkənin  ərzaq təhlükəsizliyi proqra-

mında bir neçə istiqamət üzrə davamlı  tədbirlərin həyata ke-

çirilməsi nəzərdə tutulur. Bunlar:  

  torpağın münbitliyinin və  məhsuldarlığının artırılma-

sı, istifadə olunmayan əkinə yararlı torpaqlar hesabına 

əkin sahələrinin genişləndirilməsi



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 957


  meliorasiya sistemlərinin tikintisi; 

  heyvandarlığın sürətli inkişafı; 

  bioloji su ehtiyatlarının potensialından intensiv istifa-

də olunması; 

  ərzaq xammalını müasir tələblər səviyyəsində emal 

edən yeni texnologiyaların tətbiqi; 

  aqrar-sənaye və balıq təsərrüfatı komplekslərində in-

novasion modellərlə işləməyi bacaran kadrların hazır-

lanması, onların ixtisasının artırılması  və sairədən 

ibarətdir.

484

 

Azərbaycanın ərzaq təhlükəsizliyinin prioritet istiqamətlə-



rinə ərzaq məhsulları istehsalının artırılması, əhalinin təhlükə-

siz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq tə-

minatı sisteminin institusional inkişafına dövlət dəstəyi, sahib-

karlıq mühitinin yaxşılaşdırılması sahəsində risklərin idarə 

olunmasının təmin edilməsi daxildir. Göstərilən istiqamətlər 

üzrə  vəzifələrin yerinə yetirilməsi ölkədə sabit və adekvat ər-

zaq təklifinin formalaşdırılması, səmərəli istehsal və satış in-

frastrukturunun yaradılması,  ərzaq məhsullarının keyfiyyətinə 

nəzarət sisteminin təkmilləşdirilməsi və s. deməkdir.

 

 



 Sabit və adekvat ərzaq təklifi, ilk növbədə, aqrar sektorda 

intensiv təkrar istehsalla, o cümlədən kənd təsərrüfatı məhsul-

ları emalının inkişaf etdirilməsi ilə sıx şəkildə bağlıdır. Ərzaq 

təklifi kəmiyyətcə  qənaətbəxş  səviyyədə olmaqla yanaşı, 

keyfiyyətcə də ən müasir tələblərə cavab verməli, ölkə əhalisi 

ekoloji cəhətdən təmiz məhsullarla təchiz edilməlidir. Bunun 

üçün ərzağın keyfiyyətinə və təhlükəsizliyinə səmərəli nəzarət 

sistemi qurulmalıdır. Səmərəli istehsal, saxlanma və satış infra-

                                                 

484


 Bax: “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”;  “2008-

2015-ci illərdə Azərbaycan Respublikasında  əhalinin  ərzaq məhsulları ilə 

etibarlı təminatına dair Dövlət Proqramı”.http://e-qanun.az 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə