Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə289/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   285   286   287   288   289   290   291   292   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

904 


Naxçıvan MR ərazisinin geostrateji vəziyyəti nəzərə alın-

madan, Azərbaycanın geoməkanının yığcam və bütöv məkan 

xarakteristikasına malik olmasına baxmayaraq, onun xarici öl-

kələrlə sərhədləri və sərhədətrafı yaşayış məntəqələrinin, bura-

da yaşayan  əhalinin xarakterik xüsusiyyətləri, sərhədlərin rel-

yefi və texniki vəziyyəti ölkənin geosiyasi, geoiqtisadi və 

hərbi-strateji təhlükəsizliyinə xarici müdaxilələri istisna etmir. 

Müasir elmi-texnoloji nailiyyətlərin bir çox ölkələrin xarici 

kəşfiyyat strukturları üçün yaratdığı yüksək texniki imkanlar 

nəzərə alınsa, o zaman Azərbaycan kimi əhəmiyyətli geoməka-

na malik ölkələrin öz ərazilərinin təhlükəsizliyinə  nəzarət 

etməsinin getdikcə çətinləşməsinin şahidi ola bilərik. 

 Qonşu dövlətlərlə - İran, Rusiya, Gürcüstan, Ermənistan, 

Türkmənistan, Türkiyə  və Qazaxıstanla sərhədətrafı  ərazilərin 

əhalisinin milli və sosial tərkibi, Azərbaycan dövlətçiliyinə və 

xalqına münasibəti məsələsi də geosiyasi, geostrateji təhlükə-

sizlik anlamında ciddi əhəmiyyət kəsb edir. Bu sırada Gür-

cüstanın Azərbaycanla həmsərhəd Borçalı, Rusiyanın Dağıstan 

bölgələrində, əsas sərhədboyu yaşayış məntəqələri və kəndlər-

də  məskunlaşan əhalinin milli-sosial və dini mənsubiyyətinin, 

mövcud tərkibinin, sosial-dini istiqamətlərinin öyrənilməsi, bu 

ərazilərdə informasiya-təbliğat vasitələrinin hansı ölkə  tərə-

findən idarə olunması, KİV-lərin təsir dairəsi, sərhədətrafı 

kommunikasiya vasitələri, ötürücülər, sərhəd xətləri və s. kimi 

məsələlərin vəziyyəti qarşılıqlı olaraq həm Azərbaycanın, həm 

də qonşu dövlətlərin milli təhlükəsizliyi ilə bilavasitə bağlıdır.  



Sərhədlərin hərbi xarakteristikası  və mühafizə  vəziy-

yəti: Azərbaycan Respublikası quru və  dənizdə 7 ölkə ilə  – 

Gürcüstan, Rusiya Federasiyası, Ermənistan Respublikası, Tür-

kiyə Respublikası, İran İslam Respublikası, Türkmənistan Res-

publikası  və Qazaxıstan Respublikası ilə  həmsərhəddir. Quru 

sərhədlərinin ümumi uzunluğu 3370.4 km təşkil edir ki, bunun 

2657.4 km quru, 713 km isə sahil xəttindən ibarətdir. Sərhədlə-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 905


rin uzunluğu müvafiq olaraq - İran  İslam Respublikası ilə 

765.0 km, Rusiya Federasiyası ilə 390.3 km, Gürcüstan ilə 

480.0 km, Ermənistan Respublikası ilə 1007.1 km, Türkiyə 

Respublikası ilə 15.0 km təşkil edir. 

 Azərbaycanın inzibati rayonlarının 32-si bilavasitə qonşu 

dövlətlərlə sərhəddə yerləşir.  



Azərbaycanın  İran  İslam Respublikası ilə 765.0 km 

sərhədinin rayonlar üzrə uzunluğu müvafiq olaraq: Astara ra-

yonu ( 56.0 km), Lerik rayonu ( 52.0 km), Yardımlı rayonu 

(75.0 km), Cəlilabad rayonu ( 86.0 km), Biləsuvar rayonu 

(68.0 km), İmişli rayonu (14.0 km), Beyləqan rayonu (30.0 

km), Füzuli rayonu (45.0 km), Zəngilan rayonu (55.0 km), 

Cəbrayıl rayonu (65.0 km), Naxçıvan MR - Ordubad rayonu 

(42.0 km), Culfa rayonu (30.0 km), Babək rayonu (75.0 km) və 

Şərur rayonu üzrə ( 72.0 km) təşkil edir. 

İranla sərhədlərinin vəziyyəti də təhlükəsizlik baxımından 

istənilən səviyyədə  qənaətbəxş deyildir. Sərhəd xəttindən 117 

km dağlıq (meşəlik), 51 km düzənlik  ərazilərdən və 597 km 

çaylar üzrə keçir. Azərbaycanın siyasi və dövlət strukturlarının 

bu ölkə ilə mehriban dostluq və qonşuluq cəhdlərinə baxmaya-

raq, qarşı  tərəfin bəzi rəsmi və qeyri-rəsmi dairələri, müvafiq 

strukturları, sərhəd keşikçiləri, bir qayda olaraq, bu məsələyə 

müəyyən qədər etinasızlıq göstərirlər. 

İranla sərhədin mühafizəsinə təsir göstərən mənfi amillər 

sırasında mütəxəssislər və sərhədçilər:  

  qanunsuz sərhəd pozmalarını, sərhəd bölmələrinə si-

lahlı basqınları və təzyiqləri;  

  narkotik və silah qaçaqmalçılığı cəhdlərini;  

  qanunsuz miqrasiya, dini və ideoloji missionerlik, qa-

nunsuz mühacirlərin sərhədləri pozması  və Avropa 

ölkələrinə tranzit cəhdlərini;  

  İran hökuməti tərəfindən nüvə proqramının inkişafı 

istiqamətində  işlərin davam etdirilməsi və Rusiya ilə 



 

ßËÈ ÙßÑßÍΠ

 

906 


bu sahədə əməkdaşlığın Azərbaycan ərazisi vasitəsilə 

reallaşdırılması, bununla bağlı Birləşmiş Millətlər 

Təşkilatının Təhlükəsizlik  Şurası  tərəfindən qəbul 

edilmiş beynəlxalq qətnamələrə Azərbaycan tərəfin-

dən əməl edilməsinə bu ölkənin kəskin reaksiyası və 

onun yaratdığı gərginliyi (Rusiyadan İrana göndərilən 

və atom sənayesində istifadə olunan mallara və 

texnologiyalara sərhəd baxışı bu ölkənin rəsmilərini 

daim qıcıqlandırır);  

  İrana məxsus üzmə vasitələrinin tez-tez Xəzər dəni-

zinin Azərbaycan Respublikasına məxsus sularına 

qanunsuz daxil olma cəhdlərini;  

  sərhəd pozucularına və narkotik daşıyıcılarına kömək-

lik göstərən silahlı  və mütəşəkkil bələdçi qrupların 

fəaliyyətinin davam etməsini və s. göstərirlər.  

Bəzi məlumatlara görə, son 7 il ərzində  İranla sərhəddə 

qarşı tərəfin günahı üzündən 100-dən çox silahlı təxribat qeydə 

alınmışdır. Bunun nəticəsində 6 sərhədçi həlak olmuş, 8-i 

yaralanmışdır. 2009-cu ildə  sərhəddə qaçaqmalçılarla 16 dəfə 

silahlı toqquşma qeydə alınmışdır. 

2009-cu ilin iyun ayının 16-da dövlət sərhədini qanunsuz 

keçməyə  cəhd göstərən terrorçu qrupun zərərsizləşdirilməsi 

(əməliyyat zamanı 1 sərhədçi həlak olmuş, 2 sərhədçi yaralan-

mış, 2 terrorçu məhv edilmişdir) və s. kimi təkrarlanan qanun-

suz hallar Azərbaycan hökumətinə bu istiqamətdə milli 

təhlükəsizliyinə tam əmin olmaq imkanı vermir. 

452

 

İranla sərhəddə baş verən və münaqişə yaradan əsas prob-



lemlərdən biri qarşı tərəfdən olan ayrı-ayrı cinayətkar qrupların 

və  vətəndaşların mütəşəkkil  şəkildə Azərbaycan  ərazisini 

                                                 

452


 Bu rəqəmlər və respublikanın sərhədləri ilə bağlı digər faktlar Azərbaycan 

Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatlarından götürülmüş-

dür. 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə