Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə297/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   293   294   295   296   297   298   299   300   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

928 


enerjisi ilə müqayisədə özünün maya dəyərinə, ekoloji təmiz-

liyinə və tükənməzliyinə görə daha sərfəli hesab olunur.  

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında 

külək və digər bərpa olunan enerji mənbələrindən istifadə edil-

məsinin, bu yöndə müasir qurğuların qurulması  və  tətbiqinin 

böyük perspektivi vardır. Həmin perspektivi və mövcud im-

kanları nəzərə alan Azərbaycan hökuməti 2008-ci ildə “Alter-

nativ və  bərpa olunan enerji mənbələrindən istifadə olunması 

üzrə” xüsusi Dövlət Proqramı  qəbul etmiş  və hazırda onun 

reallaşdırılmasına başlamışdır. Hesablamalara görə, Azərbay-

can özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infra-

strukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına 

malikdir. Həmin ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik 

enerjisinə bərabərdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona 

yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullan-

tıların, o cümlədən atmosfer üçün zərərli maddə olan karbon 

dioksidin qarşısının alınması deməkdir.

470


  

 

Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı 



münasibətlərinin yaradılması  

 

Keçən müddətdə Azərbaycanın Xəzər dənizində ona 



məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı 

ölkələrinin qabaqcıl şirkətlərilə birgə yeni texnologiya əsasında 

istehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına 

çıxarması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi 

artırmış, dünya enerji sistemindəki rolunu yüksəltmişdir. Bütün 

bunlar ölkənin enerji təhlükəsizliyinin qorunmasına və  təmin 

olunmasına həm də beynəlxalq dəstəyi gücləndirmişdir. Bakı-

                                                 

470

 Bax:  Azərbaycan Respublikasında alternativ və  bərpa olunan enerji mən-



bələrindən istifadə olunması üzrə Dövlət Proqramı // www.mie.gov.az/cgi-

bin/min/main.cgi?id 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 929


Tbilisi-Ceyhan  əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı 

kəmərləri dünya dövlətləri ilə Azərbaycan arasında enerji 

sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına və 

müvafiq olaraq onun iqtisadi cəhətdən inkişaf etməsinə  təkan 

vermişdir. 

 Lakin  Xəzər hövzəsində qlobal enerji layihələrinin real-

laşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasi-

ya regionunun, beynəlxalq aləmin və transmilli dünyanın enerji 

təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində 

uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasına 

xidmət göstərmişdir. Azərbaycanın ciddi səyləri nəticəsində 

Xəzər bölgəsinin zəngin enerji ehtiyatlarından səmərəli istifa-

də, onun üzərində transmilli nəzarətin təmin olunması, neftin 

və qazın təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılması 

sistemi yaranmışdır ki, bu da qloballaşan dünyanın geosiyasi 

müstəvisində  təkcə Azərbaycanın deyil, həm də bütöv Xəzər 

bölgəsinin geoiqtisadi rolunu artırmışdır. Azərbaycan Avropa-

nın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutaraq 

yeni-yeni transmilli layihələrin hazırlanması və həyata keçiril-

məsində arzuolunan və etibarlı  tərəfdaşa çevrilmişdir. Həmin 

tərəfdaş ölkələrlə birgə reallaşdırılan layihələr, çəkilən neft və 

qaz kəmərləri ona öz ixrac və  təchizat marşrutlarını  şaxələn-

dirməyə, əhalinin iqtisadi, sosial və s. tələbatlarını daha dolğun 

ödəməyə lazımi imkanlar yaratmışdır.  

Xəzər hövzəsindən hasil edilən neft və  təbii qazın Qara, 

Aralıq və Baltik dənizlərinin limanlarına, ətraf regionlara, ha-

belə Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixra-

cının  şaxələndirilməsi siyasətini həyata keçirən Azərbaycan 

hazırda çoxvariantlı ixrac marşrutlarının və kəmərlərinin yara-

dılmasına çalışır. Bu onun müstəqil enerji siyasətini və ixrac 

təhlükəsizliyini təmin etməklə yanaşı, həm də regionun neft-

qaz ölkələrinin maraqlarına, Avropanın enerji təhlükəsizliyinə 

xidmət edir. 



 

ßËÈ ÙßÑßÍΠ

 

930 


Azərbaycan bu gün regionda kənardan heç bir enerji 

asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili 

imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. 

Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkə-

nin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və 

dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan 

ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və 

rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin 

Azərbaycanla  əməkdaşlığa marağını daha da artırmışdır. Ha-

zırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm 

rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı bey-

nəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.  

2006-cı ilin noyabrında Brüsseldə "Azərbaycan Respub-

likası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji 

tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması 

həm Azərbaycanın, həm də Avropa Birliyi ölkələrinin enerji 

təhlükəsizliyinə mühüm töhfə oldu. 2007-ci ilin may ayında 

Krakov  şəhərində  təşkil olunmuş enerji sammiti bu sahənin 

təhlükəsizlik məsələlərinin Avropa üçün getdikcə daha qlobal 

səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla  şərtləndiyini 

növbəti dəfə  təsdiqlədi. Polşa, Azərbaycan, Gürcüstan, Litva 

və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın dövlət nü-

mayəndələrinin iştirak etdiyi bu sammitdə enerji sahəsində 

yeni subregional inteqrasiya modeli yaratmağın vacib olduğu 

vurğulandı. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-

Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik də-

nizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarları-

na daşınmasını nəzərdə tutur. 2007-ci ilin oktyabrında Litvanın 

paytaxtı Vilnüs şəhərində "Vilnüs enerji təhlükəsizliyi konf-

ransı - 2007: məsul tərəfdaşlar üçün məsul energetika" mövzu-

sunda keçirilən beynəlxalq konfransda iştirak edən dövlətlər 

Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarla-

rına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsor-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə