Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə295/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   291   292   293   294   295   296   297   298   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

922 


və iqtisadi səmərəliliyinin artırılması  və s. daxildir. Azərbay-

canın enerji təhlükəsizliyi sahəsində  həyata keçirdiyi daxili 

siyasətin əsas vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 

  yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun 

inkişafını müəyyənləşdirmək və təmin etmək; 

  yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələ-

rinin fəaliyyətində  səmərəliliyin artırılması üçün mü-

vafiq elmi-texniki və  təşkilati tədbirlər həyata ke-

çirmək; 

  enerji ehtiyatlarının istehsalı, emalı, nəqli, saxlanması, 

uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin 

həyata keçirilməsini təmin etmək; 

  yanacaq-enerji sektorunda sağlam rəqabət mühiti 

formalaşdırmaq; 

  yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən 

sərmayələrin həcmini artırmaq; 

  yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi 

təmin etmək; 

  yanacaq-enerji ehtiyatlarının istehlakına görə ödəniş-

lərin daha dolğun yerinə yetirilməsini təmin etmək və s. 

Enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə 

Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, trans-

milli və regional aləmlə sistemli iş aparmış, bu istiqamətdə 

aşağıdakı əsas tədbirləri həyata keçirmişdir: 

  Xəzərin Azərbaycan sektorunda xarici investorların 

imkanlarından istifadə etməklə, enerji ehtiyatlarının 

istehsalı və satışı sahəsində səmərəli fəaliyyətin təşkil 

edilməsi, dünya yanacaq-enerji bazarında layiqli yer 

tutmaq üçün rəqabətə davamlı məhsul çıxarılması; 

  ölkənin neft-qaz istehsalı və ixracının regional təhlü-

kəsizliyinin təmin edilməsi və bu istiqamətdə bey-

nəlxalq aləmin təminatının alınması; 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 923


  Azərbaycanın milli yanacaq-enerji tarazlığının yara-

dılması  və daxili enerji təminatının xarici asılılıqdan 

çıxarılması; 

  enerji sektorunda çevik elmi-texniki və innovasiya 

fəaliyyətinin təmin edilməsi, dünyada mövcud olan 

qabaqcıl texnoloji yeniliklərin tətbiq olunması və s.  

Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqti-

sadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını 

əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə öz növbəsində iqtisadi 

baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartla-

ra uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadr-

larla təchiz olunmuş yanacaq-energetika kompleksinin forma-

laşdırılmasını və modernləşdirilməsini tələb edir.  

İqtisadiyyatın və ölkə əhalisinin enerjinin bütün növləri ilə 

uzunmüddətli və sabit təmin olunması elmi cəhətdən əsaslandı-

rılmış enerji siyasəti ilə sıx şəkildə bağlıdır. Bu siyasətin əsas 

məqsədi həm də  təbii yanacaq-enerji ehtiyatlarından iqtisa-

diyyatın inkişafı  və  əhalinin həyat səviyyəsinin yüksəldilməsi 

üçün səmərəli şəkildə istifadə olunmasına yönəlmişdir. 

Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ölkə 

səviyyəsində davamlı  şəkildə  aşağıdakı  vəzifələrin həyata 

keçirilməsini nəzərdə tutur: 

  ölkə iqtisadiyyatının və  əhalinin uyğun qiymətlərlə 

enerji ehtiyatları ilə davamlı təmin olunması; 

  ölkənin enerji təminatı sahəsində risklərin azaldılması 

və baş verə biləcək böhran hallarının qarşısının 

alınması; 

  enerji ehtiyatlarından faydalı istifadə olunması  və 

itkilərə yol verilməməsi;  

  enerji daşıyıcılarının istehsalı, neft-qaz məhsullarının 

çıxarılması, emalı  və  nəqli zamanı itkilərin azaldıl-

ması; 



 

ßËÈ ÙßÑßÍΠ

 

924 


  enerji sektorunun potensialından istifadə zamanı  sə-

mərəliliyin artırılması; 

  müasir texnoloji vasitələrdən istifadə etməklə energe-

tikanın ətraf mühitə texnogen təsirinin azaldılması və s.  

Hazırda neft-qaz sənayesi ölkəmizin makroiqtisadi göstə-

ricilərinə, xüsusilə, iqtisadi artım surətinə, sənaye istehsalının, 

ixracatın və investisiyaların həcminə, büdcə  gəlirlərinə böyük 

təsir göstərməkdədir. Neft-qaz gəlirlərindən qaynaqlanan iqti-

sadi inkişaf regional infrastrukturların yeniləşməsinə, qeyri-

neft sektorunun tərəqqisinə  və yeni iş yerlərinin açılmasına 

güclü stimul verir. Azərbaycan ildə istehsal etdiyi təxminən 28 

milyard kub metr qazın yarıdan bir qədər azını, 50 milyon 

tondan çox neftin beşdə birini daxili ehtiyacların ödənilməsinə

qalanını isə xarici ölkələrə ixraca yönəltmişdir. Hər iki istiqa-

mətdə mövcud vəziyyət ölkənin tamamilə  nəzarəti altındadır 

və xarici geoiqtisadi amillərdən asılılıq, demək olar ki, yox 

dərəcəsindədir.  

Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində indiyədək 

71 neft və qaz yatağı istifadəyə verilmişdir. Onlardan 43-ü 

quruda, 28-i Xəzərdəki milli sektorda yerləşir. Hazırda 54, o 

cümlədən quruda 36, dənizdə 18 yatağın dövriyyəyə daxil edil-

məsi ilə bağlı işlər davam etdirilir, 9 yataq isə kəşfiyyat mərhə-

ləsindədir. Azərbaycanda yataqların işlənməyə başlanmasından 

hazırkı dövrədək 1,5 milyard ton neft (kondensatla birlikdə) və 

480 milyard kub metrdən artıq qaz hasil edilmişdir, o cümlə-

dən dəniz sahəsindəki yataqlardan 0,5 milyard ton neft (kon-

densatla birlikdə) və 352 milyard kub metr qaz çıxarılmışdır.  

Ölkənin yanacaq-enerji kompleksini daha da inkişaf etdir-

mək məqsədi ilə neft və qaz hasilatı sahəsində qarşıdakı illərdə 

aşağıdakı işlərin aparılması nəzərdə tutulur: 

  yeni yataqların axtarışı və kəşfiyyatı; 

  aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb 

edilməsi; 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə