Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə298/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   294   295   296   297   298   299   300   301   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 931


siumun – “Sarmatiya”nın yaradılması barədə razılığa gəlmiş-

lər. Bu konsorsiumun əsas məqsədi Azərbaycan, Gürcüstan, 

Ukrayna və Polşanın ərazisindən keçməklə, Xəzər dənizindən 

Avropaya və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin 

reallaşdırılmasını  təmin etməkdən ibarətdir. Tədqiqatçıların 

fikrincə, belə bir konsorsiumun yaradılması Avropa Birliyinin 

enerji təhlükəsizliyi maraqlarına tam cavab verir. 2008-ci il 

noyabrın 13-14-də Bakıda keçirilən enerji sammitində 

Nabukko qaz layihəsinin reallaşmasında Azərbaycanın  əsas 

söz sahibi olduğu bir daha aydınlaşdı.  

Azərbaycan dövlətinin neft-qaz kəmərlərini şaxələndirmə-

si təkcə ölkənin enerji təhlükəsizliyinə xidmət etmir, eyni za-

manda transmilli enerji ixracının daha səmərəli və məqsədyön-

lü təşkilinə müsbət təsirini göstərir. Hazırda Azərbaycan nefti 

üç istiqamət üzrə - Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə Aralıq də-

nizinə və dünya bazarlarına, Bakı-Supsa və Bakı-Novorosiysk 

xətləri vasitəsilə Qara dəniz limanları  və Avropa bazarlarına 

çıxarılır. Növbəti layihə kimi, Bakı-Supsa xəttinin Odessa-

Brodı-Plotsk-Qdansk marşrutu ilə  Şərqi Avropaya qədər uza-

dılması nəzərdə tutulur. Bu məqsədlə "Sarmatiya" adlı müştə-

rək  şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sü-

rətlənəcəyinə dəlalət edir. Bundan sonra Xəzər dənizinin enerji 

ehtiyatlarının nəqli üçün Avropa bazarlarına əlavə marşrutların 

reallaşdırılması yönündə  əməli addımlar atılması  nəzərdə 

tutulur.  

Bu gün Xəzər hövzəsindən neftin və qazın dünya bazar-

larına çatdırılması yollarının  şaxələndirilməsi ABŞ  və  Qərb 

dövlətlərinin geosiyasi maraqlarına da tam cavab verir. Onlar 

Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft nəqli 

dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınma-

sını, bölgənin karbohidrogen ehtiyatlarının etibarlı və təhlükə-

siz nəqli üçün Xəzər-Qara dəniz və Xəzər-Baltik dənizi Enerji 

Tranziti Məkanının yaradılması təşəbbüslərini davam etdirmə-



 

ßËÈ ÙßÑßÍΠ

 

932 


yi vacib sayırlar. Bundan başqa, Qərb tərəfdaşları hesab edirlər 

ki, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropa ba-

zarlarına nəqli regional əməkdaşlığın daha da möhkəmlənməsi-

nə əhəmiyyətli dərəcədə təsir göstərir, dünyada enerji ehtiyat-

larının hasilatçı, istehlakçı və tranzit ölkələrinin qarşılıqlı fay-

dalı maraqlarını təmin edir. Bu dövlətlər Azərbaycanın Avropa 

və dünyanın enerji bazarlarına alternativ marşrutlar axtarma və 

ixracı  şaxələndirmə siyasətini, Nabukko da daxil olmaqla, 

Gürcüstan, Türkiyə, Rumıniya, Bolqarıstan və s. kimi etibarlı, 

qeyri-asılı tranzit ölkələrinin  ərazisi ilə yeni-yeni neft və qaz 

ixracı marşrutlarının yaradılması səylərini dəstəkləyirlər.  

Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin  əsas 

təminatçılarından biri kimi qəbul etməsi Avropa İttifaqı - 

Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəltmişdir. Bunun 

nəticəsidir ki, yuxarıda qeyd edildiyi kimi, 2006-cı il noyabrın 

7-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 

enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair xüsusi Anlaşma 

Memorandumu imzalanmışdır.  

Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq 

Türkiyə-Yunanıstan qaz kəmərinin 2007-ci il noyabrın 18-də 

istismara verilməsi ölkəmizlə Avropa İttifaqı arasında enerji 

təhlükəsizliyi sahəsində əməkdaşlığın, həmçinin enerji tranziti-

nin yeni istiqamətini yaratmışdır. Bu kəmər Azərbaycan, 

Türkiyə və Yunanıstan üçün böyük geosiyasi əhəmiyyət daşı-

maqla bərabər, həm də enerji sahəsində bölgədə yeni transmilli 

iş birliyinin əsasını qoyur.  

Türkiyə-Yunanıstan qaz kəmərinin işə salınması ilə Avro-

pa İttifaqı - Azərbaycan əməkdaşlığı bəhrəsini verməyə başla-

yır. Yunanıstan Avropa İttifaqının üzvü olaraq enerji sahəsində 

Azərbaycanla  əməkdaşlıq edir. Yaxın gələcəkdə bu əməkdaş-

lığa digər Avropa İttifaqı ölkələrinin də qoşulacağı gözlənilir. 

Çünki bu məsələ enerji təhlükəsizliyinin təminatı baxımından 

ilk növbədə Avropa İttifaqına daxil olan dövlətlərin geosiyasi 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 933


maraqlarına cavab verir. Artıq kəmərin Yunanıstandan  İtaliya 

sərhədlərinə qədər uzanması barədə sənəd də imzalanmışdır. 

Bundan başqa, 2010-cu ilin aprel ayında Buxarestdə, 

sentyabr ayında isə Bakıda Azərbaycan, Rumıniya, Gürcüstan 

və Macarıstanın dövlət və hökumət başçılarının imzaladıqları 

müqaviləyə uyğun olaraq, AGRİ layihəsi çərçivəsində Azər-

baycan qazının boru vasitəsi ilə Gürcüstanın Qara dəniz liman-

larına çatdırılması, sonra sıxılaraq gəmilər vasitəsi ilə Rumıni-

ya ərazisinə daşınması və oradan da Macarıstana, Bolqarıstana 

və digər Avropa ölkələrinə  nəqli marşrutu yaradılmışdır. Bu 

marşrutla və 2012-ci ildə Azərbaycanla Türkiyə arasında inşası 

və ixrac şərtləri razılaşdırılmış Trans-Anadolu (TANAP) qaz 

kəməri vasitəsilə  gələcəkdə Avropa ölkələrinə ildə, təxminən 

20 -30 milyard kubmetr maye qazın ixracı nəzərdə tutulur. 

Nəzərə alınsa ki, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz 

kəməri vasitəsilə 2005-ci ildən Türkiyə  və Gürcüstana, Bakı-

Mozdok və Bakı-Astara kəmərləri ilə 2009-cu ildən həm də 

qonşu Rusiya və İrana qaz ixrac edir, o zaman xarici bazarlara 

sərbəst çıxmaq və öz qazını müstəqil şəkildə ixrac etmək isti-

qamətində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin 

olunubdur. 

 2013-cü ilin dekabr ayında Bakıda dünyanın aparıcı neft-

qaz şirkətləri və bir çox Avropa ölkələri ilə "Şahdəniz-2" layi-

həsi üzrə  təbii qazın istehsalı, bölüşdürülməsi və ixracı üzrə 

yekun investisiya qərarının imzalanması isə XXl əsrdə  nəinki 

təkcə Azərbaycanın, o cümlədən Avropa və dünyanın enerji 

təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaqdır. 

"Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyun-

ca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət 

etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlə-

rinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, 

Avropaya yeni qaz dəhlizi açacaq.

471

 

                                                 



471

 Bax: "Azərbaycan" qəzeti, №280, 19 dekabr 2013,.s.3.

 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə