Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə296/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 925


  işlənməkdə olan yataqlarda yeni quyuların qazılması 

və fəaliyyətsiz quyuların bərpası; 

  işlənməkdə olan yataqlar üzrə neftvermə əmsalının 

artırılması məqsədi ilə yeni texnika və 

texnologiyaların tətbiqi;  

  neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin 

tikilməsi, yenidən qurulması və modernləşdirilməsi; 

  elm və texnikanın nailiyyətlərindən və qabaqcıl 

təcrübədən geniş istifadə edilməsi və s.  

Azərbaycanın enerji təhlükəsizliyinin  əsas istiqamətlərin-

dən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının 

fasiləsiz təmin edilməsindən ibarətdir. Bu məqsədlə son illərdə 

qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sistemi-

nin yenidən və müasir texniki tələblərə uyğun  şəkildə quru-

laraq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji 

tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi 

satışının artırılmasından ibarətdir.  

Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq 

Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən 

əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı 

xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdi-

rilmiş,  şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik 

stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə 

olan illik təxminən 18 milyard kvt/saat daxili tələbatını ödəmə-

yə, eyni zamanda qonşu ölkələrə 2 milyard kvt/saata yaxın 

enerji ixrac etməyə imkan vermişdir.

467

  

Azərbaycanın elektrik enerjisi sisteminə hazırda 13 istilik 



və 6 su elektrik stansiyası (ümumi elektrik istehsalının 90%-i 

istilik, 10%-i isə su elektrik stansiyalarının payına düşür) da-

xildir. “Azərbaycan Respublikasında yanacaq-enerji komplek-

                                                 

467  

Bax: Azərbaycan energetikası. 2010-cu ilin I rübünün hesabatı. 



http://www.mie.gov.az/cgi-bin/min/main.cgi?id 


 

ßËÈ ÙßÑßÍΠ

 

926 


sinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uy-

ğun olaraq, 2005-2015-ci illərdə respublikada ümumi gücü 

3000 meqavata yaxın daha bir neçə elektrik stansiyasının istis-

mara verilməsi nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın 

həm daxili enerji təchizatını, həm də ixrac potensialını ciddi 

şəkildə artıracaqdır. 

Azərbaycan özünün elektrik enerjisi təminatı ilə bağlı 

problemini (generasiya gücünü) həll etsə də, enerji sisteminin 

dayanıqlığını və etibarlılığını təmin edə biləcək digər sahənin - 

enerji ötürücü və paylayıcı sisteminin yenidən qurulmasını 

hələ  də başa çatdıra bilməmişdir. Rəsmi məlumata görə, res-

publikanın enerji sisteminin əsas ötürücü xətlərinin (təxminən 

100 min km. ötürücü xətlərinin) çoxu, 200-dən artıq yarımstan-

siyanın böyük əksəriyyəti sovet hakimiyyəti dövründən qalır 

və respublikanın etibarlı enerji təhlükəsizliyi tələblərinə cavab 

vermir. 


468 

 

Azərbaycan Respublikasının enerji siyasətinin əsas vəzifə-



lərindən biri də ölkənin Cənubi Qafqaz və  Xəzər hövzəsinin 

elektrik enerjisi ixrac edən əsas dövlətlərindən birinə çevrilmə-

sidir. Bu məqsədlə, bir tərəfdən, ölkədə elektrik enerjisi isteh-

salının artırılması, digər tərəfdən həmin enerjinin xarici ölkə-

lərə çatdırılması sisteminin yenidən qurulması  və yaxud da 

yaradılması  nəzərdə tutulur. Hazırda Azərbaycanın elektrik 

enerjisi sisteminin xarici ölkələrə  əsas bağlantıları - Rusiya 

(330 kv-luq «Dərbənd-Yaşma» xətti), Gürcüstan (500 kv-luq 

«AzDRES-Muxranis Veli”, 330 kv-luq “Ağstafa-Qardabani» 

xətləri), Türkiyə (154/220 kv-luq «İqdır-Babək» xətti) və İran 

(230 kv-luq «İmişli-Parsabad», 220 kv-luq «Astara», 132 kv-

luq «Araz», 132 kv-luq «Culfa» yüksək gərginlikli hava xətləri 

və 11 kv-luq kabel xətti) vasitəsilə  həyata keçirilir. Ölkənin 

elektroenergetika sistemində 2003-cü ildən çoxsaylı yeni istilik 

                                                 

468 Yenə orada 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 927


və su elektrik stansiyalarının tikintisi, mövcud enerji blokla-

rının müasirləşdirilməsi, alternativ enerji mənbələrindən (kiçik 

SES-lər, külək, günəş, termal sular və s.) istifadə edilməsi he-

sabına hazırda fəaliyyətdə olan generasiya güclərinin 2015-ci 

ildə 6500-7000 meqavata çatdırılması gözlənilir. Bu da həm 

daxili ehtiyacları tam ödəyəcək, həm də xaricə satılan enerji 

miqdarını bir neçə dəfə artırmağa imkan verəcəkdir.

469  


Müasir dünyanın inkişaf etmiş ölkələrində  ənənəvi enerji 

mənbələrinin getdikcə tükənməsini və onlardan istifadə zamanı 

ətraf mühitə külli miqdarda ziyan vurulmasını  nəzərə alaraq, 

ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbə-

lərindən (su, günəş  və külək enerjisi, termal sular, biokütlə 

enerjisi) istifadəni günü-gündən genişləndirirlər. Bu sahədə 

ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İs-

paniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tutur. Qeyd 

edək ki, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələri-

nin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi isteh-

sal olunan enerjinin 13,5 faizi düşür. Yerləşdiyi əlverişli coğ-

rafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində 

olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz, alterna-

tiv (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilmə-

sinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan 

böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan 

zərərli tullantıların miqdarının xeyli azaldılması deməkdir. Öl-

kənin təbii potensialından istifadə etməklə, alternativ enerji 

mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb olun-

ması elektroenergetikanın inkişafında mütərəqqi dəyişikliklər 

etməyə imkan yaradır. Külək enerjisi digər alternativ enerji 

mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə 

                                                 

469


 Bax:  Azərbaycan energetikası. 2010-cu ilin I rübünün hesabatı. 

http://www.mie.gov.az/cgi-bin/min/main.cgi?id 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə