Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə304/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   300   301   302   303   304   305   306   307   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 949


asılıdır. Çünki sosial təhlükəsizliyin təmin olunması yalnız mü-

vafiq hakimiyyət strukturlarının fəaliyyəti ilə  məhdudlaşmır, 

eyni zamanda ölkənin ümumi sosial-iqtisadi inkişaf səviyyəsi 

ilə birbaşa bağlıdır. Cəmiyyətdə sosial təhlükəsizliyin təmin 

olunması dövlətin həyata keçirdiyi sosial siyasətin səmərəlilik 

dərəcəsindən asılıdır. Sosial siyasət nə  qədər uğurlu həyata 

keçirilirsə, sosial təhlükəsizliyin təmin edilməsi səviyyəsi də 

bir o qədər yüksəlir. Sosial təhlükəsizliklə sosial siyasət arasın-

dakı qarşılıqlı əlaqədən irəli gələn məqsəd və vəzifələr, bu bağ-

lılığın öyrənilməsi və  tətbiq edilməsi ehtiyacı  və s. məsələlər 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiya-

sında öz əksini tapmışdır. Sənəddə sosial təhlükəsizlik siyasə-

tinin mahiyyəti və istiqamətləri müəyyənləşdirilərkən ölkənin 

iqtisadi və sosial inkişaf prioritetləri əsas götürülür.

477

  

 Mütəxəssislərin fikrinə görə, sosial təhlükəsizlik siyasəti 



aparılarkən Azərbaycanda sosial-iqtisadi inkişafın mövcud 

vəziyyətindən çıxış edilməsi təsadüfi deyildir. Çünki son illər-

də ölkədə sosial-iqtisadi sahənin mövcud durumu və inkişafı 

birbaşa sosial təhlükəsizlik siyasəti ilə əlaqələndirilərək, bu sa-

hənin qarşısında dayanan yeni-yeni vəzifələr müəyyənləşdiril-

mişdir. Azərbaycan hökumətinin sosial siyasəti əhalinin sosial 

hüquqlarının, davamlı iqtisadi inkişafın təmin olunmasını və s. 

tələbləri nəzərdə tutan sosial təhlükəsizlik prinsipinə  əsaslan-

mışdır. Sosial təhlükəsizliyin təmin olunması ilə bağlı  həyata 

keçirilən dövlət siyasətinin  əsas vəzifələri sırasına: təhlükəsiz 

və davamlı sosial inkişafın bütün tərəflərini əhatə edən məsələ-

lərin səmərəli həlli;  əhalinin yaşayış  səviyyəsinin yüksəldil-

məsi; cəmiyyətdə ifrat təbəqələşmənin qarşısının alınması  və 

orta təbəqənin formalaşdırılması; nəinki bugünkü, həm də 

gələcək nəsillər üçün ləyaqətli həyat şəraitinin yaradılması və 

s. kimi vəzifələr daxil edilmişdir.  

                                                 

477


 Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası... 


 

ßËÈ ÙßÑßÍΠ

 

950 


 Beləliklə, göründüyü kimi sosial təhlükəsizlik siyasəti 

Azərbaycan Respublikasında həyata keçirilən dövlət sosial və 

milli təhlükəsizlik siyasətinin əsasını təşkil etmişdir. Buna görə 

də ötən illər ərzində əhalinin yaşayış səviyyəsinin yüksəldilmə-

si, vətəndaşların sosial hüquqlarının təmin olunması istiqamə-

tində ardıcıl və  məqsədyönlü siyasət həyata keçirilmişdir. 

Azərbaycan Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı 

ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yox-

sulluğun azaldılması  və  “İqtisadi inkişaf üzrə Dövlət Proq-

ramı” və 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “2008-

2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azal-

dılması  və “Davamlı inkişaf üzrə Dövlət Proqramı” təsdiq 

edilmişdir. Bu proqramların həyata keçirilməsi nəticəsində 

Azərbaycanda yoxsulluq səviyyəsi ildən-ilə  aşağı düşmüşdür. 

Məsələn,  əgər ölkədə 2003-cü ildə yoxsulluq səviyyəsi 44.7 

faiz təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 7.6 faiz olmuşdur.

478

 

 Bundan başqa, Azərbaycanda yoxsulluq probleminin həll 



edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, sosial 

sahədə göstərilən xidmətlərin də inkişaf etdirilməsinə stimul 

vermiş, körpə, uşaq və ana ölümü, ərzaq təhlükəsizliyi və uşaq-

ların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə 

davamiyyət və qeydiyyat səviyyələri, habelə təlim nailiyyətləri 

kimi göstəricilərin monitorinqinin aparılmasına xüsusi diqqət 

yetirilmişdir.

479


  

 Son  illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində 

ümumi makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi 

artımın davamlılığının təmin edilməsi, sahibkarlığın inkişafı və 

yeni iş yerlərinin yaradılması əhalinin gəlir əldə etmək imkan-

larının artmasına və rifahının  əhəmiyyətli dərəcədə yaxşılaş-

                                                 

478


 Yeni tərəqqi illəri : 2003 – 2011. Azərbaycan Respublikası Dövlət Statistika 

Komitəsinin nəşri, 2011, s. 246  

479

 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 



və davamlı inkişaf Dövlət Proqramı: //http://e-qanun.az 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 951


masına mühüm təsir göstərmişdir. Məlum olduğu kimi, işsizlik 

yoxsulluğu yaradan əsas amillərdən biridir. Buna görə də əha-

linin rifahına məşğulluğun təsiri nəzərə alınaraq yeni iş yerləri 

yaradılmış, məşğulluq strategiyası həyata keçirilmişdir. Sosial-

iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən 

tədbirlər nəticəsində əhalinin iqtisadi fəallığı, o cümlədən məş-

ğulluq səviyyəsi artmış və işsizliyin səviyyəsi aşağı salınmışdır.  

 Ölkə  vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, 

aztəminatlı  əhalinin sosial müdafiəsinin gücləndirilməsi məq-

sədin ilə əmək və pensiya siyasəti sahəsində mühüm addımlar 

atılmışdır. “2001-ci il iyulun 17-də Ümummilli lider Heydər 

Əliyevin Azərbaycan Respublikasında Pensiya İslahat Konsep-

siyasının təsdiq edilməsi barədə Sərəncamı 2001-2005-ci illəri 

əhatə etməklə pensiya islahatlarının mərhələlərlə  həyata keçi-

rilməsini nəzərdə tuturdu. Konsepsiyaya əsasən 2001-ci ildən 

başlayaraq “Vətəndaşların pensiya təminatı haqqında” və “So-

sial sığorta haqqında” Azərbaycan Respublikasının qanunları-

na zaman-zaman əlavələr və dəyişikliklər edilmişdir. Məhz bu 

dövrdə  sığorta pensiya sisteminin müasir standartlara uyğun-

laşdırılması istiqamətində  zəruri addımlar atılmış, vətəndaşla-

rın pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqa-

mətlənmiş tədbirlər həyata keçirilmişdir”. 

480

 

 Azərbaycanda hər il yaşa görə  əmək pensiyasının baza 



hissəsi və sosial müavinətlərin məbləği artırılmış, pensiyanın 

sığorta hissəsi inflyasiyanın səviyyəsinə müvafiq şəkildə in-

deksləşdirilmişdir. 2011-ci ilin sonuna ölkədə pensiyaçıların 

sayı 1278 min nəfər olmuşdur. Təyin edilmiş aylıq pensiya-

ların orta məbləği isə 145.2 manata çatmışdır ki, bu da 2006-cı 

ilin müvafiq göstəricisindən 3.5 dəfə çoxdur. Bu dövr ərzində 

yaşa görə pensiyaların orta aylıq məbləği 3.9 dəfə, əlilliyə görə 

                                                 

480

 Müstəqil Azərbaycan: 20 il. Azərbaycan Respublikası Dövlət Statistika 



Komitəsinin nəşri, 2011, s. 31  


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə