Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə303/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

946 


Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan Respub-

likasının ictimai-siyasi təhlükəsizliyinin təhdidləri sırasına öl-

kənin konstitusiya quruluşunun sarsıdılması, ictimai-siyasi sa-

bitliyin pozulması, sosial-siyasi qarşıdurmanın qızışdırılması, 

cəmiyyətdə xaos və münaqişələrin yaradılması, vətəndaşların 

siyasi hüquq və azadlıqlardan məhrum edilməsi, Konstitusiya-

nın tələbləri ilə real siyasət arasında uyğunsuzluq, müxtəlif si-

yasi qüvvələrin toqquşması, qanunun aliliyinin pozulması, və-

təndaş  cəmiyyətinin dövlət hakimiyyəti institutları üzərində 

zəif nəzarəti, etnik separatizm və millətçilik, etnik münasibət-

lərin kəskinləşməsi və s. kimi məsələlər göstərilir.

475


  

Azərbaycanın siyasi təhlükəsizliyinin  obyektlərinə- ölkə-

nin  ərazisi, dövlət və ictimai-siyasi institutlar, hakimiyyət 

strukturları, vətəndaşların və sosial qrupların hüquq və azadlıq-

ları,  subyektlərinə  isə siyasi təhlükəsizliyin təmin edilməsini 

həyata keçirən orqanlar, cəmiyyət və  vətəndaşlar daxil edilir. 



İctimai-siyasi təhlükəsizliyin təmin olunması sistemi özündə 

ictimai-siyasi təhlükəsizliyinin təmin edilməsi zamanı  tətbiq 

olunan bütün vasitələri, metod və üsulları, eləcə  də ictimai-

siyasi təhlükəsizlik siyasətini birləşdirir. İctimai-siyasi, sosial-

etnik təhlükəsizliyin təmin olunması  və milli insan resursları-

nın idarə edilməsi siyasəti əsasən ölkədaxili ictimai institutlar, 

siyasi vasitələr, milli ehtiyatlar və s. vasitəsilə idarə edilir və 

təmin olunur. Bu istiqamətdə milli siyasətin formalaşdırılması 

və həyata keçirilməsi həm də ölkənin siyasi sisteminin mövcud 

vəziyyətini və inkişaf dinamikasını, dövlətin yerləşdiyi geosi-

yasi ərazinin ətraf aləmlə (xarici aktorlarla) bağlılıq dərəcəsini, 

etnik-sosial vəziyyəti və s. məsələləri nəzərə almaqla müşaiyət 

olunur.  

Siyasi təhlükəsizliyin təminatı sahəsində ölkənin dövlət 

idarəçiliyinin effektivliyinin və  cəmiyyət həyatının dayanıq-

                                                 

475

 Yenə orada  




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 947


lığının əsas göstəricilərindən biri ictimai-siyasi sabitliyi təmin 

etmək və cəmiyyətdə vətəndaş həmrəyliyi yaratmaq qabiliyyəti 

hesab olunur. İctimai-siyasi təhlükəsizlik ehtiyacı həm də ölkə 

daxilində siyasi fəaliyyət həyata keçirən əksər institutların fəa-

liyyətlərini yaradıcı-konstruktiv məcraya yönəltməklə, onların 

öz maraqları çərçivəsində cəmiyyəti böhrana sürükləyə biləcək 

dağıdıcı qüvvəyə çevrilməkdən çəkindirir.  İctimai-siyasi və 

sosial-etnik təhlükəsizliyin təmin olunması  hər bir ölkədə, ilk 

növbədə xüsusi xidmət orqanlarının səmərəli fəaliyyətinin öl-

çüsü olmaqla yanaşı, həm də bütövlükdə dövlət hakimiyyətinin 

apardığı daxili və xarici siyasətin ölkə vətəndaşları tərəfindən 

dəstəklənməsi səviyyəsinin, ölkənin nüfuzlu ictimai-siyasi ins-

titutlarının hakimiyyətə münasibətinin göstəricisi hesab olunur. 

Geniş mənada götürsək, ictimai-siyasi və sosial-etnik təhlükə-

sizlik cəmiyyətin siyasi sisteminin sabitliyinin və effektiv 

inkişafının təmin olunması prosesidir. O, müxtəlif xarakterli 

təhlükələr, çağırışlar, risk və  təhdidlər  şəraitində dövlətin və 

cəmiyyətin dinamik inkişafını təmin etmək qabiliyyətini ifadə 

edir. Burada bir məqamı vurğulamaq olar ki, siyasi sistemin 

xarakteri ictimai-siyasi təhlükəsizliyin təmin edilməsi üsulları 

və  məqsədlərinin formalaşmasına birbaşa təsir göstərir. Mə-

lumdur ki, istənilən dövlətin siyasi təhlükəsizliyinin təmin 

olunmasında  əsas rolu ölkənin siyasi elitasının səviyyəsi və 

dəyanəti, ali hakimiyyət orqanlarını funksional fəaliyyəti, həm-

çinin dövlətin təhlükəsizliyin  əsas subyektləri hesab olunan 

güc strukturlarının fəaliyyəti oynayır. Demokratik siyasi siste-

min mövcud olduğu dövlətlərdə ictimai-siyasi təhlükəsizliyin 

təmin olunması prosesində müvafiq hakimiyyət orqanları ilə 

yanaşı, digər təbəqələr, ictimai təşkilatlar, bütövlükdə vətəndaş 

cəmiyyəti də yaxından iştirak edir. Bu baxımdan, Azərbaycan 

Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında 

müvafiq dövlət strukturları ilə  bərabər bütöv cəmiyyət iştirak 

edir, yaranan təhlükələr haqqında rəsmi qurumları  xəbərdar 



 

ßËÈ ÙßÑßÍΠ

 

948 


edir, dövlətin təhlükəsizliyi, habelə  vətəndaşların hüquq və 

maraqlarının müdafiə olunmasına bütün qanuni vasitələrlə ça-

lışır.

476


 Bu  isə onu göstərir ki, cəmiyyətin mütərəqqi inkişa-

fının təmin olunması və siyasi sistemin davamlılığına təminat 

verilməsi dövlətlə  vətəndaş  cəmiyyəti institutlarının birgə 

səylərindən çox asılıdır.  

Qeyd edək ki, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin 

təmin olunmasına təsir göstərən mühüm amillərdən biri də 

siyasi maraqlardır. Azərbaycanın geosiyasi vəziyyətinin xüsu-

siyyətləri, təbii resursları, əhalisi və milli tərkibi, sosial-iqtisadi 

inkişaf səviyyəsi, xarici və daxili təhdidlərin mövcudluğu, döv-

lət quruluşu, siyasi mədəniyyəti və s. siyasi maraqların forma-

laşmasında mühüm təsir göstərir. Milli təhlükəsizlik Konsep-

siyasında göstərildiyi kimi, Azərbaycan cəmiyyətinin siyasi 

maraqları konstitusiya quruluşunun, dövlət hakimiyyəti insti-

tutlarının sarsılmazlığında, vətəndaş sülhünün və milli həmrəy-

liyin, Azərbaycanın suverenliyi və  ərazi bütövlüyünün təmin 

olunmasında, ictimai-siyasi sabitlikdə, siyasi və dini ekstremiz-

min meydana gəlməsinə  səbəb ola biləcək  şəraitin aradan 

qaldırılmasında və s. ifadə olunur.  

Azərbaycanın sosial təhlükəsizliyinin təmin olunması milli 

təhlükəsizlik siyasətinin əsas vəzifələrindən biri kimi, ölkənin 

dayanıqlı  və dinamik inkişafının mühüm amili hesab olunur. 

Sosial təhlükəsizlik özündə  şəxsiyyət, ailə  və  cəmiyyətin hə-

yati əhəmiyyətli maraqlarının daxili və xarici təhdidlərdən qo-

runmasını ehtiva edir. Onun obyektini vətəndaşların sosial hü-

quq və azadlıqlarının (yaşamaq, işləmək, təhsil almaq, istirahət 

etmək və s.) qorunması təşkil edir.  

 Nəzərə alınmalıdır ki, cəmiyyətdə sosial təhlükəsizliyin 

vəziyyəti həm də dolayısı ilə  əhalinin yaşayış  səviyyəsindən 

                                                 

476


 Bax: Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu: 

http://e-qanun.az 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə