Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə300/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   296   297   298   299   300   301   302   303   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 937


bir sistemə inteqrasiyası onun arzuolunmaz regional 

geoiqtisadi təsirlərdən xilas olmasına və geoiqtisadi 

müstəqilliyinə zəmin yarada bilərdi. Bu, həm də Azər-

baycanın o dövr üçün böyük ehtiyac duyduğu qabaq-

cıl dünya texnologiyalarının, xarici investisiya və ka-

pitalın ölkə iqtisadiyyatına cəlb olunmasına və bunun 

nəticəsində yanacaq-energetika, neft və qeyri-neft 

sektorunun inkişafının təmin edilməsinə, ölkənin zən-

gin təbii sərvətlərindən, mövcud iqtisadi ehtiyatların-

dan onun inkişafı naminə daha səmərəli, təhlükəsiz və 

itkisiz istifadə edilməsinə imkan yarada bilərdi. 

Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqla-

rının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmə-

rəli və faydalı yolu, əlbəttə, ABŞ  və Avropa Birliyi ölkələri

Yaponiya, Çin və s. kimi beynəlxalq güclərlə transmilli əmək-

daşlıqdan keçirdi. Uğurlu xarici iqtisadi siyasət yürütməklə bu 

ölkələrin iqtisadi, maliyyə-texnoloji imkanlarından istifadə 

etmək, milli iqtisadi inkişafa, geoiqtisadi müstəqilliyə və təhlü-

kəsizliyə nail olmaq mümkün idi. Ölkənin ciddi böhrana düçar 

edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız 

xarici iqtisadi strukturların maliyyə-texniki imkanlarından 

istifadə etməklə qaydaya salmaq olardı. 

Bundan başqa, daxili iqtisadi, sosial və digər strukturların 

fəaliyyətinin bərpası, bütün bu sahələrdə  tədrici inkişafa nail 

olunması  və islahatlar yolu ilə iqtisadi fəaliyyətin səmərəlili-

yinin yüksəldilməsi, onun dünya standartları  səviyyəsinə çat-

dırılması da ilk növbədə Qərblə, dünyanın digər inkişaf etmiş 

ölkələri ilə faydalı  tərəfdaşlıq münasibətlərinin yaradılmasın-

dan asılı idi. Çünki həmin dövrdə, malik olduğu zəngin kar-

bohidrogen ehtiyatlarını dövriyyəyə buraxmaq və bu əsasda öz 

iqtisadi inkişafını  təmin etmək üçün Azərbaycana hava və su 

kimi üç əsas siyasi və maddi resurs lazım idi. Bunlar ilk 

növbədə:  



 

ßËÈ ÙßÑßÍΠ

 

938 


  milyardlarla ölçülən maliyyə vəsaitindən, 

   dənizdə  ən qabaqcıl neft-qazçıxarma və daşıma 

texnologiyasından, 

  Xəzər hövzəsində, bütövlükdə Avrasiya enerji sek-

torunda Azərbaycanla tam bərabərhüquqlu, qarşılıqlı 

faydalı  əməkdaşlıq istəyinə malik olan xarici dövlət, 

dövlətlər birliyi və iri transmilli şirkətlərdən ibarət idi. 

 Belə imkan və ehtiyatlar həmin dövrdə nə Azərbaycanın 

üzv olduğu Müstəqil Dövlətlər Birliyi ölkələrində, nə üstün 

regional geosiyasi mövqeləri ilə Azərbaycanı öz ənənəvi təsir 

zonasında saxlamağa can atan və yeni enerji siyasətində ona 

rəqib kimi yanaşan Rusiya və İranda, nə də Azərbaycanla əla-

qələrdə özünü müttəfiq, tərəfdaş hesab edən, lakin iqtisadi 

istəyi mövcud imkanlarından qat-qat üstün olan dost Türkiyədə 

və başqa tərəfdaş ölkələrdə mövcud idi. Odur ki, Azərbaycan 

tam doğru olaraq bu sahədə özünə tərəfdaş kimi ABŞ və Avro-

pa İttifaqı ölkələrini, Yaponiya və s. inkişaf etmiş dünya döv-

lətlərini seçdi. Onlar da sonrakı illərdə təsirləri altında olan di-

gər qabaqcıl ölkələri, beynəlxalq maliyyə və texnologiya struk-

turlarını - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümum-

dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və  İnkişaf 

Bankı və s. kimi transmilli maliyyə qurumlarını Azərbaycanın 

enerji layihələrinə yönəltdilər. Bu addımları mütəxəssislər, 

müstəqilliyə qovuşduğu andan Azərbaycanın həyata keçirdiyi 

ən uğurlu xarici iqtisadi fəaliyyət kimi dəyərləndirmişlər. 

Bu gün də Azərbaycanın iqtisadi müstəqilliyi və maraq-

larının təhlükəsizliyinin əsas təminatlarından biri hesab olunan 

Qərblə iqtisadi əlaqələrin qurulması  və qabaqcıl dünya siste-

minə inteqrasiya xətti ölkənin vacib geoiqtisadi vəzifəsi olaraq 

gündəmdə dayanır.  İnkişaf etmiş  Qərb ölkələri ilə  əlaqələrini 

müvəffəqiyyətlə davam etdirmək üçün Azərbaycan mütəmadi 

olaraq özünün Avrasiya məkanında kəsb etdiyi geosiyasi, geo-

iqtisadi və  hərbi-geostrateji  əhəmiyyətini, siyasi-iqtisadi pers-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 939


pektivlərini, malik olduğu zəngin enerji ehtiyatlarının dünya 

ölkələrinə  gətirəcəyi  əlavə dividentləri lazımi səviyyədə  təq-

dim və  təbliğ etməlidir. Çünki yalnız inkişaf etmiş dünyanın 

köməyi və davamlı dəstəyi ilə ölkə iqtisadiyyatında başlanmış 

struktur islahatlarını müvəffəqiyyətlə başa çatdırmaq, dünyanın 

liberal istehsal, ticarət və biznes məkanına inteqrasiya olun-

maq, hərtərəfli dinamik inkişaf yoluna çıxmaq, Cənubi Qafqa-

zın lider dövləti statusunu qoruyub saxlamaq, lazım olan əlve-

rişli beynəlxalq transmilli dəstəyə nail olmaq mümkündür.  

Qloballaşmanın vüsət aldığı müasir dünyada Azərbaycan 

kimi ölkələr özlərinin iqtisadi strategiyaları ilə  həm gələcək 

iqtisadi inkişafı  və geoiqtisadi maraqlarının təhlükəsizliyini 

müvəffəqiyyətlə  təmin edir, həm də beynəlxalq transmilli şir-

kətlərin ölkə  ərazisindəki fəaliyyətini milli maraqların qorun-

ması istiqamətinə yönəldirlər. Qloballaşmanın yeni tələbləri 

çərçivəsində iqtisadi inkişafın və geoiqtisadi maraqların təhlü-



kəsizliyinin özünü büruzə verən əsas tərəflərindən biri ölkənin 

mövcud geoməkanının iqtisadi inkişaf səviyyəsini, təsərrüfat 

funksiyasının dinamikasını və struktur xarakteristikasının digər 

amillərini nəzərə alaraq, çevik iqtisadi fəaliyyət nümayiş etdir-

məkdən ibarətdir. Hər bir dünya ölkəsində olduğu kimi, Azər-

baycanın da milli ərazisinin geoiqtisadi dəyəri, başqa keyfiy-

yətləri ilə yanaşı, həm də onun istifadə olunan və olunmayan 

təbii ehtiyatları, iqtisadi və  əmək ehtiyatları, milli iqtisadiy-

yatının inkişaf potensialı, işçi qüvvəsinin keyfiyyəti, miqdarı 

və dəyəri, sənaye müəssisələrinin vəziyyəti, infrastrukturların, 

tikililərin, əkinçilik üçün yararlı torpaqların və onlardan istifa-

dənin vəziyyəti, əlverişli iqlimi və s. ilə müəyyən olunur.  

Bundan başqa, ölkə ərazisinin iqtisadi strukturunun, əmək 

və işçi ehtiyatlarının, ekoloji, sosial və mədəni inkişaf meyillə-

rinin,  əhalinin daimi məşğuliyyətinin, cəmiyyətin milli və ya 

kosmopolit inkişaf meyilliliyinin elmi və praktiki cəhətdən öy-

rənilməsi və  nəzərə alınması, miqrasiya, demoqrafiya siyasə-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə