Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə292/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   288   289   290   291   292   293   294   295   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 913


Şərqlə  Qərbi Avropanı birləşdirən nəqliyyat dəhli-

zinin yaradılmasını  nəzərdə tutan Bakı-Tbilisi-Qars 

dəmir yolunun tikintisinə dair üçtərəfli sazişin imza-

lanmasını və s. aid edirlər. 



Azərbaycan-Ermənistan sərhədləri:  Azərbaycanın Er-

mənistanla sərhədləri onun xarici aləmlə  sərhədlərinin  ən 

böyük hissəsini təşkil edir. Əksəriyyəti quru olmaqla, bu ölkə 

ilə sərhədlərin uzunluğu 1007.1 kilometrdir. Həmin sərhədlərin 

uzunluğu rayonlar üzrə müvafiq olaraq: Naxçıvan Muxtar 

Respublikası (274.3 km), Qazax rayonu (123.9 km), Ağstafa 

rayonu (19.7 km), Tovuz rayonu (50.9 km), Gədəbəy rayonu 

(101.7 km), Daşkəsən rayonu (9.2 km), Kəlbəcər rayonu 

(125.4 km), Laçın rayonu (128.9 km), Qubadlı rayonu ( 74.6 

km) və  Zəngilan rayonu üzrə ( 98.5 km) təşkil edir.  Sərhəd 

xəttinin 1000.5 kilometri çətin mühafizə olunan dağlıq, 6,5 

kilometri isə düzənlik ərazilərdən keçir. 

Ermənistanla sərhədlərin mühafizəsi və  təhlükəsizliyinə 

təsir göstərən amillər sırasına mütəxəssislər: 

  Azərbaycan Respublikasının  ərazisinin 20%-nin, o 

cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 ki-

lometrinin və Azərbaycan-Ermənistan dövlət sərhədi-

nin 733 kilometrinin Ermənistan silahlı qüvvələri 

tərəfindən bilavasitə işğal olunmasını, 20 mindən çox 

vətəndaşın öldürülməsini, 50 mindən çoxunun yara-

lanmasını və əlilə çevrilməsini, erməni silahlıları tərə-

findən dinc insanlara, qadın və uşaqlara, qocalara qar-

şı törədilmiş Xocalı soyqırımı  və digər anti-insani 

kütləvi cinayət hadisələrini, əhalinin yaşayış məskən-

lərindən zorla qovulması və məcburi qaçqın-köçkünə 

çevrilməsini;  

  sərhədin bu hissəsində ölkənin milli təhlükəsizliyinə 

birbaşa qəsd və onun suveren hüquqlarının kobud su-

rətdə tapdanmasını, işğal olunmuş  ərazilərdəki bütün 



 

ßËÈ ÙßÑßÍΠ

 

914 


yerli infrastrukturların, sənaye, kənd təsərrüfatı  və 

mədəni-sosial mülkiyyətin və obyektlərin dağıdılma-

sını, bu ərazilərin ekoloji durumuna ciddi zərbə vurul-

masını, münbit torpaqların çirkləndirilməsini, qeyri-

münbit və şoranlaşmış ərazilərə çevrilməsini, torpaq-

ların narkotik maddələrin becərilməsi və tranziti, eko-

loji cəhətdən ziyanlı olan digər fəaliyyətlərin məskə-

ninə çevrilməsini;  

  ərazidə  cəmlənmiş  nəzarətsiz və qeyri-qanuni silahlı 

qüvvələrin, hərbi texnikanın həm Azərbaycanın tor-

paqlarına və  əhalisinə, həm də bütün bölgənin təhlü-

kəsizliyinə ciddi təhdidə çevrilməsini, regionda daimi 

təhlükə və geostrateji problemlər yaratmasını;  

   faktiki olaraq beynəlxalq hüququn heç bir subyektinə 

tabe olmayan və bütün beynəlxalq normaların pozul-

duğu bu məkanda nəzarətsiz hərbi-separatçı rejimin 

yaradılmasını və qeyri-qanuni fəaliyyətin davam etdi-

rilməsini, problemin sülh yolu ilə  həlli istiqamətində 

görülmüş işlərin nəticə verməməsini; 

   Ermənistan tərəfindən blokada vəziyyətində saxla-

nılan Naxçıvan Muxtar Respublikasının Azərbaycan 

Respublikasının əsas hissəsi ilə birbaşa nəqliyyat əla-

qəsinin pozulmasını və beynəlxalq aləmə yeganə çıxış 

yolu kimi Türkiyə  və  İran sərhədlərindən istifadə 

edilməsini;  

  Cənubi Qafqazda həyata keçirilən transkontinental 

enerji layihələrindən kənarda qalmış Ermənistanın re-

gional inteqrasiya və  əməkdaşlıq proseslərinə qarşı 

daim təxribat törətməsini və pozucu fəaliyyət gös-

tərməsini;  

  Gürcüstan  ərazisindən çıxarılan Rusiyaya məxsus 

hərbi texnikanın Ermənistanda və Ermənistanın işğal 

etdiyi Azərbaycan Respublikası ərazilərində yerləşdi-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 915


rilməsini, bu işğalçı ölkənin hərbi potensialının güc-

ləndirilməsi istiqamətində Rusiya ilə birgə fəaliyyətin 

davam etdirilməsini və s. aid edirlər.  

Azərbaycan-Türkiyə  sərhədləri:  Azərbaycanın  Türkiyə 

Respublikası ilə sərhədi cəmi 15.0 kilometrdir. Bunun da əksə-

riyyəti Araz çayı boyunca Şərur-Sədərək rayonları (Naxçıvan 

Muxtar Respublikası) ərazisindən keçir. Azərbaycan üçün cid-

di geostrateji əhəmiyyət kəsb edən və qardaş Türkiyə ilə geosi-

yasi birliyi təmin edən bu sərhəd sahəsi, bəlkə  də ölkənin 

xarici aləmlə yeganə problemsiz hüdudu hesab olunur. 

SSRİ-nin dağıldığı 1991-ci ildən sonrakı dövrdə aparılan 

ikitərəfli danışıqlara baxmayaraq, ölkənin həm quru, həm də 

dəniz sərhədlərinin böyük hissəsi  delimitasiya  olunsa da, 



Xəzər vasitəsilə  İran və Türkmənistanla, quru vasitəsi ilə isə 

Gürcüstanla sərhədlər tam demarkasiya olunmamış, yaxud bu 

proses başa çatmamışdır. Ermənistanla müharibə  vəziyyəti 

davam etdiyinə görə onunla hətta sərhəd delimitasiyası da 

həyata keçirilməmişdir. 

2010-cu il sentyabrın 3-də Rusiya Prezidenti Dmitri Med-

vedevin Azərbaycana rəsmi səfəri zamanı “Azərbaycan Res-

publikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haq-

qında” Müqavilə imzalanmışdır. Həmin sənədlə Azərbaycan 

və Rusiya sərhədlərinin delimitasiyası prosesi başa çatmışdır. 

Müqavilə 2010-cu il dekabrın 21-də Azərbaycan Respublika-

sının Milli Məclisi, 2011-ci il iyunun 17-də isə Rusiya Federa-

siyasının Dövlət Duması tərəfindən ratifikasiya olunmuşdur.  

Azərbaycan-Gürcüstan sərhədlərinin müəyyənləşdirilməsi 

üzrə dövlətlərarası delimitasiya komissiyasının 2009-cu il 17-

18 iyunda Tbilisidə keçirilmiş 10-cu iclasından sonra sərhəd-

lərin 283 kilometri (59%) razılaşdırılmışdır. 

Xəzəryanı ölkələrdən İran və Türkmənistanla Xəzər dəni-



zinin orta xəttinin müəyyən olunması və milli sektorların koor-

dinatları  məsələsində Azərbaycanın bir çox problemləri möv-


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə