Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə285/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   281   282   283   284   285   286   287   288   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

892 


işğal olunması, bir milyona yaxın dinc əhalinin qaçqın və 

məcburi köçkünə çevrilməsi ölkə rəhbərliyini hərbi təhlükəsiz-

liklə bağlı təcili tədbirlər görməyə sövq etdi. Cənubi Qafqaz və 

Xəzər hövzəsinin təhlükəsizliyi ilə bağlı regionun və dünyanın 

aparıcı dövlətlərinin, kollektiv təhlükəsizlik strukturlarının 

fərqli geosiyasi maraqlar nümayiş etdirməsi və regional müna-

qişələrə münasibətdə ikili standartlara yol verməsi Azərbayca-

nın milli və hərbi təhlükəsizliyinin təmin edilməsi və ümumiy-

yətlə, təhlükəsizlik sahəsində xarici siyasət fəaliyyətini xeyli 

çətinləşdirirdi. Odur ki, mütəxəssislərin fikrincə, 1994-2010-cu 

illərdə Azərbaycanda hərbi təhlükəsizlik siyasətinin formalaş-

dırılması, milli ordu quruculuğunun həyata keçirilməsi, region-

da və dünyada Ermənistanın hərbi təcavüzünü pisləyən və 

Azərbaycanın  ərazi bütövlüyünü dəstəkləyən siyasi və  hərbi 

müttəfiqlərin axtarılması, xarici siyasət və milli təhlükəsizlik 

strategiyasının yaradılması  və s. təxirəsalınmaz tədbirlərinin 

görülməsi milli fəaliyyətin  ən vacib məsələləri sırasına çıxa-

rılmışdır.

446

  

Məlumdur ki, dünyanın hər bir dövləti öz hərbi vəziyyə-



tinə, geosiyasi əhatəsinə, milli təhlükəsizliyinə uyğun olaraq, 

hərbi konsepsiya və doktrina yaradır. Hərbi təhlükəsizliklə 

bağlı dövlətin rəsmi mövqeyini ifadə edən belə sənəd bir çox 

ölkələrdə müxtəlif adlar altında təsdiq olunur: məsələn, Rusi-

ya, Belarus, Qazaxıstan, Azərbaycan və digər postsovet dövlət-

lərində “Hərbi Doktrina”, ABŞ-da “Milli Təhlükəsizlik Strate-

giyası”, NATO hərbi ittifaqında “Strateji Konsepsiya”, Çin 

Xalq Respublikasında “Müdafiə Doktrinası” və s. adlanır.  

Azərbaycanın Hərbi Doktrinasında ölkənin hərbi təhlükə-

sizliyinə  təhlükə  və  təhdidlərin vaxtında aşkarlanması  və qar-

şısının alınması, səmərəli müdafiə  və  hərbi təhlükəsizlik 

                                                 

446

 Ниязов Н.С. Основные векторы политики военной безопасности Азер-



байджанской Республики в 1994-2010 годы. Санкт-Петербург, 2010, с. 4-5 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 893


sisteminin yaradılması, onun cəlb olunduğu müharibə  və 

regiondakı mövcud silahlı münaqişələrin aradan qaldırılması, 

hər cür silahlı  təcavüzün dəf edilməsi, ölkənin dünyadakı 

mövcud hərbi-strateji və təhlükəsizlik bloklarına münasibəti və 

s. məsələlərlə bağlı dövlətin rəsmi mövqeyi əks olunmuşdur.  

Doktrinanın hüquqi əsasını Azərbaycan Respublikasının 

Konstitusiyası, qanunları  və digər normativ-hüquqi aktları, 

Milli Təhlükəsizlik Konsepsiyası, həmçinin ölkənin tərəfdar 

çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Doktrinada qeyd 

olunur ki, Azərbaycanın müdafiə qüdrətinin artırılması, ordu 

quruculuğu və hərbi siyasəti ölkənin milli maraqlarının qorun-

masını  nəzərdə tutur, milli ehtiyatlara əsaslanır, beynəlxalq 

hüquq normaları, regionun və dünyanın mövcud təhlükəsizlik 

vəziyyəti ilə uzlaşır. Hərbi siyasət bütün ölkələrlə dinc yanaşı 

yaşamaq, digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və 

müstəqilliyinə hörmət etmək, onların daxili işlərinə qarışma-

maq, mövcud dövlət sərhədlərinin toxunulmazlığı  və  dəyiş-

məzliyi prinsiplərinə söykənir.  

Doktrinada Azərbaycanın hərbi siyasətinin  əsas məqsədi 

kimi  ölkənin müstəqilliyinin, suverenliyinin və  ərazi bütövlü-



yünün qorunması, xarici hərbi təcavüzlərin qarşısının alınması 

və  dəf edilməsi üçün silahlı qüvvələrin döyüşə  və  səfərbərliyə 

hazır vəziyyətdə saxlanması və s. məsələlər göstərilir. 

Sənəddə vurğulanır ki, Azərbaycan dünyada mövcud olan 

heç bir hərbi blokun, yaxud kollektiv təhlükəsizlik birliyinin 

üzvü deyil və hələlik bu mövqeyini dəyişməyi məqsədəuyğun 

hesab etmir. Buna baxmayaraq, ölkənin müdafiə qabiliyyətinin 

yüksəldilməsi və milli ordunun gücləndirilməsi tələbi onun bu 

cür bloklarla hərbi və texniki əməkdaşlığını, təcrübə mübadi-

ləsini, regional və beynəlxalq manevrlərdə, sülhyaratma mis-

siyalarında birgə  iştirakını  zəruri edir. Odur ki, Azərbaycan 

ordusu neçə illərdir bir çox digər postsovet respublikaları ilə 

yanaşı, NATO-nun "Sülh naminə  tərəfdaşlıq" proqramı 



 

ßËÈ ÙßÑßÍΠ

 

894 


çərçivəsində müştərək layihələrdə yaxından iştirak edir. Dok-

trinada Azərbaycanın hərbi-strateji ehtiyatlarının ordu qurucu-



luğuna səfərbər edilməsi, onun güclü müdafiə qüdrətinin yara-

dılması, eyni zamanda silahlı qüvvələrin hərbi-texniki və kadr 

potensialının gücləndirilməsi taktikası ölkənin müdafiə  təhlü-

kəsizliyinin mühüm amili kimi dəyərləndirilir. 

Qeyd etmək lazımdır ki, müdafiə  təhlükəsizliyi anlayışı 

hərbi təhlükəsizlik anlayışından daha geniş  məzmun daşıyır. 

Belə ki, birinci anlayışda yalnız ölkənin hərbi deyil, həmçinin 

iqtisadi, siyasi, mənəvi gücü və qüdrəti, informasiya infra-

strukturu, sosial vəziyyəti və digər amillər nəzərə alınaraq, 

dövlətin ümumi təhlükəsizliyinin təmin olunması  nəzərdə 

tutulursa, ikinci anlayış milli təhlükəsizliyin məhz hərbi vasitə-

lərlə təmin olunmasını ifadə edir.  

Hərbi Doktrinada Ermənistanın işğalçılıq və etnik təmizlə-

mə siyasəti aparması, təcavüzkarlıq hərəkətlərini bu gün də 

davam etdirməsi Azərbaycanın milli təhlükəsizliyinə  mənfi 

təsir göstərən  əsas amil hesab olunur. Sənəddə vurğulanır ki, 

hazırda Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq nəza-

rətin hər hansı formasından kənarda qalmışdır. Həmin  ərazi-

lərdə "Avropada adi silahlı qüvvələr haqqında" 1990-cı il 

Müqaviləsinin və "Etibarın möhkəmləndirilməsi və təhlükəsiz-

lik tədbirləri üzrə danışıqlar haqqında" 1999-cu il Vyana sənə-

dinin inspeksiya fəaliyyəti ilə əhatə olunmayan, hesabı aparıl-

mayan və nəzarət edilməyən silah-sursat və hərbi texnika top-

lanmışdır. Həmçinin bu ərazilərdə insan hüquqlarının müda-

fiəsi ilə bağlı milli və beynəlxalq mexanizmlər öz fəaliyyətini 

itirmiş, insan alveri, narkotik və psixotrop maddələrin qeyri-

qanuni istehsalı və dövriyyəsinə münbit şərait yaranmış, silah 

ticarəti üzrə tranzit marşrutları formalaşmış, qanunsuz silahlı 

birləşmələr və terrorçular üçün bazalar yaradılmışdır. Ermənis-

tanın həmin  ərazilərdə qeyri-qanuni məskunlaşdırmanı davam 

etdirməsi onun təcavüzkar niyyətlərindən hələ  də  əl çəkmə-




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə