Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə283/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   279   280   281   282   283   284   285   286   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

886 


“Federal təhlükəsizlik haqqında” Qanununda, Azərbaycanın 

Milli Təhlükəsizlik Konsepsiyasında və s. sənədlərdə “həyati 

əhəmiyyətli mühüm maraqlar” anlayışı öz əksini tapmışdır. Bu 

sənədlərdə  həmin anlayış altında fövqəladə  dərəcədə vacib 

olan, millətin təhlükəsizliyi və özünüyaşatma idealı ilə bağlı 

məsələlər nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının adı 

çəkilən qanununda həyati əhəmiyyətli mühüm maraqlara “milli 

tələbatlar məcmusu” kimi baxılır. Onların da reallaşdırılması 

insanların, cəmiyyətin və dövlətin mövcudluğunu, mütərəqqi 

inkişaf imkanlarını etibarlı şəkildə təmin edir.  

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsep-

siyasında göstərilir ki, milli maraqlar xalqımızın fundamental 

dəyər və  məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tə-

rəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların 

məcmusudur və aşağıdakılardan ibarətdir:  

  dövlətin müstəqilliyinin və  ərazi bütövlüyünün qo-

runması, onun beynəlxalq səviyyədə tanınmış sərhəd-

lərinin toxunulmazlığının təmin edilməsi;  

  Azərbaycan xalqının vahidliyinin qorunub saxlanıl-

ması, azərbaycançılıq ideyasının aşılanması;  

  vətəndaş  cəmiyyətinin formalaşdırılması,  əsas insan 

hüquq və azadlıqlarının təmin olunması; 

  demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inki-

şafı, qanunun aliliyi, asayişin təmin edilməsi yolu ilə 

dövlətin funksiyalarının yerinə yetirilməsinin güclən-

dirilməsi və əhalinin təhlükəsizliyinin qorunması;  

  beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və re-

gional təhlükəsizliyə, sabitliyə töhfə vermək üçün 

beynəlxalq təşkilatlarla  əməkdaşlığın inkişaf etdiril-

məsi; 


  bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsasları-

nın təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olun-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 887


ması  məqsədi ilə daxili və xarici sərmayələr üçün 

əlverişli şəraitin yaradılması; 

  təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, 

davamlı iqtisadi inkişaf,  ətraf mühitin qorunması, 

təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə 

xalqımızın gələcək inkişafının,  əhalinin layiqli həyat 

səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;  

  milli özünəməxsusluğun və dünya azərbaycanlıları 

arasında həmrəyliyin möhkəmləndirilməsi

  xalqımızın mədəni-tarixi irsinin, mənəvi dəyərlərinin 

qorunması  və ümumbəşəri dəyərlərlə  zənginləşdi-

rilməsi; 

  özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, 

intellektual potensialın inkişaf etdirilməsi və s.

444

  

 



Milli təhlükəsizlik ölçüləri 

 

Milli təhlükəsizliyin təmin olunması müasir dövrdə istəni-



lən dövlətin daxili və xarici siyasətinin prioritet vəzifəsi hesab 

olunur. Milli təhlükəsizlik ölçüləri və milli maraq çərçivəsi 

texniki tərəqqinin və qlobal inkişafın dönməz xarakter aldığı 

XX  əsrin sonlarına qədər daha  çox ölkələrin müstəqilliyinin, 



ərazi bütövlüyünün, konstitusiya quruluşunun və suveren döv-

lət idarəçiliyinin birbaşa xarici hücumlardan, hərbi müdaxi-

lələrdən, cəmiyyət həyatına və  şəxsiyyətə qarşı  qəsdlərdən, 

xəfiyyə  fəaliyyətindən və s. təhdidlərdən qorunması kimi başa 

düşülürdüsə, qloballaşmanın vüsət aldığı  və ölkələrarası  sər-

hədlərin şəffaflaşdığı müasir dövrdə bu anlayışa həm də: 

  regional münaqişə  və transmilli cinayətkarlıq, nəza-

rətsiz ərazi və mütəşəkkil silahlı dəstələrdən qaynaq-

lanan təhdidləri

                                                 

444

 Bax: http://e-qanun.az  




 

ßËÈ ÙßÑßÍΠ

 

888 


  dövlətdaxili ictimai həyatın (cəmiyyətin) milli, dini, 

sosial tarazlığının və ölkənin demoqrafik mühitinin 

pozulmasını və qanunsuz miqrasiyanı;  

  dövlətlərin iqtisadi, siyasi, sosial, ərzaq, enerji, eko-

loji, nəqliyyat, maliyyə, milli valyuta təhlükəsizliyinə 

və makroiqtisadi mühitinə müdaxiləni və xarici 

aktorlardan asılı vəziyyətə düşməsini;  

  ölkələrin informasiya-kommunikasiya sistemlərinə

ictimai rəyyaratma, ideoloji və  mətbuat vasitələrinə 

total xarici, transmilli müdaxiləni və geosiyasi təsir-

etməni; 

  transmilli beynəlxalq terrorizmi, kütləvi qırğın və 

digər silahların nəzarətdənkənar yayılmasını, narkotik 

maddələrin ticarətini və digər milli təhlükəsizlik 

sahələrini aid edirlər. 

Geosiyasi  ədəbiyyatda milli təhlükəsizliyin XXl əsrdəki 

əsas ölçülərinin qloballaşmanın səviyyəsi və mövcud ölkənin 

transmilli dünyaya inteqrasiyasının dərinliyi ilə bağlı müəy-

yənləşəcəyi göstərilir. Sərhədlərin  şəffaflaşması ilə mal döv-

riyyəsi və ticarətin, pul, texnologiya və informasiya innova-

siyalarının transmilliləşməsi dövlətlərin öz geoməkanlarını 

qorumaq işini getdikcə  çətinləşdirir. Bir çox ölkələr artıq  əv-

vəlki kimi, sərhəd maneələri yaratmaqla yerli bazarın təhlü-

kəsizliyini təmin etmək, dünyanın əsas transmilli şirkətlərinin, 

arzuolunmaz ideologiyaların, təbliğat-informasiya materialları-

nın onun ərazisinə daxil olmasının qarşısını almaq iqtidarını 

itirməkdədir. Bu vəziyyət getdikcə milli adət-ənənələrin, mə-

nəvi dəyərlərin itirilməsinə,  ənənəvi həyat tərzinin pozulma-

sına və kosmopolit mühitin formalaşmasına, ictimai, siyasi və 

sosial həyatın standartlaşmasına səbəb olur. Bu da ölkənin mil-

li varlığını bilavasitə təhlükə qarşısında qoyur. Bundan başqa, 

əsas məqsədi gəlir götürmək olan transmilli şirkətlər ölkələrin 

təbii sərvətlərini və sağlam ekoloji mühitini vəhşicəsinə istis-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə