ßËÈ ÙßÑßÍÎÂ
10
§ 4.2.
Təhlükəsizlik mühitinin formalaşması və
beynəlxalq imicin qazanılması................................ 876
§ 4.
3. Azərbaycanın milli maraqları və onun çərçivəsi:
milli təhlükəsizliyə təhdidlər................................... 878
§ 4.4. Azərbaycanın milli
təhlükəsizliyinin təmin
olunmasının əsas vasitələri və ehtiyatları ............... 885
V FƏSİL
Milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri
§ 5.1. Azərbaycanın hərbi təhlükəsizlik siyasəti............... 891
§ 5.2. Azərbaycanın sərhəd təhlükəsizliyi siyasəti............ 902
§ 5.3. Azərbaycanın milli
enerji təminatı və
təhlükəsizliyi siyasəti .............................................. 919
§ 5.4. Azərbaycanın geoiqtisadi müstəqilliyi və təbii
ehtiyatların təhlükəsiz istifadəsi siyasəti................. 934
§5.6. Azərbaycanın ictimai-siyasi, sosial, etnik və
milli insan ehtiyatlarının təhkükəsiz istifadəsi
və idarə olunması siyasəti ....................................... 943
§ 5.7. Azərbaycanın ərzaq təhlükəsizliyi siyasəti ............ 954
§ 5.8. Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti .. 963
§ 5.9. Azərbaycanın ekoloji təhlükəsizlik siyasəti ........... 993
Təkrar və məşğələ sualları .................................................. 1008
İstifadə edilmiş mənbə, ədəbiyyat və
informasiya resursları ............................................................. 1012
Summary................................................................................. 1050
Резюме.................................................................................... 1053
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
11
GİRİŞ
SSRİ-nin dağılması və dünya sosializm sisteminin süqutu,
yer kürəsində total ideoloji qarşıdurmanın və bu zəmində həya-
ta keçirilən “soyuq müharibə” nin başa çatması, yeni-yeni döv-
lətlərin müstəqillik qazanması və beynəlxalq hüququn subyek-
tinə çevrilməsi kimi qlobal hadisələr – XX əsrin sonunda pla-
netin ümumi geosiyasi vəziyyətini dəyişməklə yanaşı, həm də
beynəlxalq münasibətlər sistemində əsaslı transformasiyaların
bünövrəsini qoydu, onun strukturunda ciddi dəyişikliklər ya-
ratdı.
Hazırda təzahüretmə miqyasından və məkan amilindən
asılı olaraq beynəlxalq münasibətlər sistemi və planetar ma-
raqların arxitekturası əvvəlki dövrdə olduğu kimi sosializm və
kapitalizm düşərgələrinin ideoloji qarşıdurması çərçivəsində
deyil, milli, regional və qlobal olmaqla üç fərqli məkan ölçülə-
rini və ayrılıqda hər bir dövlətin milli maraq və milli təhlükə-
sizlik səviyyəsini özündə əks etdirir. Beynəlxalq münasibətlə-
rin və dünya sisteminin bu tipologiya üzrə təsnif olunmasına
bütövlükdə planetin, ayrı-ayrı regionların və dövlətlərin geo-
siyasi maraqlarının, hərbi-geostrateji və təhlükəsizlik mühitinin
xarakteristikası, birlikdə və yaxud ayrılıqda- siyasi, hərbi və
iqtisadi blokların, müxtəlif ölkələrin dünya siyasətinə təsiri,
milli dövlətlərin təhlükəsizlik, milli maraq və ərazi suverenliyi
amili kimi məsələlər də ciddi təsir göstərir.
Lakin, müxtəlif səviyyələrdə təsnif olunmasına baxmaya-
raq müasir dünya sisteminin və planetar geosiyasi maraqların
ümumi arxitekturasının mövcudluğu və davamlı təminatı qlo-
ßËÈ ÙßÑßÍÎÂ
12
bal miqyaslı vahid iyerarxik ünsiyyət sisteminin (strukturunun)
fəaliyyət göstərməsini tələb edir. Beynəlxalq, regional və milli
olmasından asılı olmayaraq, bu sistemin etibarlılığına və funk-
sionallığına nail olmaq üçün hər bir səviyyənin özünəməxsus
xüsusiyyətlərini, təhlükə mənbələrini, vasitələrini və mexa-
nizmlərini nəzərə almaq lazımdır.
Bəhs olunan şəraitdə dünyanın geosiyasi reallıqlarına və
təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsu-
siyyətlər gətirən amillərdən biri də Avrasiyada- Xəzər-Qara
dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqil-
lik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində
həyata keçirdikləri geosiyasət hesab olunur. Hazırda bütün
dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə
etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər
bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət
normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli
maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və
xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-
geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir,
milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s.
strateji vəzifələrin reallaşdırılması ilə məşğul olurlar. Bütün bu
və digər vəzifələr hər bir ölkənin müvafiq rəsmi strukturların-
dan, siyasi və elmi dairələrindən geniş geosiyasi tədqiqatların
və strateji araşdırmaların aparılmasını, müxtəlif analitik geo-
siyasi mərkəzlərin yaradılmasını, elmi-tədris proqramlarının,
dərsliklərin və kitabların çap edilməsini tələb edir.
Yeni transmilli geosiyasi proseslərin, beynəlxalq, regio-
nal və milli-vətəndaş münasibətlərinin, milli təhlükəsizlik,
geosiyasi, hərbi-geostrateji və geoiqtisadi maraqlar sisteminin
fərqli cəhətlərinin və xüsusiyyətlərinin öyrənilməsi zərurəti
başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə məx-
susi geosiyasi tədqiqatlara və tədqiqatçılara ehtiyac yaradır,
ölkə rəsmiləri və müvafiq strukturlar qarşısıında müasir bey-