ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
13
nəlxalq və regional vəziyyəti təhlil etmək, ölkəni əhatə edən
coğrafi, hərbi-geostrateji, geosiyasi və geoiqtisadi mühiti öy-
rənmək, məxsusi milli inkişaf və təhlükəsizlik siyasəti forma-
laşdırmaq kimi strateji vəzifələr qoyur.
Müstəqil dövlət kimi hər bir ölkənin dünya birliyində tut-
duğu mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və
milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata
keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və ətraf
aləmlə yaratdığı effektiv geosiyasi münasibətlərdən asılı olur.
Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasi-
bətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü
xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident
İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəm-
lətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin
etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşı-
lıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını
maksimum qorumaqdan ibarətdir.
1
Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunika-
siya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji
və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji
qaynaqları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun
beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətləri
və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir.
Məlumdur ki, Avrasiyanın ən əhəmiyyətli bölgələrindən hesab
olunan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz Rusiya
üçün daim xüsusi əhəmiyyət daşımış, son iki əsrə yaxın müd-
dət ərzində onun geosiyasi təsiri, hərbi-geostrateji və geoiqti-
sadi nəzarəti altında olmuşdur. Sovet İttifaqının dağılmasından
sonra bu məkanda bir müddət nisbi “geosiyasi boşluğun” ya-
ranması ümumi geosiyasi mühitə mənfi təsir göstərən etnik
1
Bax: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxış-
ları, müsahibələri, və bəyənatları //http://president.az/articles/11725
ßËÈ ÙßÑßÍÎÂ
14
separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya proseslə-
rinə təkan vermişdir. Bundan başqa, bu regiona nəzarət Avra-
siyanın daha geniş ərazilərini təsir dairəsində saxlamağa şərait
yaratdığından, Rusiya ilə yanaşı digər beynəlxalq güclər, bö-
yük dövlətlər də bu məkanda öz geosiyasi, geoiqtisadi və
hərbi-geostrateji maraqlarını ortaya qoymuşlar.
XX əsrin sonlarından başlayaraq Xəzər-Qara dəniz höv-
zəsi və Cənubi Qafqaz həm də transkontinental enerji, nəq-
liyyat-kommunikasiya əlaqələndiricisi və beynəlxalq enerji
təhlükəsizliyi sisteminin təsiredici mərkəzlərindən birinə çev-
rilmişdir. Bütün bunlar həm bölgənin ümumi geosiyasi və-
ziyyətinə, həm də yerli ölkələrin beynəlxalq, regional və milli
siyasətinə mühüm təsir göstərmişdir.
Mütəxəssislərin fikrinə görə, Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və hərbi-strateji mühi-
tinin formalaşması və sabitliyində Azərbaycanın yürütdüyü
milli, regional və beynəlxalq siyasət xüsusi önəm daşıyır. Bu
siyasətin əsas istiqamətindən biri ölkənin regionda gedən əksər
geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmin edil-
məsi və bütün sahələr üzrə milli maraqlarının qorunmasıdır.
Hazırda regionun geosiyasi, geoiqtisadi və hərbi-geostra-
teji həyatında yerli ölkələrlə yanaşı üç əsas geosiyasi aktor –
Rusiya, ABŞ və Avropa Birliyi öz milli maraqlarını maksi-
mum formada reallaşdırmağa çalışır. Odur ki, bu məkandakı
beynəlxalq, regional və lokal maraqların təsnif olunması, ümu-
mi geosiyasi mühitin formalaşmasına, hər bir yerli və beynəl-
xalq aktorun geosiyasi fəaliyyətinə təsir göstərən amillərin,
regionda maraqları təmsil olunan dövlətlərin və beynəlxalq
güclərin siyasi, hərbi, enerji, informasiya və iqtisadi strategi-
yalarının, geosiyasi proseslərin mümkün inkişaf ssenariləri-
nin araşdırılması elmi-nəzəri və praktiki cəhətdən getdikcə
aktuallaşır.
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
15
90-cı illərin əvvəlindən Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi altında Azərbaycanın milli inkişafının,
təhlükəsizlik, enerji, nəqliyyat-kommunikasiya-dəhliz, infor-
masiya və s. siyasətinin nəzəri və praktiki əsaslarının, ölkənin
əsas inkişaf resurslarının formalaşdırılması, müstəqil dövlətin
həyati maraqlarının çərçivəsinin müəyyənləşməsi və təmin
olunması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənəvi əsasla-
rının yeni dəyərlər və prinsiplər əsasında qurulması kimi və-
zifələr milli siyasətin xüsusi istiqamətinə çevrilərək, dövlət
quruculuğu prosesinin təxirəsalınmaz və vacib məsələlərinə
çevrilmişdir. Buna görə də ölkənin milli və geosiyasi maraq-
larının bütün səviyyələrdə təmin olunması ilə bağlı reallaşdır-
dığı xarici siyasət fəaliyyətinin öyrənilməsi, qarşıda dayanan
məqsəd və vəzifələrin elmi-konseptual baxımdan araşdırılması
Azərbaycan siyasətşünaslığında mühüm aktuallıq kəsb edir.
Azərbaycanın ətraf aləmlə geosiyasi münasibətlərini, beynəl-
xalq, regional və milli siyasətinin əsas hədəflərini, hər səviyyə
üzrə vəzifə və istiqamətlərini müəyyənləşdirən və tədqiq edən
ümumiləşmiş əsərlərin yazılmasına isə müasir dövrdə xüsusi
ehtiyac duyulur.
Oxuculara təqdim edilən birinci kitabda- “Geosiyasət”
adlanan dərslikdə, müəllif əsas diqqətini geosiyasətin ayrıca
bir elm sahəsi olaraq meydana gəlməsi və inkişafı tarixinə, bu
elmin əsas anlayışlarının yaranması, formalaşması və inkişa-
fının tarixşünaslığına yönəltmiş, geosiyasət elminin nəzəri
mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqori-
yaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və
müasir geosiyasi tədqiqatçıların baxışlarını təhlil etmiş, müx-
təlif dövrləri və fərqli geosiyasi məktəbləri təmsil edən siya-
sətşünasların ideya və nəzəriyyələrini araşdırmış və qarşılıqlı
şəkildə müqayisə etmişdir.
Birinci kitabda, həmçinin müasir Qərb dövlətlərinin,
Rusiya, Çin, Türkiyə və digər böyük ölkələrin aparıcı geosiyasi
Dostları ilə paylaş: |