ßËÈ ÙßÑßÍÎÂ
26
niyyətlərindən xəbər verirdi və bütün sonrakı dövrlərdə, hətta
sovet hakimiyyəti illərində də Bakının Rusiyaya birləşdirilməsi
planlarını reallaşdırmağa cəhdlər edildi.
Xəzərətrafı əraziləri işğal etdikdən sonra Rusiya müvəqqəti
olaraq Qafqazda bir qədər sakitləşdi. Bu sakitləşmə sonrakı iş-
ğallar üçün gücün çatışmaması, qüvvələrin səfərbər edilməsi və
Rusiyada imperator I Pyotrun ölümündən sonra baş vermiş ha-
kimiyyət dəyişkənliyi ilə bağlı idi. Hətta, yeni Rusiya impera-
toru rus ordularını bir müddət Azərbaycandan geri də çağırdı və
bu ölkənin Qafqaz siyasətində qeyri-müəyyənlik yarandı.
Bu zaman Osmanlı dövləti ilə Səfəvi şahları arasında
yenidən 1724-1735-ci illərdə Cənubi Azərbaycan və Cənubi
Qafqaz uğrunda ciddi mübarizəyə başladı. Görkəmli sərkərdə,
milliyyətçə azərbaycanlı olan Nadir şah Türkiyəni bütün
Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarmağa nail oldu.
Bunun ardınca Nadir şah 1735-ci ildə Rusiyanı “Gəncə mü-
qaviləsi”ni imzalamağa məcbur etdi. Müqaviləyə görə, Rusiya
öz ordularını bütün Xəzərsahili ərazilərdən geri çəkməyə
məcbur edildi. Beləliklə, Azərbaycanın və Cənubi Qafqazın
siyasi coğrafiyasında yenidən dəyişiklik baş verdi.
Osmanlı və ruslar üzərində parlaq qələbə qazanan Nadir
şah əksər Azərbaycan torpaqlarını öz hakimiyyətinə tabe edə-
rək 1747-ci ilə qədər Səfəvilərin səltənətində tam hökmdarlıq
etdi. Nadir şahın ölümündən sonra XVIII əsrin ortalarında
onun yaratdığı mərkəzi hökumət yenidən parçalandı. O dövr-
dən başlayaraq Azərbaycan dövlətçiliyi mərkəzi hökumətdən
ayrılan bir çox xanlıqların timsalında davam etdirildi. Cənub
ərazilərində- Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa,
Maku, Ərdəbil, Şimal ərazilərində isə- Naxçıvan, Qarabağ,
Gəncə, Bakı, Quba, Şəki, Şamaxı, İrəvan, Lənkəran və Cavad
xanlıqları yarandı. Xanlıqların yaranması sonrakı tarixi proses-
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
27
lərdə Azərbaycanın geosiyasi vəziyyətinə ciddi təsir edən
obyektiv amillərdən biri oldu.
Daxili idarəçilik sistemini quran xanlıqlar müstəqil siya-
sət yürütməyə, qonşu dövlətlərlə – Rusiya, Türkiyə və digər
qonşu dövlətlərlə əlaqələr yaratmağa başladılar. Xanlıqların
xarici siyasəti kifayət qədər müstəqil idi. Onların özlərinin
ordu hissələri, maliyyə və idarəçilik sistemləri var idi, xarici
ölkələrlə müstəqil yazışmalar həyata keçirirdilər.
Heç şübhəsiz, xanlıqlar hərbi-siyasi cəhətdən regionun
böyük dövlətlərinin müstəmləkə siyasətinə qarşı çıxmaq qüd-
rətində deyildilər. Bununla belə, onlar Azərbaycan xalqının
qədim və zəngin dövlətçilik ənənələrini qoruyub saxlayır və
ətraf dövlətlərlə sərbəst münasibətlər yaradırdılar.
Xanlıqların Rusiya, Türkiyə və digər qonşularla qarşılıqlı
münasibətləri daha çox milli təəssübkeşlik və dini birlik amil-
ləri üzərində qurulurdu. Bu dövlətlərin hər biri yerli xanlıqlar-
dan öz siyasi və strateji maraqları naminə istifadə edərək
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməyə
çalışırdılar. Rusiya gürcüləri və erməniləri, Türkiyə isə azər-
baycanlıları və digər müsəlman xalqlarını öz himayəsi altına
alaraq, onların xarici aləmlə təmaslarına nəzarət etməyə çalı-
şırdı. Burada dini və etnik amillərin arxasında hər bir dövlətin
geosiyasi niyyətlərinin reallaşdırılması istəkləri dururdu.
XIX əsrdə Azərbaycan torpaqlarının geosiyasi vəziyyətin-
də yeni ciddi dəyişikliklər baş verdi. Rusiya-İran, Rusiya-
Türkiyə və Türkiyə-İran arasında aparılan bir neçə qanlı müha-
ribə nəticəsində Qafqazda və Azərbaycanda yeni geosiyasi
vəziyyət yarandı. 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran,
1806-1812 və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri
ilə Rusiya Azərbaycanın şimalındakı xanlıqları və Qara dəni-
zin şərq hissəsi də daxil olmaqla Cənubi Qafqazın digər ərazi-
ßËÈ ÙßÑßÍÎÂ
28
lərini tam işğal edərək öz tərkibinə qatdı. Şimali Azərbaycanın
geosiyasi vəziyyəti tamamilə dəyişdi. İşğal edilən Şimali Azər-
baycan xanlıqlar formasında, azərbaycanlılar isə bakılı, şirvan-
lı, naxçıvanlı, irəvanlı, lənkəranlı və b. adlarla Rusiya imperi-
yasının tərkibinə qatıldılar.
1813-cü il Gülüstan
4
və 1828-ci il Türkmənçay
5
sülh mü-
qavilələrinin şərtlərinə görə, Şimali Azərbaycan bötövlükdə və
Qərbi Azərbaycanın bir hissəsi (İrəvan xanlığının ərazisi və
azərbaycanlılar yaşayan Gürcüstanın Borçalı vilayəti- Ə.H.)
Rusiyanın, Cənubi Azərbaycan bötövlükdə həmin vaxtdan son-
ra bəzi mənbələrdə artıq İran dövləti kimi təqdim edilən Səfə-
vilərin, Qərbi Azərbaycanın digər hissəsi, o cümlədən Araz ça-
yının qərb ətrafı Osmanlı imperiyasının tərkibində qaldı. Belə-
liklə, bir neçə işğalçı müharibə nəticəsində Səfəvi imperiya-
sının bir yerə topladığı Azərbaycan əraziləri üç dövlət arasında
bölüşdürüldü. Azərbaycan torpaqlarının ayrı-ayrı dövlətlərin
tərkibinə qatılması ilə onun sonrakı geosiyasi vəziyyəti əsaslı
şəkildə dəyişdi. Lakin, hətta bölüşdürüldükdən sonra belə
Azərbaycan uzun tarixi dövr ərzində bölgənin böyük dövlətləri
arasında maraqların toqquşduğu əsas geosiyasi məkan olaraq
qaldı və geosiyasi ədəbiyyarda “Şimali Azərbaycan” , “Cənubi
Azərbaycan”, “Qərbi Azərbaycan” və s. ifadələri yarandı.
Baş vermiş geosiyasi dəyişikliklər gələcəkdə Azərbay-
canın Cənubu, Şimalı və Qərbinin müxtəlif istiqamətlərdə və
səviyyələrdə inkişaf etməsinə, xalqın milli kimliyinin forma-
laşmasını ciddi təsir göstərdi. Xüsusən, azərbaycanlıların milli
kimliyinin yaranması prosesi Şimali, Cənubi və Qərbi Azər-
baycanda fərqli məzmun və fərqli formada getməyə başladı.
4
Мирный трактат заключенный между Россией и Персией в Гюлистане. -
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA), f.202, siy.1, iş 25, v.
279-283.
5
Манифест об окончании войны и заключении мира с Персией. -ARDTA,
f. 202, siy. 1, iş 71, v. 312-317.
Dostları ilə paylaş: |